Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-10/2024 15.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X2 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 15 mart 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 6556.95 manat, faiz borcuna görə 567.38 manat, cərimə borcuna görə 37.47 manat, cəmi 7162.07 manat və xidmət haqqına görə 0.40 manat, dövlət rüsumuna görə 91.63 manat pulun, tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixinədək illik 18 faiz dərəcəsi ilə 6628 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə əsas borca görə 6556.95 manat, faiz borcuna görə 567.38 manat, cərimə borcuna görə 37.47 manat, cəmi 7162.07 manat borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehlə aparılan danışıqlar bir nəticə verməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı mülahizə və ya etirazını məhkəməyə göndərməmişdir. İddiaçıda məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci, 185,6-ci maddəsinə əsasən işə iddiacının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: iş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 811nkAHM/22 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə istehlak məqsədləri üçün illik 18 faiz dərəcəsi ilə 6628 manat məbləğindək kredit verilmişdir . İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh borcu xx.xx.2022-ci il tarixli, 811nkAHM/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə əsas borca görə 6556.95 manat, faiz borcuna görə 567.38 manat, cərimə borcuna görə 37.47 manat, cəmi 7162.07 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli bildirişin surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 91.63 manat ödəmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 9/6894/2023 saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, 811nkAHM/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixədək banka əsas borc üzrə 5986.40 manat, faiz borcu 449.04 manat, cəmi 9435.44 manat borcu olması müəyyən edilmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 9/9988/2023 saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, 811nkAHM/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixədək banka əsas borc üzrə 6600.50 manat, faiz borcu 524.58 manat, cəmi 7125.08 manat borcu olması müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş iki məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixədək illik 18 faiz dərəcəsi ilə 6628 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövrü olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə əsas borca görə 6556.95 manat, faiz borcuna görə 567.38 manat, cərimə borcuna görə 37.47 manat, cəmi 7162.07 manat borcu yaranmışdır. Cavabdeh məhkəməyə vəsatət göndərərək tələb olunan məbləğ üzrə əsas borc, faiz və cərimə borcunun artıq hesablandığını göstərərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx.xx.2023-cü ilk tarixli, 3-16-16/2-9/6894/2023 sayl ekspertiza rəyinə əsasən iş matereallarında olan cari hesabdan çıxarışı, maliyyə arayışı haqqında məlumatları, xx.xx.2022-ci il tarixli, 811nkAHM/22 saylı kredit nüqaviləsinin şərtlərini nəzərə almaqla Cavabdeh iddiaçı Bank Respublika ASC-yə maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə olan borcu 7162.07 manat məbləğində müəyyən edildiyini və əsas kredit borcu 6556.95 manat, faiz borcu isə 567.38 manat, cərimə borcu isə 37.74 təşkil etdiyi bildirilmişdir. Lakin, İddiaçının nümayəndəsi məhkəməyə vəsatət göndərərək xx.xx.2023-cü ilk tarixli, 3-16-16/2-9/6894/2023 sayl ekspertiza rəyi ilə materialları arasında ziddiyyətlər mövcud olduğunu bildirmişdir. Belə ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 811nkAHM/22 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18% olmaq şərtilə xx.xx.2027-ci il tarixinədək 6628 AZN məbləğində kredit verilmiş və bu qeyd edilən kredit müqaviləsinin 1.1-ci maddəsində öz əksini tapmışdır. Lakin, ekspert tərəfindən rəy verilərkən səhvlərə yol verilərək, müqavilənin əsas predmeti olan kredit məbləği 6628 AZN deyil, 6028 AZN kimi və iddiaçının adı "xxxx" ASC kimi yox, səhvən Bank Respublika ASC kimi qeyd edilmişdir. Nəticədə cavabdeh tərəfindən edilmiş ödənişlər kredit müqaviləsi üzrə cavabdehə verilən 6628 AZN kredit məbləğindən deyil 6028 AZN kredit məbləğindən çıxıldığı üçün tamamilə yanlış hesablama aparılaraq müqavilə şərtlərinə zidd rəy verildiyini bildirərək təkrar ekspertiza təyin edilməsini bildirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9988/2023 saylı rəyinə əsasən xx.xx.2022-ci il tarixli, 811nkAHM/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixədək banka əsas borc üzrə 6600.50 manat, faiz borcu 524.58 manat, cəmi 7125.08 manat borcu olması müəyyən edilmişdir.Bank müqavilələrin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə əsas borca görə 6600.50 manat, faiz borcu 524.58 manat, cəmi 7125.08 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyinə və işdə olan digər sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan mədaxil qəbzindən və ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə ödədiyi dövlət rüsumu 91.63 manat, iş üzrə keçrilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 91.63 manat pul cavabdehdən tutularaq iddiaçıya, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 6556.95 manat, faiz borcu 567.38 manat, cərimə borcu 37.34 manat və ödənilmiş dövlət rüsumuna görə 91.63 manat, cəmi 7253.7 manat pul tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab-Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-10/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-10/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver