Məhkəmə qərarları › İş №2(035)-11/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-11/2025

07.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-11/2025 07.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyana görə pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyana görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 07 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş ziyana görə 610 manat və taksiyə xərclədiyi 520 manat, cəmi 1130 manat alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23.05 2024-cü il tarixdə, özünə məxsus Vaz 21723 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilini Zərdab rayon Gəlmə kənd ərazisində yerləşən avto yuyucu sexinə yuduzdurmaq üçün dönən vaxt cavabdehin idarə etdiyi Vaz 21310 markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq nəqliyyat hadisəsi törədilmiş və nəticədə ona 610 manat dəyərində maddi ziyan dəymişdir. Avtomobilinə vurulmuş ziyanla bağlı Göyçay şəhərində yerləşən "xxxx" MMC-yə etdiyi müraciətinə əsasən Vaz 21723 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı olan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləği 1000 manat təşkil etməsi müəyyən olunmuş və bu barədə xx.xx.2024-cü il tarixdə Qiymətləndirmə Aktı tərtib olunmuşdur. Dəymiş ziyanla bağlı 1000 manat pulun 390 manatını "xxxx" Şirkəti tərəfindən ödənilmişdir. Lakin, cavabdehdən 610 manat qalıq borcun və taksiyə xərclədiyi 520 manat, cəmi 1130 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 23.05 2024-cü il tarixdə, özünə məxsus Vaz 21723 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilini Zərdab rayon Gəlmə kənd ərazisində yerləşən avto yuyucu sexinə yuduzdurmaq üçün dönən vaxt cavabdehin idarə etdiyi Vaz 21310 markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq nəqliyyat hadisəsi törədilmiş və nəticədə ona 1000 manat dəyərində maddi ziyan dəymişdir. Avtomobilinə vurulmuş ziyanla bağlı Göyçay şəhərində yerləşən "xxxx" MMC-yə etdiyi müraciətinə əsasən Vaz 21723 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı olan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləği 1000 manat təşkil etməsi müəyyən olunmuş və bu barədə xx.xx.2024-cü il tarixdə Qiymətləndirmə Aktı tərtib olunmuşdur. Dəymiş ziyanla bağlı 1000 manat pulun 390 manatı "xxxx" Şirkəti tərəfindən ona ödənilmişdir. Bundan başqa nəvəsi xəstə olduğu üçün, Bakı şəhərinə gedib gəlmək üçün əlavə xərc olaraq taksilərə xərclədiyi 520 manat pulunda cavabdehdən alınaraq ona verilməsini tələb edir. Lakin, cavabdehdən maddi ziyana görə 610 manat və əlavə xərcə görə 520 manat ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Ekspertiza rəyində dəymiş ziyan 1000 manat göstərilsədə, iddia ərizəsində göstərilən məbləğin təmin olunmasını xahiş edir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, 23.05 2024-cü tarixdə, özünə məxsus idarə etdiyi Vaz 21310 markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərdab rayon Gəlmə kənd ərazisində iddiaçıya məxsus Vaz 21723 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən iddiaçıya 390 manat pul ödənilmişdir. İddiaçı həmin məbləğələ razı deyildisə bu barədə etiraz etməli, sığorta ödənişi olaraq 390 manatıda qəbul etməsindən imtina etməli idi. Hesab edir ki, iddiaçıya heç-bir borcu yoxdur. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Vaz 21723 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləğini və texniki vəziyyətini müəyyən etmək məqsədilə nəqliyyat vastəsinə firma tərəfindən texniki baxış keçirilmiş və baxış zamanı dəymiş ziyanın məbləği cəmi, 1000 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan Zərdab Rayon YPX-nin əməkdaşı X1 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından göründüyü kimi, Alıyev X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 80 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9250 saylı rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən ehtiyat hissələri mağazalar şəbəkəsində (sıra 5) olan avtohissələrin qiyməti nəzəzrə alınmaqla 2012-ci il buraxılışlı Vaz 21723 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixdə verilmiş MV № 072717 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Sığorta haqqında Qanun: 10-cu maddəsinə görə sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. 11-ci maddəsinə görə qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncüşəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 16-cı maddəsinə görə sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncüşəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdəşərait yaratması nəzərə alınmalıdır. 1096.1,1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatı ilə yanaşı məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9250 saylı rəyi ilə müəyyən olundu ki, iddiaçı 23.05 2024-cü il tarixdə, özünə məxsus Vaz 21723 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilini Zərdab rayon Gəlmə kənd ərazisində yerləşən avto yuyucu sexinə yuduzdurmaq üçün dönən vaxt cavabdehin idarə etdiyi Vaz 21310 markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq nəqliyyat hadisəsi törədilmiş və nəticədə ona 610 manat dəyərində maddi ziyan dəymişdir. Zərdab Rayon YPX-nin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından göründüyü kimi, Alıyev X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 80 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İddiaçı avtomobilinə vurulmuş ziyanla bağlı Göyçay şəhərində yerləşən "xxxx" MMC-yə etdiyi müraciətinə əsasən Vaz 21723 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı olan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləği 1000 manat təşkil etməsi müəyyən olunmuş və bu barədə xx.xx.2024-cü il tarixdə Qiymətləndirmə Aktı tərtib olunmuşdur. Dəymiş ziyanla bağlı 1000 manat pulun 390 manat "xxxx" Şirkəti tərəfindən ona ödənilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9250 saylı rəyinə əsasən 2012-ci il buraxılışlı Vaz 21723 markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 1000 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dəymiş ziyanın həcmini müəyyən edərkən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən hesablanmış 1000 manat pul, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə uyğun verilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatını və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının maddi ziyan tələbinə dair hissədə iddiaçının xeyrinə 610 manat pul tutulmalıdır. İddiaçı əlavə xərc olaraq taksilərə 520 manat xərclədiyini bildirsədə, lakin, bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilməmişdir. İddia tələbi üzrə sübut etmə öhdəliyi iddiaçının üzərində olduğundan iddiaçı təkcə maddi ziyan üzrə xərcləri sübut etməklə kifayətlənməməli həmdə bu ziyanın cavabdehin hərəkət və ya hərəkətsizliyindən irəli gəlməsini sübuta yetirməlidir. Lakin iddiaçı əlavə xərclə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və iddiasını bu hissədə yalnız yazılı mülahizələr əsasında əsaslandırmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, habelə iddia məbləği 1000 manatdan az olduğu üçün həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Bundan başqa iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 610 manat manat pul tutularaq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar