Məhkəmə qərarları › İş №2(035)-143/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-143/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-143/2025 12.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı BOKT İddiaçın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı BOKT “X5” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi üzrə mülki işə 12 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “X5” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borca görə 3988.24 manat, faiz borcuna görə 1119.43 manat, cərimə borcuna görə 493.95 manat, əldən çıxmış faydaya görə 561.46 manat, cəmi 6163.08 manat borcunun və ödənilmiş 82 Azn dövlət rüsumunun alınaraq BOKT “X5“ MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “X5” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L-AG-0060054-F saylı tarixli kredit müqaviləsinə əsasən cavabdehə “mal-qara alveri” məqsədilə illik 28 % faiz ödəmək şərtilə, (9 ay möhlət olmaqla) 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli, L-AG- 0060054-F saylı birgə borclulluq müqaviləsi bağlamışdır. Onlar Cavabdeh1 verilmiş 4000 manat məbləğində verilmiş kreditə təminat olaraq qaytarılmasına, həmçinin kreditlə bağlı yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün kreditor qarşısında birgə məsuliyyət daşıyacaqlarını öz üzərilərnə götürmüşlər. Cavabdeh4 ilə xx.xx.2022-ci il tarixli, AG-00027433 saylı zaminlik müqaviləsi bağlanmışdır. O, zamin kimi xx.xx.2022-ci il tarixli, AG-0060054-F saylı kredit müqaviləsi üzrə kreditin vaxtında iddiaçıya qaytarılmasına görə borcalanla birlikdə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçı müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdehlər üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya əsas borca görə 3988.24 manat, faiz borcuna görə 1119.43 manat, cərimə borcuna görə 493.95 manat, əldən çıxmış faydaya görə 561.46 manat, cəmi 6163.08 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişlər. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini, iddiaçıya olan borcunu maddi durumu və ailə vəziyyəti ağır olduğu üçün birdəfəfyə ödəyə bilmədiyini və iddiaçıya olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Mülki işdə olan sənədlər: İşdə olan BOKT “X5” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L- AG-0060054-F saylı tarixli kredit müqaviləsinə əsasən cavabdehə “mal-qara alveri” məqsədilə illik 28 % faiz ödəmək şərtilə, (9 ay möhlət olmaqla) 24 ay müddətinə 4000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı BOKT “X5” MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AG-00027433 saylı zaminlik müqaviləsindən görünür ki, o, Cavabdeh1 xx.xx.2022ci il tarixli, AG-00027433 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və onunla birlikdə iddiaçı qarşısındakı birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. İşdə olan iddiaçı BOKT “X5” MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L-AG-0060054-F saylı birgə borclulluq müqaviləsindən görünür ki, onlar Cavabdeh1 verilmiş 4000 manat məbləğində verilmiş kreditə təminat olaraq qaytarılmasına, həmçinin kreditlə bağlı yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün kreditor qarşısında birgə məsuliyyət daşıyacaqlarını öz üzərilərnə götürmüşlər. İşdə olan BOKT “X5” MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya xx.xx.2022-ci il tarixli, L-AG-0060054-F saylı kredit müqaviləsi üzrə əsas borca görə 3988.24 manat, faiz borcuna görə 1119.43 manat, cərimə borcuna görə 493.95 manat, əldən çıxmış faydaya görə 561.46 manat, cəmi 6163.08 manat borcu vardır. İşdə olan birinci xəbərdarlıq məktubunun surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 82 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və işin digər materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L-AG-0060054-F saylı tarixli kredit müqaviləsinə əsasən cavabdehə “mal-qara alveri” məqsədilə illik 28 % faiz ödəmək şərtilə, (9 ay möhlət olmaqla) 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli, L-AG-0060054-F saylı birgə borclulluq müqaviləsi bağlanmışlar. Onlar Cavabdeh1 verilmiş 4000 manat məbləğində verilmiş kreditə təminat olaraq qaytarılmasına, həmçinin kreditlə bağlı yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün kreditor qarşısında birgə məsuliyyət daşıyacaqlarını öz üzərilərnə götürmüşlər. Cavabdeh4 ilə xx.xx.2022-ci il tarixli, AG- 00027433 saylı zaminlik müqaviləsi bağlanmışlar. O, zamin kimi xx.xx.2022-ci il tarixli, AG- 0060054-F saylı kredit müqaviləsi üzrə kreditin vaxtında iddiaçıya qaytarılmasına görə borcalanla birlikdə məsuliyyət daşıması barədə üzəriərinə öhdəliklər götürmüşdür. İddiaçı müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdehlər üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya əsas borca görə 3988.24 manat, faiz borcuna görə 1119.43 manat, cərimə borcuna görə 493.95 manat, əldən çıxmış faydaya görə 561.46 manat, cəmi 6163.08 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 561.46 manat pul tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsaslı deyildir. Belə ki, iddiaçı ələdən çıxmış fayda ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, əldən çıxmış faydaya görə 561.46 manat pul tələbinə dair hissədə iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borcu 3988.24 manat təşkil etdiyi halda, ondan 493.95 manat məbləğində cərimənin tələb olunması tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi cəriməyə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 82 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əsas borca görə 3988.24 manat, faiz borcuna görə 1119.43 manat, cərimə borcuna görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 82 manat, cəmi 5289 (beş min iki yüz səksən doqquz) manat, 67 (altmış yeddi) qəpik məbləğində pul tutularaq BOKT İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar