Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-163/2023 07.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair mülki iş üzrə (Açar sözlər:Vurulmuş maddi ziyana görə pul tələbi) X2 sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 07 sentyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbini həcminin artılması ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona dəymiş maddi ziyana görə 2054 manat və ödənilmiş dövlət rüsumuna görə 195 manat, cəmi 2249 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli, 17 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Qoşaoba kəndində 3.29 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair (JN-598 Kod ********)-li Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları yonca və taxıl əkib-becərməklə ailə üzvülərini dolandırmışdır. İddaiçı həmin torpaq sahəsinə 2022-ci ilin oktyabr ayına təzə yonca əkmiş və noyabr ayında yerinə baxmağa getmişdir ki, görsün suladığı yer necə bitiş almışdır. Cavabdeh çobanı onun sahədə olmamasından istifadə edərək təzə əkilmiş yoncasına mal-qaranı salmış və nəticədə 0,98 ha yonca bitkisi tamamilə tələf edilmiş və ciddi ziyanlıq vurulmuşdur. İddiaçı yaranmış vəziyyətlə bağlı ərizə ilə Azərbaycan Respublikasının Kənd X1 X3 Mərkəzinə müraciət edərək sahəyə dəymiş ziyanlığın müəyyən olunmasını xahiş etmişdir. Zərdab DAİM-nin əməkdaşlarından ibarət aqronom heyəti həmin sahəyə baxış keçirmiş, baxış zamanı mal-qaranın ziyanlıq vurması müəyyən olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh tərəfindən onlara məxsus olan torpaq sahəsində olan məhsula heyvanlarını otarmaları nəticəsində vurduqları ziyanın müəyyən olunması və qiymətləndirilməsi məqsədi ilə rəsmi olaraq ərizə ilə Beyləqan şəhərində yerləşən "xxxx"MMC-nə (Azərbaycan Qiymətləndirici Cəmiyyətinə) müraciət etmiş və həmin tarixdə Cəmiyyətlə aralarında «Əldən çıxmış faydanın qiymətləndirilməsinə dair» Müqavilə bağlanmış və Qiymətləndirmə xidmətinin dəyəri qarşılıqlı razılaşmaya əsasən 165 manat təşkil etmiş və həmin məbləğ iddiaçı tərəfindən nəğd qaydada "xxxx"MMC-nin kassasına ödənmişdir. "xxxx" MMC tərəfindən Zərdab rayonu Qoşaba kəndi ərazisində olan olan 3.29 ha torpaq sahəsində əkdiyi yonca bitkisini cavabdehin şəxsi təsərrüfatında olan heyvanlarına otardılaraq sahədə olan yonca bitkisinin məhv edilməsi nəticəsində vurduqları ziyana görə 2054.25 manat ziyan hesablanmışdır. "xxxx"MMC tərəfindən aparılmış araşdırmaya dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli Qiymətləndirmə Rəyini iddia ərizəsinə əlavə etmişdir.Bu ziyanlıq haqda aidiyyəti orqanlara rəsmi müraciətlər etsədə, heç-bir nəticə olmamışdır. Ona görə də o, məhkəməyə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar-İslahat komissiyasının xx.xx.1988-ci il tarixli 17 saylı qərarı ilə ona və ailə üzvlərinə 3.29 ha torpaq sahəsi verilmişdir. Torpağın verilməsi torpağa mülkiyyət hüququna dair JN seriyalı, 598 saylı dövlət aktı ilə təsdiq olunur. Həmin torpaq sahəsinə bu il 2022-ci ilin oktyabr ayına təzə yonca əkmişdir. Noyabr ayında torpaq sahəsinə baxmağa getmiş, görsün suladığı yer necə bitiş almışdır. Cavabdeh çobanı onun orada olmamasından istifadə edərək onun təzə əkilmiş yoncasına mal-qaranı salmış və nəticədə 0,98 ha cücərmiş yonca bitkisi tamamilə məhv edərək ciddi ziyanlıq vurulmuşdur. O, yaranmış vəziyyətlə bağlı ərizə ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X3 Mərkəzinə müraciət edərək sahəyə dəymiş ziyanlığın müəyyən olunmasını xahiş etmişdir. Zərdab DAİM-nin əməkdaşlarından ibarət aqronom heyəti həmin sahəyə baxış keçirmiş, baxış zamanı mal-qaranın ziyanlıq vurması müəyyən olunmuşdur. Bundan sonra o, cavabdeh tərəfindən onlara məxsus olan torpaq sahəsində olan məhsula heyvanlarını otarmaları nəticəsində vurduqları ziyanın müəyyən olunması və qiymətləndirilməsi məqsədi ilə o, rəsmi olaraq ərizə ilə Beyləqan şəhərində yerləşən "xxxx"MMC-nə (Azərbaycan Qiymətləndirici Cəmiyyətinə) müraciət etmiş və həmin tarixdə Cəmiyyətlə aralarında «Əldən çıxmış faydanın qiymətləndirilməsinə dair» Müqavilə bağlanmış və Qiymətləndirmə xidmətinin dəyəri qarşılıqlı razılaşmaya əsasən 165 manat təşkil etmiş və həmin məbləğ onun tərəfindən nəğd qaydada "xxxx"MMC-nin kassasına ödənmişdir. "xxxx" MMC tərəfindən Zərdab rayonu Qoşaba kəndi ərazisində olan 3.29 ha torpaq sahəsində əkdiyi yonca bitkisini cavabdehin şəxsi təsərrüfatında olan heyvanlarına otardılaraq sahədə olan yonca bitkisinin məhv edilməsi nəticəsində vurduqları ziyana görə 2054.25 manat ziyan hesablanmışdır. "xxxx"MMC tərəfindən aparılmış araşdırmaya dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli Qiymətləndirmə Rəyini iddia ərizəsinə əlavə etmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-620 Kod 90501018 Dövlət Aktının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə hazırkı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Qoşoba kəndində 3.29 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Zərdab rayon sakini İddiaçı xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 3.29 ha torpaq sahəsində əkilmiş payızlıq yonca bitkisinin 0,98 ha hissəsinin dekabr 2022-ci ildə cavabdehin mal-qarası tərəfindən davamlı olaraq tapdanması nəticəsində məhv olmuş yonca sahəsində 2023-cü ilin yaz mövsümundə yonca bitkisinin bərpası üçün zəruri olan xərclərin cəmi 362,25 manat və 2023-cü ili birinci, ikinci ot biçini mövsumunda əldən çıxması ehtimal olunan ot bitkisi kütləsinə görə əldə olunması ehtimal olunan gəlirin cəmi 1692 mant olmaqla yekun məbləğ 2054,25 manat olması müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli əldən çıxmış faydanın qiymətləndirilməsinə dair müqavilədən görünür ki, qiymətləndirmə xidmətinin dəyəri olaraq "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən 165 manat pul ödənmişdir. İşdə olan Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2000 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 3.29 ha torpaq sahəsində əkilmiş payızlıq yonca bitkisinin 0.98 ha hissəsinin dekabr 2022-ci ildə üçüncü şəxs tərəfindən mal-qara ilə davamlı olaraq tapdalanması nəticəsində məhv olunmuş yonca sahəsində 2023-cü ilin yaz mövsümündə yonca bitgisinin bərpası üçün zəruri olan xərcləri cəmi 362,25 manat və 2023-cü ilin birinci, ikinci ot biçini mövsümündə əldən çıxması ehtimal olunan yonca ot bitgisi kütləsinə görə əldə olunması ehtimal olunan gəlirin cəmi 1692 manat olmaqla yekun məbləğ 2054.25 manat ziyan dəyməsi müəyyən edilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli 17 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Qoşaoba kəndində 3.29 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair (JN-598 Kod ********)-li Dövlət Aktı verilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyətçi hüquqlarını həyata keçirərək istifadə etmiş və sonuncu dəfə 3.29 ha torpaq sahənin hamısına yonca əkmişdir. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, 2022-cü ilin payız mövsümündan başlayaraq cavabdeh sözügedən yonca sahəsini iddiaçının iradəsinə zidd olaraq özbaşına iri və xırdabuynuzlu heyvanlara otarmaqla iddiaçıya maddi ziyan vurmuşlar. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin Məhkəməəmtəəşünaslıq ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2000 saylı rəyinə əsasən iddiaçıya dəyən maddi zərərin mövsüm üzrə 2054,25 manat olduğu müəyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, haqqında mübahisə qaldırılan torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyəti olduğundan, o, hazırkı iddianı verməkdə haqlı olmuşdur. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququna təminat verilməli və dəymiş maddi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, dəymiş ziyana görə 2054 manat, "xxxx" MMC-yə ödənilmiş Qiymətləndirmə xidmətinin dəyəri olaraq ödənilmiş 165 manat pul və dövlət rüsumuna görə 30 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi ziyana görə 2054,25 manat, Qiymətləndirilmə xidmətinə görə ödənilmiş 165 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 2 249,25 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab -Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-163/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-163/2023
07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver