Məhkəmə qərarları › İş №2(035)-214/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-214/2025

17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-214/2025 17.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zamin tərəfindən ödənilmiş pulun reqres qaydasında geri alınması tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddaçı İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zamin tərəfindən ödənilmiş pulun reqres qaydasında geri alınması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 17 mart 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş maddi zərərə görə 1073 manat, icra ödənişi olaraq icra və probasiya şöbəsin hesabına ödədiyi 87 manat və ödənilmiş dövlət rüsumun görə 32 manat, cəmi 1160 manat pul alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh ilə əvvəllər dostluq münasibəti olduğu üçün cavabdeh ona müraciət edərək "xxxx" MMC-dən götürdüyü kredit borcuna zamin durmasını xahiş etmişdir. O, xx.xx.2016-cı il tarixdə cavabdehlə "xxxx" MMC arasında bağlanmış LD********** saylı kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh bir müddət öhdəliklərini icra etsədə, lakin, sonradan öhdəliklərinin icrasından boyun qaçırmış və bu səbəbdən bank kreditin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddia tam təmin olunaraq Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-713/2018 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 812.00 manat, xx.xx.2018-ci il tarixədək hesablanmış faizə görə 158.80 manat, cəriməyə görə 81.20 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1073 manat məbləğində pul müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh kredit ödənişlərinin ödənilməsindən imtina etmiş və bu məqsədlə ona heç bir köməklik göstərməmişdir. Zərdab rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-713/2018 saylı qətnaməsi icra edilməsi üçün icra və probasiya şöbəsin göndərilmiş və icra vərəqəsinə əsasən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə olan 1073 manat borcu iddiaçı tam şəkildə ödəmişdir. İddiaçı cavabdehə müraciət edərək onun tərəfindən ödənilmiş pulu geri qaytarmasını xahiş etsədə, müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, aralarında dostluq münasibəti olduğu üçün cavabdeh ona müraciət edərək "xxxx" MMC-dən götürdüyü kredit borcuna zamin durmasını xahiş etmişdir. O, cavabdehə xx.xx.2016-cı il tarixdə "xxxx" MMC arasında bağlanmış 003CASA193250007 saylı kredit müqaviləsinə əsasən zamin durmuşdur. Cavabdeh bir müddət üzərinə düşən öhdəliklərini icra etsədə, lakin, sonradan öhdəliklərinin icrasından boyun qaçırmış və bu səbəbdən bank kreditin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)- 713/2018 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 812.00 manat, xx.xx.2018-ci il tarixədək hesablanmış faizə görə 158.80 manat, cəriməyə görə 81.20 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1073 manat məbləğində pul müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh kredit ödənişlərinin ödənilməsindən imtina etmiş və ona heç bir köməklik göstərməmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-713/2018 saylı qətnaməsi icra olunması üçün icra və probasiya şöbəsinə göndərilmiş və icra vərəqəsinə əsasən, o, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə olan 1073 manat borcu bugünə tam şəkildə ödəmişdir. Bundan sonra o, əsas borclu kimi cavabdehə müraciət edərək onun tərəfindən ödənilmiş pulu geri qaytarmasını xahiş etsədə, müsbət nəticə əldə edə bilməmişdir. Odur ki, iddiaçı hazırda iddia ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə əvvəllər dostluq münasibəti olduğu üçün müraciət edərək "xxxx" MMC-dən götürdüyü kredit borcuna zamin durmasını xahiş etmişdir. Oda xx.xx.2016-cı il tarixdə cavabdehlə "xxxx" MMC arasında bağlanmış LD********** saylı kredit müqaviləsinə zamin durmuşdur. Ödənişləri edə bilməmişdir. İddia tam təmin olunaraq Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-713/2018 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 812.00 manat, xx.xx.2018-ci il tarixədək hesablanmış faizə görə 158.80 manat, cəriməyə görə 81.20 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1073 manat məbləğində pul müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. O, iddiaçıya borclu olduğu pulu maddi durumu və ailə vəziyyəti ağır olduğu üçün ödəyə bilməmişdir. Odur ki, iddiaşıya olan borcunu hissə-hissə ödəyəcəyini bildirdi. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-713/2018 saylı qətnaməsinə əsasən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 812.00 manat, xx.xx.2018-ci il tarixədək hesablanmış faizə görə 158.80 manat, cəriməyə görə 81.20 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1073 manat məbləğində pul müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan qəbzin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin hesabına 1073 manat pul ödəmişdir. İşdə olan qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən Zərdab rayon icra və probasiya şöbəsinin hesabına 87 manat pul ödəmişdir. İşdə olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Zərdab rayon icra və probasiya şöbəsinə təqdim olunmuş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə ərizədən görünür ki, Zərdab Rayon Məhkəməsininxx.xx.2018-ci il tarixli, 2(035)-713/2018 saylı icra sənədi üzrə görülmüş bütün məcburi icra tədbirlərini ləğv etməklə, həmin işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə ümumilikdə 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işüzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, tərəflərin əvvəllər dostluq münasibətim olduğu üçün cavabdeh iddiaçıya müraciət edərək Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən götürdüyü kredit borcuna zamin durmasını xahiş etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehlə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında bağlanmış LD********** saylı kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh bir müddət öhdəliklərini icra etsədə, lakin, sonradan öhdəliklərinin icrasından boyun qaçırmış və bu səbəbdən bank kreditin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-713/2018 saylı qətnaməsinə əsasən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 812.00 manat, xx.xx.2018-ci il tarixədək hesablanmış faizə görə 158.80 manat, cəriməyə görə 81.20 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1073 manat məbləğində pul müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı banka olan borcunu bugünə tam şəkildə ödəmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək onun tərəfindən ödənilmiş pulu geri qaytarmasını xahiş etsədə, müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını və cavabdehin iddianı etiraf etməsinə dair izahatını dinləyib, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1073 manat, icra ödənişi olaraq icra və probasiya şöbəsinin hesabına ödədiyi 87 manat və ödənilmiş dövlət rüsumun görə 32 manat, cəmi 1160 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar