Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-215/2024 23.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 23 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona borclu olduğu 6000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində cavabdehin həyat yoldaşı iddiaçıya bildirmişdir ki, həyat yoldaşının külli miqdarda borcu olduğu üçün evdən çıxıb getmişdir. Bu səbəbdən iddiaçıdan onlara köməklik etməyini xahiş etmişdir. İddiaçı bu səbəbdən məsələni aydınlaşdırmaq üçün cavabdehə zəng etmiş, cavabdeh isə bildirmişdir ki, həqiqətəndə borcu həddindən artıq çoxdur və daha o, buna dözə bilmir və həyatda yaşamaq istəmədiyini bildirmişdir. Odur ki, iddiaçı cavabdehə qəssab olduğu üçün ona öz peşəsi üzrə yardım etmişdir ki, işləyib əlinə maya salaraq borclarını qaytara bilsin. Bu məqsədlə iddiaçı cavabdehə 350 kq çəki dəyərində 5000 manat qiyməti olan 1 (bir) baş dana vermiş, cavabdeh isə iddiaçıya olan borcunu növbəti ayın ortasında qaytaracağına söz vermişdir. Lakin, bir neçə gündən sonra cavabdeh iddiaçıya bildirmişdir ki, bir az pul toplayıb yenidən mal almaq istəyir, ancaq 1000 manatı çatmır. Odur ki, iddiaçı yenidən cavabdehə əlavə 1000 manat pul vermişdir. Beləliklə ümumilikdə iddiaçı cavabdehə 6000 manat borc vermişdir. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə iddaçıdan borc olaraq almış olduğu pulu etiraf etsədə, lakin, geri qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində cavabdehə 350 kq çəkidə 5000 manat dəyərində olan 1 (bir) baş dana vermiş, cavabdeh isə iddiaçıya olan borcunu növbəti ayın ortasında qaytaracağını bildirmişdir. Lakin, bir neçə gündən sonra cavabdeh ona bildirmişdir ki, bir az pul toplayıb yenidən mal almaq istəyir, ancaq 1000 manatı çatmır. Odur ki, o, yenidən cavabdehə 1000 manat əlavə pul vermişdir. Beləliklə ümumilikdə cavabdehə 6000 manat borc vermişdir. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu pulu etiraf etsədə, lakin, geri qaytarmamışdır. Odur ki, o, cavabdehdən DİN-nin i02 xidmətinə şikayət etdiyi üçün Zərdab Rayon Polis Şöbəsinə çağrılmışdır. Cavabdeh Zərdab Rayon Polis Şöbəsində də, ona 6000 manat borclu olduğunu etiraf etmişdir. Cavabdeh onun telefon zənglərinə cavab vermədiyi üçün cavabdehlə maraqlanmış və ona məlum olmuşdur ki, cavabdeh Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Cavabdehin keçən müddət ərzində ona borclu olduğı 6000 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Zərdab Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-120/2-3400/24 saylı məktubuna əsasən məhkəməyə göndərilmiş Zərdab şəhər sakini İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə toplanmış materiallardan görünür ki, cavabdeh Əliyev X3 Rayon Polis Şöbəsində İddiaçı 6000 manat borclu olduğunu izahatında qeyd edərək etiraf etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Vətən Müharibəsi X1 68847 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı AVMVİB-nin üzvü olmaqla 2-ci qrup müharibə əlilidir. İş matereallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2(035)-215/2024 saylı bildirişdən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə Zərdab Rayon Məhkəməsinin icraatında mülki iş olduğu üçün, 2 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh iddianı qəbul edib-etməməsi barədə yazılı mülahizənin alınıb Zərdab Rayon Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində iddiaçı cavabdehə 350 kq çəkidə 5000 manat qiyməti olan 1(bir) baş dana vermiş, cavabdeh isə iddiaçıya olan borcunu növbəti ayın ortasında qaytaracağına söz vermişdir. Bir neçə gündən sonra cavabdeh iddiaçıya bildirmişdir ki, “bir az pul toplayıb yenidən mal almaq istəyir, ancaq 1000 manatı çatmadığı üçün ona əlavə 1000 manat pul lazımdır.” Odur ki, iddiaçı yenidən cavabdehə 1000 manat da əlavə pul vermişdir. Beləliklə ümumilikdə iddiaçı cavabdehə 6000 manat borc vermişdir. Cavabdeh iddiaçıya olan borcunu verdiyi sözünə əməl etməyərək hazırki vaxta kimi geri qaytarmamışdır. Cavabdeh almış olduğu pulu polis şöbəsində izahatında etiraf etsədə, bugünədək qaytarmamışdır. Cavabdeh keçən müddət ərzində iddiaçıya borclu olduğı 6000 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq borcunu qaytarmaq fikrində deyil. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına göndərilmiş 2(035)-215/2024 saylı, xx.xx.2024-cü il taraixli məhkəmə bildirişindən görünür ki, Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh iddianın qəbul edib-etməməsi barədə yazılı mülahizənin alınıb məhkəməyə göndərilməsini xahiş edilsədə, Cavabdeh iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Cavabdehin iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməməsi ona dəlalət edir ki, cavabdeh iddiaçıya borclu olduğunu qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 6000 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iş üzrə ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 6000 manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-215/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-215/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver