Məhkəmə qərarları › İş №2(035)-26/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-26/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-26/2024 14.03.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Hüseyinzadə Natiq Hüseyin oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 14 mart 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borca görə 2365.81 manat, faiz borcuna görə 2956.56 manat, cərimə borcuna görə 1821.82 kredit müqaviləsi bitdikdən sonra AR Konustitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna görə 347.49 manat, cəmi 7491.68 manat borcun və iş üzrə ödənilmiş 94.92 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 001056 saylı Bank Xidmətlər Müqaviləsi bağlanmışdır. Bank Xidmətlər Müqaviləsi üzərində bağlanmış KM032T08170054 saylı, xx.xx.2017-ci il tarixli Əlavəyə əsasən cavabdehə şəxsi ehtiyacları üçün illik faiz dərəcəsi 30 faiz olmaqla, 36 ay müddətinə 2500 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin iddiaçıya əsas borca görə 2365.81 manat, faiz borcuna görə 2956.56 manat, cərimə borcuna görə 1821.82 kredit müqaviləsi bitdikdən sonra AR Konustitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna görə 347.49 manat, cəmi 7491.68 manat məbləğində borcu yaranmışdır. Borcun könüllü şəkildə ödənilməsi üçün cavabdehə xəbərdarlıq edilsə də, borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış KM032T08170054S01 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 30 faiz dərəcəsi ilə, 36 ay müddətinə 2500 manat məbləğində kredit xətti açmağı və buna əsasən kredit verməyi, cavabdeh isə kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2023-cü tarixli, RGTK0397900B114 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5592,10 manat, faiz borcuna görə 667,35 manat, cəmi 6259,45 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli sonuncu bildirişin surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbir görüləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 94.92 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və işin digər materiallarından müəyyən olundu ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 001056 saylı Bank Xidmətlər Müqaviləsi bağlanmışdır. Bank Xidmətlər Müqaviləsi üzərində bağlanmış KM032T08170054 saylı, xx.xx.2017-ci il tarixli Əlavəyə əsasən cavabdehə şəxsi ehtiyacları üçün illik faiz dərəcəsi 30 faiz olmaqla, 36 ay müddətinə 2500 manat məbləğində kredit xətti açılmışdır. Bank müqavilənin şərtinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə Cavabdeh banka əsas borca görə 2365.81 manat, faiz borcuna görə 2956.56 manat, cərimə borcuna görə 1821.82 kredit müqaviləsi bitdikdən sonra AR Konustitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna görə 347.49 manat, cəmi 7491.68 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq və yuxarıda qeyd olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsas kredit borcu, faiz borcu və dövlət rüsumu tələbinə dair hissədə tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tərəflərin hazırki maliyyə vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi cəriməyə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müddəalarına əsasən iddia təmin edildikdə çəkilmiş məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 94.92 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 2365.81 manat, faiz borcuna görə 2956.56 manat, cərimə borcuna görə 100 manat, kredit müqaviləsi bitdikdən sonra AR Konustitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna görə 347.49 manat və ödənilmiş dövlət rüsumuna görə 94.92 manat, cəmi 5864.78 manat məbləğində pul tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar