Məhkəmə qərarları › İş №2(035)-269/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-269/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-269/2025 04.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh1 Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 04 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borca görə 750 manat, cərimə borcuna görə 450 manat və dövlət rüsumu olaraq ödənilmiş 32 manat, cəmi 1232 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zərdab rayonunda loteriyanın satışı ilə məşğul olur. Cavabdehlər onu tanıdığı üçün 2022-ci ilin mart ayında müraciət edərək maddi vəziyyətləri ağır olduğunu və çətinliklə dolandıqlarını bildirərərk onlara borc olaraq (POZ QAZAN) Azər lotereya biletlərinin satılması üçün verilməsini xahiş etmişlər. İddiaçı cavabdehləri tanıdığı üçün və onların ailə vəziyyətlərini nəzərə alaraq (POZ QAZAN) Azər lotereya biletlərinin borc olaraq satılması üçün onlara vermişdir. Tərəflər arasındakı borc müqaviləsinə əsasən cavabdehlər (POZ QAZAN) Azər lotereya biletlərinin satılması müqabilində özlərinə faizlərini götürərək, onun borcunu qaytarmasına razılaşmışlar. Lakin, cavabdehlər borc müqaviləsinin şərtlərinə lazımınca əməl etməmişlər. Nəticədə cavabdehin iddiaçıya əsas borca 750 manat, cəriməyə (gecikmə faizinə) görə 450 manat, cəmi 1200 manat məbləğində borcu yaranmışdır. Cavabdehlər iddiaçıya olan borcundan verdikləri sözlərinə və borc müqaviləsinin şərtlərinə əməl etməyərək, hər dəfə müxtəlif bəhanələr gətirməklə hazırki vaxta kimi geri qaytarmamışlar. Cavabdehlər keçən müddət ərzində borclu olduqları pulu ödəmədiyindən iddiaçı belə nəticəyə gəldimişdir ki, cavabdehlər özləri könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyillər. Ona görə də hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehləri tanıdığı üçün onların arasında müəyyən münasibətləri olmuşdur. Belə ki, 2022-ci ilin mart ayında cavabdehlər ona müraciət edərək maddi vəziyyətləri ağır olduğu üçün borc olaraq (POZ QAZAN) Azər lotereya biletlərinin satılması üçün verilməsini xahiş etmişlər. O, cavabdehlərin ailə vəziyyətlərini nəzərə alaraq (POZ QAZAN) Azər lotereya biletlərinin borc olaraq satılması üçün cavabdehlərə vermişdir. Cavabdehlər isə Azər lotereya biletlərinin satılması müqabilində özlərinə faizlərini götürərək, onun borcunu qaytarmasına razılaşmışlar. lakin, dörd-beş ay keçdikdən sonra cavabdehlərin borcları çoxaldığı üçün, o, cavabdehlərə lotereya biletlərinin verilməsini dayandırmışdır. Bundan sonra cavabdehlər 2500 manat dəyərimdə “MOON” markalı mopedi girov saxlamaqla 3500 manat dəyərində lotereya biletləri götürmüşlər. Lakin, cavabdehlər verdikləri sözlərinə və şifahi razılaşmanın şərtlərinə əməl etməyərək, hər dəfə müxtəlif bəhanələr gətirməklə, borclarını qaytarmaqdan boyun qaçırmışlar. Bir müddət keçdikdən sonra cavabdehlərin yaxın qohumu olan Fuad adlı şəxs ona cavabdehlərin borclu olduqları 3500 manatdan 1000 manatını qaytardıqdan sonra, o, cavabdehlərə məxsus “MOON” markalı mopedi onlara qaytarmışdır. Sonradan Cavabdeh2 isə ona olan borcunu qaytarmaq üçün özünə məxsus pensiya kartını ona vermişdir ki, o, hər ay həmin kartdan 150 manat pul çıxartsın. Lakin, bir neçə ay keçdikdən sonra Cavabdeh2 özünə məxsus kartı bağlamışdır. Bir neçə ay keçdikdən sonra cavabdehlərin yaxın qohumu olan Fuad adlı şəxs hissə-hissə hər ay 100 manat olmaqla ona ödənişlər etmişdir. Lakin, sonradan cavabdehlərlə xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlayaraq 1700 manat pulu xx.xx.2024-cü il tarixinədək qaytarmaq barədə razılaşmışlar. Lakin, cavabadehlər ona borclu olduğu borcdan hissə-hissə qaytarsalarda, qalıq borcu olaraq 750 manat bugünədək ödənilməmiş qalmışdır. Əslində tərəflər arasındakı imzalanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsnin şərtlərinə əsasən cavabdehlər ona qalıq borcu olaraq 1700 manat pulu 30.10.204-cü il tarixinədək tam ödəməli idilər. Onun tərəfindən cavabdehlərə borcla bağlı çoxlu sayda zənglər edib iradlarını bildirmək istədikdə, cavabdehlər ona borclu olduqlarını etiraf etsələrdə, lakin, müxtəlif bəhanələr gətirərək borclarını ödəməkdən boyun qaçırmışlar. O, keçən müddət ərzində cavabdehlərin qalıq borcu 750 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdehlər özləri könüllü olaraq ona olan borclarını qaytarmaq fikrində deyillər. O, iddia ərizəsində əsas borca 750 manat, cəriməyə (gecikmə faizinə) görə 450 manat və dövlət rüsumuna görə 32 manat tələb etdiyini göstərsə də, lakin, hazırda cavabdehdən əsas borca 750 manat, cəriməyə (gecikmə faizinə) görə 150 manat və dövlət rüsumuna görə 32 mana pulun tutulmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, onlar iddiaçını tanıdığı üçün, 2022-ci ilin mart ayında iddiaçıya müraciət edərək borc olaraq (POZ QAZAN) Azər lotereya biletlərinin satılması üçün verilməsini xahiş etmişlər. İddiaçı onları tanıdığı üçün və onların ailə vəziyyətlərini nəzərə alaraq (POZ QAZAN) Azər lotereya biletlərinin satılması üçün onlara vermişdir. Tərəflər arasındakı xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən 1700 manat pulu (POZ QAZAN) Azər lotereya biletlərinin satılması müqabilində özlərinə faizlərini götürərək iddiaçının borcunu qaytarmasına razılaşmışlar. Lakin, onların hazırda maddi durumu və ailə vəziyətləri ağır olduğu üçün iddiaçıya olan borclarını birdəfəyə ödəyə bilməmişlər. Odur ki, iddiaçıya olan borcunu ödəməyə razıdır və gələcəkdə hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, digər Cavabdeh1 izahatına uyğun izahat vermişdir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixinədək qaytarmaq şərtilə 1700 manat (bir min yeddi yüz -1000 ABŞ dolları) məbləğində pul borc vermişdir. İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq dəbbə pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 1083.1-ci maddəsinə əsasən oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. 1083.2.1- ci maddəsinə əsasən oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi oyun və mərc kimi qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarındakı tövsiyyələrinə əsas tutaraq qeyd etməyi lazım bilir ki, tərəflər arasında yaranmış münasibət borc münasibəti olmaqla aydın şəkildə iqtisadi məzmun daşımışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və iş materiallarından müəyyən olundu ki, cavabdehlər iddiaçını tanıdığı üçün 2022-ci ilin mart ayında müraciət edərək maddi vəziyyətləri ağır olduğunu və çətinliklə dolandıqlarını bildirərərk onlara borc olaraq (POZ QAZAN) Azər lotereya biletlərinin satılması üçün verilməsini xahiş etmişlər. İddiaçı cavabdehləri tanıdığı üçün və onların ailə vəziyyətlərini nəzərə alaraq (POZ QAZAN) Azər lotereya biletlərinin borc olaraq satılması üçün onlara vermişdir. Tərəflər arasındakı borc müqaviləsinə əsasən cavabdehlər (POZ QAZAN) Azər lotereya biletlərinin satılması müqabilində özlərinə faizlərini götürərək, onun borcunu qaytarmasına razılaşmışlar. Lakin, cavabdehlər borc müqaviləsinin şərtlərinə lazımınca əməl etməmişlər. Nəticədə cavabdehin iddiaçıya əsas borca 750 manat, cəriməyə (gecikmə faizinə) görə 450 manat, cəmi 1200 manat məbləğində borcu yaranmışdır. Cavabdehlər iddiaçıya olan borcundan verdikləri sözlərinə və borc müqaviləsinin şərtlərinə əməl etməyərək, hər dəfə müxtəlif bəhanələr gətirməklə hazırki vaxta kimi geri qaytarmamışlar. Cavabdehlər keçən müddət ərzində borclu olduqları pulu ödəmədiyindən iddiaçı belə nəticəyə gəldimişdir ki, cavabdehlər özləri könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyillər. Ona görə də hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını və cavabdehlərin iddianı etiraf etmələrinə dair izahatlarını dinləyib, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən borca görə 750 manat, cərimə borcuna görə 150 manat və dövlət rüsumuna görə ödənilmiş 32 manat, cəmi 932 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər borc müqaviləsi üzrə öhdəliyinin icrasına görə iddiaçı qarşısında birgə məsuliyyət daşımalı və həmin müqavilə üzrə ödənilməsi qət edilən məbləğ onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 750 manat, cərimə borcuna görə 150 manat və dövlət rüsumu olaraq ödənilmiş 32 manat, cəmi 932 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar