Məhkəmə qərarları › İş №2(035)-277/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-277/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-277/2025 15.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zərdab RİHB-nin Məlikli kənd İƏD üzrə nümayəndəliyi və maraqlı şəxs Zərdab rayon İcra Hakimiyyətinə qarşı “ İcarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Müqavilənin ləğvi) Zərdab Rayon Məhkəməsi X12 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə1 Cavabdeh Zərdab RİHB-nin Məlikli kənd İƏD üzrə nümayəndəsi Nümayəndə3 Maraqlı şəxs Zərdab rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Zərdab RİHB-nin Məlikli kənd İƏD üzrə nümayəndəliyi və maraqlı şəxs Zərdab rayon İcra Hakimiyyətinə qarşı “İcarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Zərdab RİHB-nin Məlikli kənd İƏD üzrə nümayəndəliyi və maraqlı şəxs Zərdab rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon İcra Hakimiyyəti başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə3 tərəfindən 07 sentyabr 2018-ci il tarixdə təsdiqlənmiş X9 və oğlu X8 (sonuncunun iştirakı olmadan) məxsus Maralçıxan adlı ərazidə Dövlət Aktı JN: 0065 İ kateqoriya cəmi 0.54 ha pay torpağının 05 sentyabr 2018-ci il tarixdən Məlikli kənd sakini icarəçi X3 12 (on iki) il müddətinə icarəyə verilməsinə dair 06 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab rayonu, Məlikli kənd sakini X1 ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən bacısı X9 və sonuncunun oğlu X5 payına düşən 0,54 ha sahənin İsgəndərov Şahid adlı şəxsə 12 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli müqavilədə onun adından əlyazma ilə müqavilənin bağlanmasına razılığını ifadə edən yazı yazılması və imza çəkilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 313-cü (vəzifə saxtakarlığı) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Zərdab rayon İcra Hakimiyyəti başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə3 tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiqlənmiş X9 və oğlu X8 (sonuncunun iştirakı olmadan) məxsus Maralçıxan adlı ərazidə JN0056 nömrəli Dövlət Aktına əsasən 0.54 ha pay torpaq sahəsinin xx.xx.2018-ci il tarixdən Məlikli kənd sakini icarəçi X3 icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli icarə müqaviləsi 12 il müddətə tərtib olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin “Hüquqların Dövlət qeydiyyatı və haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Zərdab rayonu, Məlikli kəndi ərazisində yerləşən xüsusi müllkiyyətdə olan 1.61 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X6, X9, X15, X13, X14 və X2 ümumi birgə mülkiyyətindədir. Odur ki, Zərdab RİHB-nin Məlikli kənd İƏD üzrə nümayəndəliyi xx.xx.2025-ci il tarixdə rayon prokurorluğuna yazılı müraciət edərək xx.xx.2018-ci il tarixdə icarəyə verən X9 və icarəyə götürən X7 tərəfindən pay torpağının icarəyə verilməsi barədə nümayəndəlik tərəfindən təsdiqlənmiş müqavilənin ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayonu, Məlikli kənd sakini X1 ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən bacısı X9 və sonuncunun oğlu X5 payına düşən 0,54 ha sahənin Məlikli kənd sakini X3 xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən 12 il müddətinə icarəyə verilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair müqavilələri təsdiq edə bilər. “Notariat haqqında” qanunun tələblərinin düzgün tədbiq olunmaması və Zərdab RİHB-nin Məlikli kənd İƏD üzrə nümayəndəliyinin müqavilənin ləğv olunması ilə bağlı rayon prokrorluğuna ünvanladığı müraciətə əsasən icarə müqaviləsinin ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Zərdab RİHB-nin Məlikli kənd İƏD üzrə nümayəndəsi Nümayəndə3 iddianı qəbul edərək izahatında bildirmişdir ki, 05 sentyabr 2018-ci il tarixdə Məlikli kənd sakini X9 və onun oğlu X13 ilə X7 arasında JN: 0056 İ kataqoriya 0.54 ha pay torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və bağlanmış müqavilə Məlikli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuşdur. Müqaviləni təsdiq edən zaman qanunvericiliyin tələbindən xəbərsiz olmuşdur. Buna əsasən iddianın təmin olunaraq Zərdab RİHB-nin Məlikli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiqlənmiş müqavilənin ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iddiya etiraz etmədiyini və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan müqavilədən görünür ki,Məlikli kənd sakini X9 və onun övladı X13 0.54 ha pay torpaq sahəsini 05 sentyabr 2018-ci il tarixdən Məlikli kənd sakini X3 12 il müddətinə icarəyə vermişdir.Müqavilə Zərdab rayonu İcra Hakimiyyəti Başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə3 tərəfindən X4 imzası olan hissəsində təsdiq olunmuş və reyesterdə № 44 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Zərdab rayon İcra Hakimiyyətinin Başçısının Məlikli kənd İƏD üzrə nümayəndəliyinin İddiaçına ünvanladığı 27 yanvar 2025-ci il tarixli № 18 saylı məktubdan müəyyən olunur ki, hazır ki,iş üzrə cavabdeh iddiaçıya müraciət edərək X9 və X7 arasında bağlanmış icarə müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki,Nümayəndə1 İddiaçı səlahiyyətli nümayəndəsidir. İşdə olan xx.xx.2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki, Nümayəndə2ı Zərdab rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsidir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26.1. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 60.1 Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. Vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Notariat haqqında Azərbaycan Respublikasının qanunu: Maddə 2. Notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları, habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər tutulur. Maddə 15. Dövlət vasitəsi ilə notariat fəaliyyətini dövlət notariat ofislərində çalışan dövlət notariusları, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirirlər. Maddə 18.6. Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər. Maddə 27. Notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Maddə 35. Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 59.1. Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. 306.3. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər: 306.3.1. mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə; 306.3.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, 06 sentyabr 2018-ci il tarixdə Məlikli kənd sakini X9 və onun oğlu X13 (sonuncunun iştirakı olmadan) ilə X7 arasında JN: 0056 İ kataqoriya 0.54 ha pay torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və bağlanmış müqavilə xx.xx.2018ci il tarixdə Məlikli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh və maraqlı şəxsin nümayəndəsi iddiaya etiraz etməmiş əksinə iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və maraqlı şəxsin iddianı qəbul etməsi halı ilə yanaşı məhkəmə işin digər hallarınada hüquqi qiymət verərək bildirir ki, müqavilə təsdiq olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, müqavilə tərəflərdən birinin yəni X5 iştirakı olmadan imzalanmışdır. Eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun imperativ tələbləri pozulmuş və müqavilə qanunla müəyyən olunmuş müddətlərdən uzun müddətə bağlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə əsaslı olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı cavabdeh Zərdab RİHB-nin Məlikli kənd İƏD üzrə nümayəndəliyi və maraqlı şəxs Zərdab rayon İcra Hakimiyyətinə qarşı “İcarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunsun. Zərdab rayon İcra Hakimiyyəti başçısının Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə3 tərəfindən 07 sentyabr 2018-ci il tarixdə təsdiqlənmiş X9 və oğlu X13 ilə Məlikli kənd sakini X7 arasında bağlanmış 06 sentyabr 2018-ci il tarixli icarə müqaviləsi ləğv olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar