Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-3/2025 10.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılması və pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Torpaq tələbi) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 10 mart 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Alıcanlı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********68 qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ona və onun digər ailə üzvülərinə verilmiş 1.13 ha çöl pay torpaq sahəsindən Cavabdeh məcburi olaraq çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Alıcanlı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə müvafiq qurumlar tərəfindən yerindəcə ölçü işləri aparılmaqla 1.13 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX-0697556 nömrəli Çıxarış verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan onlar ailə olaraq daima səmərəli şəkildə istifadə etməklə əkilib becərilmiş və torpaq keçən illər ərzində əkinə tam olaraq yararlı vəziyyətə gətirilmişdir. Lakin, rəsmi Çıxarışa əsasən ona və onun digər ailə üzvlərinə aid olan torpaq sahəsini qonşusu hazırki Cavabdeh tərəfindən zəbt edildiyi ehtimal edilmişdir. CPS-lə ölçü işləri aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. CPS-lə ölçü işlərinin aparılması nəticəsində məlum olmuşdur ki, həqiqətən də, onlara məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olumuşdur. O, hesab edir ki, sözügedən torpaq sahəsini cavabdeh qanunsuz zəbt etmişdir. Hal-hazırda cavabdeh onlara həmin torpaq sahəsindən istifadəsinə maneçilik törədir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Alıcanlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə müvafiq qurumlar tərəfindən yerindəcə ölçü işləri aparılmaqla 1.13 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX- 0697556 nömrəli Çıxarış verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan onlar bir ailə olaraq daim səmərəli şəkildə istifadə etməklə əkilib becərilmiş və torpaq keçən illər ərzində əkinə tam olaraq yararlı vəziyyətə gətirilmişdir. Lakin, rəsmi Çıxarışa əsasən ona və onun ailə üzvlərinə aid olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Bu səbəbdən o, CPS-lə ölçü işləri aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. CPS-lə ölçü işlərinin aparılması nəticəsində məlum olmuşdur ki, onlara məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını xahiş etsədə cavabdeh buna məhəl qoymayaraq çıxmayacağını bildirmişdir. Onlar yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciətləri hazırki vaxta kimi nəticəsiz olaraq qalmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən 2.71 ha çöl torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Lakin, ona və onun ailə üzvülərinə verimiş 2.71 ha çöl torpaq sahəsi faktiki 2.29 hektardır. Həmin torpaq sahəsində əlavə olaraq bələdiyyə torpaq sahəsidə vardır. Həmin torpaq sahəsinin iddiaçıya heç-bir aidiyyəti yoxdur. Hesab edir ki, sözü gedən mübahisəli torpaq sahəsi onlara məxsusdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində dəvət edilmiş X1 izahatında bildirmişdir ki, elektron baza məlumatlarında mövcud olan Torpaqların elektron kadastrı uçotu informasiya sistemi məlumatlarında mövcud olan **********68 reyestr nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş olan sənəd üzrə 1.13 ha, faktiki sahəsi 1.06 ha olaraq göstərilmiş torpaq sahəsinin 0.96 ha hissəsi Cavabdeh tərəfindən zəbt (istifadə) olunduğu müəyyən edilmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli və xx.xx.2015-ci il tarixli Çıxarışın surətindən görünür ki, hazırkı İddiaçı və onun digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Alıcanlı kəndi ərazisindən 1.13 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 10/8606 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, elektron baza məlumatlarında mövcud olan Torpaqların elektron kadastrı uçotu informasiya sistemi məlumatlarında möcud olan **********68 reyestr nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş olan sənəd üzrə 1.13 ha, faktiki sahəsi 1.06 ha olaraq göstərilmiş torpaq sahəsinin 0.96 ha hissəsi baxış zamanı Cavabdeh tərəfindən zəbt (istifadə) olunduğu müəyyən edilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə mühəndis- tikinti texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan notarial qaydada təstiq olunmuş xx.xx.2008-ci il tarixdə verilmiş MV № 053221 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə iddiaçıya və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Alıcanlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.13 ha çöl pay torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlardan, məhkəmə iclasında tədqiq edilən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan və məhkəmə tikinti-texniki ekspertizasının 10/8606 saylı, xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olundu ki, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Alcanlı kəndi ərazisində yerləşən 0.96 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin (mülkiyyətçilərin) iradəsinə zidd olaraq Cavabdeh tərəfindən naturada istifadə olunur. Nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, İddiaçı (və ailə üzvlərinə) məxsus olan hər hansı bir torpaq sahəsini zəbt etmədiyini bildirsə də, öz etirazını əsaslandıra bilməmiş və iddianın rədd edilə bilməsi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh izahatı iddiaçının izahatı ilə yanaşı, məhkəmə tikinti-texniki ekspertizasının 10/8606 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə tam şəkildə təkzib edilmişdir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosessual qanunvericilik normalarının müdəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı (və onun ailə üzvlərinin) mülkiyyətində olan sözügedən torpaq sahəsinin 0.96 ha hissəsinin iddiaçının (və onun ailə üzvlərinin) iradəsinə zidd olaraq Cavabdeh tərəfindən istifadə olunmasının heç bir hüquqi əsası yoxdur. Bu iddiaçının mülkiyyət hüququnun pozuntusudur. Məhkəmə hesab edir ki, iddia həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də iddiaçının (və onun ailə üzvlərinin) mülkiyyət hüququnun pozuntusu aradan qaldırılmalı və bu məqsədlə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh ********** Qeydiyyat nömrəli və xx.xx.2015-ci il tarixli Çıxarışda göstərilən İddiaçı (və onun ailə üzvlərinə) məxsus Zərdab rayonu Alcanlı kəndində yerləşən torpaq sahəsinin zəbt etdiyi 0.96 ha hissəsindən çıxarılsın. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-3/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-3/2025
10.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver