Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-305/2023 25.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh1 İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 25 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 14 mart 2023-cü il tarixdə saat 21.40 radələrində cavabdehlər Cavabdeh1 idarə etdiyi Mercedes markalı və Cavabdeh2 idarə etdiyi VAZ-2107 markalı avtomobillə Zərdab şəhəri Azərbaycan küçəsində yüksək sürətlə ötmə əməliyyatı apararkən avtomobilini həmin yolda yolun hərəkət olmayan hissəsində saxladığı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətməklə avtomobilini yararsız hala salmaqla vurduğu-- ziyana görə 10925 manat, avtomobilə vurulmuş ziyana görə mütəxəssisə ödənilmiş 50 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 120 manat olmaqla, cəmi 11098 manat pulun cavabdehlərdən məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.03. 2023-cü il tarixdə təxminən saat 21.40 radələrində iddiaçıya məxsus olan 90SD539 nömrə nişanlı Volkswagen polo 2013cü il buraxılışlı, minik maşınını Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən yaşadığı evin qarşısında saxladığı zaman cavabdehlər idarə etdikləri avtomobillə ötmə əməliyyatı apararkən toqquşmuş və qəza nəticəsində onun maşınına ciddi maddi ziyan dəymişdir. Nəticədə isə cavabdehlərin məsuliyyətsizliyi nəticəsində onun idarə etdiyi avtomobil yararsız hala düşməklə dəymiş ziyan 10925 manat qiymətləndirilmişdir. İddiaçı tərəfindən dəymiş ziyanla bağlı cavabdehlərə edilən müracitlərdən heç-bir nəticə olmadığı üçün o, cavabdehlərin vurduqları ziyanın yalnız məhkəmə qaydasında alınmasını məqsədə müvafiq hesab etmişdir. Ona görə də, o, dəymiş ziyana görə 10925 manat, avtomobilə vurulmuş ziyana görə mütəxəssisə ödənilmiş olduğu 50 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 120 manat olmaqla, cəmi 11098 manat pulun cavabdehlərdən məcburi qaydada alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 14.03. 2023-cü il tarixdə təxminən saat 21.40 radələrində ona məxsus olan 90SD539 nömrə nişanlı Volkswagen polo 2013-cü il buraxılışlı, minik maşınını Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən yaşadığı evin qarşısında saxladığı zaman cavabdehlər idarə etdikləri avtomobillə surətlə ötmə əməliyyatı apararkən idarə etdikləri avtomobillə onun avtomobilini vurmaqla yol-nəqliyyat hadisəsi törətmişlər. Nəticədə isə cavabdehlərin məsuliyyətsizliyi nəticəsində idarə etdiyi avtomobil yararsız hala düşməklə ona 10925 manat dəyərində maddi ziyan vurulmuşdur. Onun cavabdehlər tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş ziyanı müəyyənləşdirmək məqsədi ilə rayonda fəaliyyət göstərən çoxsaylı avtomobil təmiri sexlərinə müraciət etmiş və onun iştirakıilə avtomobilə baxış keçirildikdən sonra müəyyən olunmuşdur ki, avtomobilin sol krel qabaq, sol qapı qabaq, sol karniz, sol arxa krel, arxa panel, arxa baqajın kapotu, arxa sağ qapı, sağ alt karniz, arxa sağ yan şüşə, arxa bufer, arxa stop 2 ədəd, sol qabaq peredoq hissəsi, baqajın iç pılasmasları, arxa baqajın pol hissəsi, sol təkər və diski, zapas təkər, sol arxa rama, arka sol, salaçkaya ciddi ziyan dəyməklə tamamilə sıradan çıxmış və qeyd olunan avto-ehtiyat hissələrinin yenidən alınmasına və avtomobil təmiri üzrə ustalar tərəfindən qeyd olunan hissələrlə yenidən yığılmasına zərurət yaranmışdır.Qeyd olunanlarla bağlı müvafiq akt tərtib olunmaqla imzalanmış və avtomobilin fotoşəkilləri çəkilmişdir. Qeyd olunan həmin aktı və avtomobilə dair fotoşəkilləri ərizəsinə əlavə etmişdir. Həmçinin avtomobilə baxış zamanı avtomobilə dəymiş ziyan 10925 manat qiymətləndirilmişdir. Onun avtomobilinə dəymiş ziyan görə ona sığorta şirkəti tərəfindən 5000 manat pul ödənilmişdir. Hesab edir ki, cavabdehlərin vurduğu ziyanın yalnız məhkəmə qaydasında alınması məqsədə müvafiqdir. Vurulmuş maddi zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, o, 14.03. 2023-cü il tarixdə Zərdab şəhəri Azərbaycan küçəsində idarə etdiyi Mercedes Benz C240 minik markalı, 90EF084 dövlət qeydiyyatl nişanlı avtomobillə Cavabdeh2 idarə etdiyi VAZ-2107 markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus 90SD539 nömrə nişanlı Volkswagen polo 2013-cü il buraxılışlı nəqliyyat vasitəsinə maddi zərər vurmuşlar. Avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən iddaçıya 5000 manat pul ödənilmişdir. Əməlində cinayət tərkibi olmadığı üçün barəsində Zərdab rayon Polis Şöbəsində aparılan araşdırmanın yekunu olaraq cinayət işinin başlanması rədd olunmuş, lakin, hadisəyə görə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə cərimə edilmişdir. Hesab edir ki, iddiaçıya ödənilən sığorta ödənişi nəzərə alınmaqla ümumi borcdan çıxarılmalıdır. Hazırda iddiaçıya tələb olunan məbləği ödəmək imkanı yoxdur. Odur ki, iddianı qismən təmin olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab RPİ-nin DYPŞ-nin əməkdaşı N.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı izibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə idarə etdiyi Mercedes Benz C240 minik markalı, 90EF084 dövlət qeydiyyatlı nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə halına yol verərək Cavabdeh2 idarə etdiyi VAZ-2107 markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə, Cavabdeh2 isə Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş və 100 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4559 saylı rəyindən görünür ki, "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Volkswagen polo” markalı, 90SD539 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7001.00 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Sığorta haqqında Qanun: 10-cu maddəsinə görə sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. 11-ci maddəsinə görə qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 16-cı maddəsinə görə sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinəəsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülkihüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatı ilə yanaşı, işdə olan inzibati xəta haqqında qərardan və məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4559 saylı rəyi ilə müəyyən olundu ki, 14.03. 2023-cü il tarixdə təxminən saat 21.40 radələrində Zərdab şəhəri Azərbaycan küçəsində Cavabdeh1 idarə etdiyi Mercedes Benz C240 minik markalı, 90EF084 dövlət qeydiyyatlı nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə halına yol verərək Cavabdeh2 idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolnəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus 90SD539 nömrə nişanlı, Volkswagen polo 2013-cü il buraxılışlı minik maşınını vurmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobil əzilmiş və iddiaçıya ümumilikdə 7001.00 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. İddiaçı ona 10925 manat məbləğində ziyan dəydiyini iddia etsədə, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4559 saylı rəyi ilə iddiaçıya dəyən ziyanın 7001.00 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bundan əlavə məhkəm iclasında tərəflərin verdiyi ifadələrindən və məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıya dəymiş ziyanın 5000 manatını sığorta ödəniş olmaqla 5000 manat pul iddia tələbindən çıxarılmalı və iddia tələbinin qalan hissəsi isə əsaslı olduğundan təmin edilməliditr. Beləliklə, məhkəmə iddiaçının izahatına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4559 saylı rəyinə və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalra əsaslanaraq və tərəflərin verdiyi ifadələrə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia maddi ziyan tələbinə dair hissədə qismən təmin edilməli və cavabdehlərdən iddiaçının xeyrinə 2171 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 120 manat, avtomobilə vurulmuş ziyanın hesablanması üçün mütəxəssisə ödədiyi 50 manat pul cavabdehdlərdən tutularaq iddiaçıya, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlərdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 2001 manat, avtomobilə vurulmuş ziyanın hesablanması üçün mütəxəssisə ödədimiş 50 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 120 manat, cəmi 2171 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-305/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-305/2023
25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver