Məhkəmə qərarları › İş №2(035)-319/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-319/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-319/2025 23.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 23 iyun 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh RSK5799514 nömrəli, 19 may 2020-ci il tarixli müqavilə üzrə 180 manat əsas, 54 manat dəbbə pulu, RSK5860401 nömrəli, 21 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 49 manat əsas, 14 manat dəbbə pulu, RSK5860799 nömrəli, 07 yanvar 2021-ci il tarixli müqavilə üzrə 305 manat əsas, 91 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 723 manar pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RSK5799514 saylı müqaviləyə əsasən cavabdehə, ilkin ödəniş 20 manat olmaqla, 18 ay müddətinə, hissə-hissə hər ay 37 manat ödəmək şərti ilə, 686 manat dəyərində SAMSUNG GALAXY A20S markalı telefon;-xx.xx.2020-ci il tarixli, RSK5860401 saylı müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, hissə-hissə hər ay 39 manat ödəmək şərti ilə 490 manat dəyərində SAMSUNG GALAXY A21S markalı telefon; xx.xx.2021-ci il tarixli, RSK5860799 saylı müqaviləyə əsasən cavabdehə ilkin ödəniş 5 manat olmaqla, 12 ay müddətinə, hissə-hissə hər ay 45 manat ödəmək şərti ilə, 545 manat HUAWEİ P40 LİTEL E4/64GB BLUF, 1 ədəd QZT satılmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə iddiaçıya 693 manat borcu yaranmışdır. Cavabdeh əldə etdiyi malları tam və qüsursuz şəkildə təhvil alaraq 693 manat pulun cavabdehə tam həcmdə geri qaytarılmasına söz vermişdir. Lakin, cavabdeh borclu olduğu 693 manat pulun bu günədək qaytarmamışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsədə, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə cavabdehin iddiaçıya 693 manat borcu yaranmışdır. Ona görə də hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi ona çatmadığı üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini, məhkəmə iclasını onun iştirakı olmadan keçrilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda vəya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan telefonoqramdan görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh zəng edilərək məlumat verilmiş, cavabdeh iddiaçya olan borcunu etiraf edərək iddianı qəbul etdiyini və ödəməyə razı olduğunu bildirmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatından və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RSK5799514 saylı müqaviləyə əsasən cavabdehə, ilkin ödəniş 20 manat olmaqla, 18 ay müddətinə, hissə-hissə hər ay 37 manat ödəmək şərti ilə, 686 manat dəyərində SAMSUNG GALAXY A20S markalı telefon;-xx.xx.2020-ci il tarixli, RSK5860401 saylı müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, hissə-hissə hər ay 39 manat ödəmək şərti ilə 490 manat dəyərində SAMSUNG GALAXY A21S markalı telefon; xx.xx.2021-ci il tarixli, RSK5860799 saylı müqaviləyə əsasən cavabdehə ilkin ödəniş 5 manat olmaqla, 12 ay müddətinə, hissə-hissə hər ay 45 manat ödəmək şərti ilə, 545 manat HUAWEİ P40 LİTEL E4/64GB BLUF, 1 ədəd QZT satılmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə iddiaçıya 693 manat borcu yaranmışdır. Cavabdeh əldə etdiyi malları tam və qüsursuz şəkildə təhvil alaraq 693 manat pulun cavabdehə tam həcmdə geri qaytarılmasına söz vermişdir. Lakin, cavabdeh borclu olduğu 693 manat pulun bu günədək qaytarmamışdır. İddiaçı borcun qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh yalan vədlər verərək, müxtəlif bəhanələr gətirərərk borcunu ödəməkdən boyun qaçırmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi üçün dəfələrlə cavabdehə xəbərdarlıq olunsa da, borcun könüllü şəkildə ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatına, cavabdehin iddianı qəbul etməsinə dair telefonoqramanı, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 693 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh RSK5799514 nömrəli, 19 may 2020-ci il tarixli müqavilə üzrə 180 manat əsas, 54 manat dəbbə pulu, RSK5860401 nömrəli, 21 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 49 manat əsas, 14 manat dəbbə pulu, RSK5860799 nömrəli, 07 yanvar 2021-ci il tarixli müqavilə üzrə 305 manat əsas, 91 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 723 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar