Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-327/2025 23.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər:Borcun silinməsi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borc tələbi”nə dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə 23 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 523.44 manat borcun və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 553.44 manat pulun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Zərdab Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, hazırkı işdə ondan dələduzluqla pul alındığını, cinayət hadisəsi baş verdiyini, onun qanuni və əsaslı etirazını, qarşılıqlı iddia ərizəsini, üçüncü şəxslərin və şahidlərin işə daxil olması barədə vəsatətlərini məhkəməyə verdiyi, təqdim edilən sənədlər və subutlar iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyini, iş üzrə əlavə araşdırmanın o cümlədən sübütların yerində müayinəsi, tərəflərin, 3-cü şəxslərin və şahidlərin məhkəmə iclasına çağİrılaraq izahatların və şahidlərin ifadələrin alınması zərurəti yarandığı üçün qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək qarşlıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Tərtər X6 İdarəsinin Tərtər rayonu üzrə xidmət sahəsində abonent kodu **********00990 olmaqla, xx.xx.2017-ci il tarixli, 9278 saylı müqavilə əsasında təbii qazdan istifadə edir. İddiaçı İB-nın Tərtər RQİİnin rayonu üzrə Tərtər xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində GCZ0241639 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2023-cü il tarixdən yaranmağa başlamışdır. Hazırda cavabdehin istifadə etdiyi təbii qaza görə 523.44 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsədə, borcunu ödəməmişdir.Ona görə də, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Cavabdehə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi onun ünvanda yaşamaması səbəbindən çatmadığı üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, Zərdab rayon Otmanoba kəndində yaşayır. Onun evinə gedən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacı onun adınadır. Hazırkı işlə bağlı bildirir ki, qaz pulu yığan X4 dələduzluq edərək ondan hər ay qaz pulunu almış, lakin, qaz idarəsinin hesabına ödəməmişdir. Bu məqsədlə onun ümumi borc olaraq 523.44 manat borcu yaranmışdır. O, hesab edrir ki, X4 barəsində cinayət işi açılmalıdır. O, hesab edir ki, onun idduaçıya heçbir borcu yoxdur. Odur ki, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan İddiaçı İB-i ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 9278 saylı müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısına dair müvafiq razılaşma əldə olunmuşdur. İşdə olan Abonentin Saldosundan məlum olur ki, cavabdehin təbii qazdan istifadəyə görə İddiaçı İB-nə 523.44 manat borcu yaranmışdır. İşdə olan “Debitor borcun ödənilməsi tələbi barədə” xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı rəsmi xəbərdarlıq olunmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 30.40 manat pul ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qərardadan görünür ki, məhkəmə iclasında iddiaçı Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək qarşlıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün iddia baxılmamış saxlanılmışdır. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərin əöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş (xx.xx.2016-cı il tarixli, 180 saylı Qərarla dəyişikliklər təsdiq edilmiş) “Qazdan istifadə Qaydaları”nın 5.1-ci maddəsinə əsasən təbii qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. X2 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin qaydaların 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh İddiaçı Tərtər X6 İdarəsinin Tərtər rayonu üzrə xidmət sahəsində abonent kodu **********00990 olmaqla, xx.xx.2017-ci il tarixli, 9278 saylı müqavilə əsasında təbii qazdan istifadə edir. İddiaçı İB-nın Tərtər RQİİ-nin rayonu üzrə Tərtər xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində GCZ0241639 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2023-cü il tarixdən yaranmağa başlamışdır. Hazırda cavabdehin istifadə etdiyi təbii qaza görə 523.44 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsədə, borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış borca görə 523.44 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30.4 manat pul tutularaq iddiaçı “AZƏRİQAZ İSTEHSALAT BİRLİYİ”-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış borca görə 523.44 manat və ödənilmiş dövlət rüsumuna görə 30.4 manat, cəmi 553.84 manat məbləğində pul tutularaq İddiaçı İBnin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-327/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-327/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver