Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-339/2024 31.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh ğluna qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-227/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat aliment və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə faktiki olaraq xx.xx.2016-cı ildə ailə qurmuş, nikahlarını rəsmi olaraq qeyd etdirməmişlər. Zərdab Rayon Məhkəməsinin 2(035)-1112/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdehin faktiki nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş qızı Zəhranın atası olması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 90 manat aliment tutulması qət edilmişdir. 2021-ci ildə Zərdab Rayon Məhkəməsinə cavabdehə qarşı onun ödədiyi 90 manat aliment pulu uşağın ehtiyaclarını tam ödəmədiyindən iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 2(035)-227/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan aliment artırılaraq, Zəhranın saxlanılması üçün 120 manat aliment tutulması qət edilmişdir. Artıq həmin qətnamənin çıxarılmasından 2 il, 11 ay keçmişdir. Özü heç bir yerdə işləmir, cavabdehin ödədiyi 120 manat aliment pulu uşağın tələbatlarını tam olaraq ödəmir, maddi cəhətdən çox əziyyət çəkir. Həmin məsələ ilə əlaqədar ilkin olaraq mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə etiraz: Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, ikinci dərəcəli əlil, əmək qabiliyyətsizdir. Ayda 363.86 manat pensiya alır. xx.xx.2017ci il tarixdə X9 ilə ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları xx.xx.2018-ci təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X3 anadan olmuşdur. Həyat yoldaşı X9 xəstə olduğundan işləyə bilmir. Ailələri dörd nəfərdən ibarətdir. Ailələrinə daxil olan yeganə qazanc mənbəyi onun hər ayda aldığı cəmi 363.86 manat pensiyadır. Həmin pensiya dörd nəfərə böldükdə hər adam başına 90.96 manat düşür. Buda ölkə üzrə 2024-cü ildəki minimum yaşayış meyarından 2.5 dəfə aşağıdır. Bir təhər valideynlərinin iqtisadi köməyi ilə dolanırlar. Özü ağır dərəcədə xəstə olduğuna görə heç bir yerdə işləyə bilmir...İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə faktiki olaraq xx.xx.2016-cı ildə ailə qurmuş, nikahlarını rəsmi olaraq qeyd etdirməmişlər. Zərdab Rayon Məhkəməsinin 2(035)-1112/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdehin faktiki nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş qızı Zəhranın atası olması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 90 manat aliment tutulması qət edilmişdir. 2021-ci ildə Zərdab Rayon Məhkəməsinə cavabdehə qarşı onun ödədiyi 90 manat aliment pulu uşağın ehtiyaclarını tam ödəmədiyindən iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 2(035)-227/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan aliment artırılaraq, Zəhranın saxlanılması üçün 120 manat aliment tutulması qət edilmişdir. Artıq həmin qətnamənin çıxarılmasından 2 il, 11 ay keçmişdir. Özü heç bir yerdə işləmir, cavabdehin ödədiyi 120 manat aliment pulu uşağın tələbatlarını tam olaraq ödəmir, maddi cəhətdən çox əziyyət çəkir. Həmin məsələ ilə əlaqədar ilkin olaraq mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İddia ərizəsindən cavabdehdən 235 manat məbləğində aliment tutulmasını istəsə də, hazırda 150 manat aliment və mediasiya xərcinə gpörə ödədiyi 50 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdeh əmək qabiliyyətsizdir, ikinci dərəcəli əlildir. Himayəsində yeni ailəsi arvadı və iki uşağı var. Cavabdeh aldığı 363.86 manat pensiya pulu ilə ailəsini çox çətinliklə dolandırır. Əgər alimentin miqdarı artırılarsa, cavabdehin ödəmək imkanı olmayacaqdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini və yaxud Zəhranın saxlanılması üçün cavabdehin aldığı pensiyanın ¼ hissəsi tutulmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-1112/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı 27.012017-ci ildə doğulan Zəhranın atası olması müəyyən edilməsi, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 90 (doxsan) manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-227/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-1112/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyrimi) manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İşdə olan Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi xx.xx.2017-ci il təvəllüdlü X2 atası qrafasında atası kimi Cavabdeh, anası qrafasında anası kimi İddiaçı yazılmışdır. İşdə olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında Ağcabədi rayonu Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə nikah akt qeydləri kitabında 310 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Şirinov, arvada Şirinova soyadı verilmişdir. İşdə olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il və xx.xx.2023cü il tarixlərdə verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X4 birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X3 doğulmuşdur. İş materiallarından görünür ki, Cavabdeh mərkəzi sinir sisteminin üzvi xəstəliyindən sonra qıcolma tutmaları şəxsiyyətin enməsi diaqnozu il ikinci dərəcəli əlil və əmək qabiliyyətsizdir. İşdə olan sosial arayışın surətindən görünür ki, Cavabdeh əlilliyə görə 363.86 manat pensiya alır. İşdə olan mediator X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/MT018/2023- 03104 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o cavabdehdən 235 manat aliment tələb etsə də, hazırda 150 manat aliment tutulmasını xahiş edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2016-cı il tarixdə faktiki olaraq ailə qurmuş, tərəflərin faktiki nikahlarından bir uşaqları xx.xx.2017-ci il təvəllüdlü Zəhra doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-1112/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdehin faktiki nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş qızı Zəhranın atası olması və Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 90 manat aliment tutulması qət edilmişdir. Həmin məhkəmənin 2(035)-227/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan aliment artırılaraq, Zəhranın saxlanılması üçün 120 manat aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın ehtiyaclarını tam ödəmir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatına, iddia ərizəsinə, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması barədə Zərdab Rayon Məhkəməsinin 2(035)-227/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 2 il, 11 ay müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Cavabdeh iddiaya qarşı etirazını bildirsə də, iddianın rədd edilməsi üçün hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarını nəzərə almaqla hüquqi qiymət verərək hesab edir ki, cavabdehin məhkəməyə göndərdiyi etiraz və qeydləri iddianın rədd edilməsi üçün əsas vermir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın normal inkişafının təmin edilməsi üçün iddia qismən təmin edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-227/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Məhkəmə alimentin hansı miqdarda artırılması məsələsini müzakirə edərək hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı müəyyənləşdirərkən iddiaçının uşağı təkbaşına böyütməsi, uşağın minumum tələbatlarının ödənilməsinin təmin edilməsi kimi diqqətəlayiq olan hallar, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını və himayəsində yeni nikahdan doğulan iki uşağının olması, cavabdehin ikinci dərəcəli əlil olması nəzərə alınmalı və iddiaçının uşağın saxlanmasına görə cavabdehdən hər ay 150 manat aliment tələb etməsinə dair iradə ifadəsi əsas götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın normal inkişafının təmin edilməsi üçün iddia qismən təmin edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-563/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 150 manat (hazırda tutulan məbləğ) – 120 manat (əvvəl tutulan məbləğ) = 30 manat; 30 manat x 12 ay = 360 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-227/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-339/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-339/2024
31.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver