Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-35/2024 19.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbinə” dair mülki işüzrə (Açar sözlər:Dəymiş zərərin ödənilməsi tələbi) X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və X2 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 19 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və X2 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbiətə dəymiş ziyana görə 3800 manat pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçrülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə Zərdab rayonu Bıçaqçı kənd sahəsində kök üstə yaş halda olan 3 ədəd palıd və 1 ədəd qarağac cinsli ağacları kök boğazından kəsilib məhv etməklə təbiətə 3800 manat məbləğində ziyan vurmuşdur. Bununla da cavabdeh “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydalarının tələblərini pozmaqla təbiətə maddi ziyan vurmuşdur. Faktla bağlı cavabdeh Zərdab Rayon Məhkəməsinin 1(035)-27/2023 saylı, 20.07. 2023-cü il tarixli Hökmünə əsasən CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il, 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmişdir. Cavabdeh tərəfindən vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı qərarının 01 saylı əlavəsinə əsasən hesablanaraq ziyanın məbləği 3800 manat məbləğində olması müəyyən edilmişdir. Dəymiş ziyan cavabdehdən tələb olunsa da, cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh yuxarıda adı çəkilən ağacları kəsərkən heç bir rəy almadan özbaşına hərəkət etmiş, yaşıllıqları kəsərək təbiətə ziyan vurmuşdur. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə Zərdab rayonu Bıçaqçı kənd sahəsində kök üstə yaş halda olan 3 ədəd palıd və 1 ədəd qarağac cinsli ağacları kök boğazından kəsilib məhv etməklə təbiətə 3800 manat məbləğində ziyan vurmuşdur. Bununla da cavabdeh “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydalarının tələblərini pozmaqla təbiətə maddi ziyan vurmuşdur. Faktla bağlı cavabdeh Zərdab Rayon Məhkəməsinin 1(035)-27/2023 saylı, 20.07. 2023-cü il tarixli Hökmünə əsasən CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il, 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh tərəfindən vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı qərarının 01 saylı əlavəsinə əsasən hesablanaraq 3800 manat məbləğində olması müəyyən edilmişdir. Dəymiş ziyan cavabdehdən tələb olunsa da, cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh yuxarıda adı çəkilən ağacları kəsərkən heç bir rəy almadan özbaşına hərəkət etmiş, yaşıllıqları məhv edərək təbiətə ziyan vurmuşdur. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, Zərdab rayonu, Bıçaqçı kəndində daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır, heç bir yerdə işləmir. 2023-cü ilin yanvar ayı ərzində müxtəlif günlərdə Bıçaqçı kəndinin “Aşağı Bağ” adlanan ərazisində palıd və qarağac cinsli ağaclar kəsmişdir. Həmin ərazi yaşadığı evdən təxminən 4-5 km məsafədə yerləşir. O, həmin əraziyə özünə məxsus araba ilə getmişdir, gedərkən özünə məxsus motorlu mişar da götürmüşdür. Maddi vəziyyətinin çətin olması səbəbi ilə həmin ərazidə olan müxtəlif cinsli ağacları motorlu mişar ilə kəsmişdir. Ağacları kəsən zaman məsuliyyətini dərk etmiş, lakin ağacları ehtiyacı olduğu üçün kəsmişdir. Həmin ağacların kəsilmiş hissələrini müxtəlif ölçülərdə doğramaqla araba ilə yaşadığı evin həyətinə gətirmiş, gündəlik istifadə edərək odun peçində yandırmışdır. Ağacları kəsməyi ilə əlaqədar heç kimə hər hansı məlumat verməmişdir. Vurduğu ziyanı ödəmək üçün maddi imkanı yoxdur. Hazırda etdiyi əməldən peşmandır, gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Məhkəməsinin 1(035)-27/2023 saylı, 20.07. 2023-cü il tarixli Hökmünün surətindən görünür ki, Cavabdeh CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il, 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 39-cu maddəsinin 3-cü bəndinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli, 173 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağackol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları”nın 4-cü bəndinin tələblərinə görə bu qaydalar meşə fonduna, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətinə daxil olmayan torpaq sahələrində bitən ağac-kol bitkilərinə şamil edilir və onun tələblərinin yerinə yetirilməsi həmin torpaqların istifadəçiləri və icarəçiləri üçün məcburidir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinin mənasına görə “ yaşıllıqlar” dedikdə şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Həmin Qanunun 19-cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmə və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir. “Ətraf mühitinin mühafizəsi haqqında” Qanunun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin və cavabdehin izahatı ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, cavabderh tərəfindən xx.xx.2019-cu il tarixdə Zərdab rayonu Bıçaqçı kənd sahəsində kök üstə yaş halda olan 3 ədəd palıd və 1 ədəd qarağac cinsli ağacları kəsərək məhv etməklə təbiətə 3800 manat məbləğində ziyan vurmuşdur. Bununla da cavabdeh “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydalarının tələblərini pozmaqla təbiətə maddi ziyan vurmuşdur. Faktla bağlı cavabdehə Zərdab Rayon Məhkəməsinin 1(035)-27/2023 saylı, 20.07. 2023-cü il tarixli hökmünə əsasən CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il, 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh tərəfindən vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı qərarının 01 saylı əlavəsinə əsasən hesablanaraq maddi ziyanın 3800 manat məbləğində olması müəyyən edilmişdir. Dəymiş ziyan cavabdehdən tələb olunsa da, cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəməkdən yayınmışdır.Tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, tərəflərin izahatlarına, qanunvericilik normalarına və işdə olan yuxarıda adı çəkilən yazılı sübutlara qarşılıqlı şəkildə qiymət verərək hesab edir ki, iddia təmin təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 3800 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad olduğu üçün iş üzrə ödənilməli olan 58 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 3800 manat pul alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və X2 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesqabına (X1, kodu 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab Nömrəsi: AZ50CTRE********************, VÖEN **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya: XHK 2195301. D3. Büdcə təsnifat kodu-142582. D4. Büdcə əməliyyatlarının kodu-3) hesabına ödənilsin. İş üzrə ödənilməli olan 58 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-35/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-35/2024
19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver