Məhkəmə qərarları › İş №2(035)-354/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-354/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-354/2025 12.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 12 sentyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada mənim xeyrimə əsas borca görə 1800 manat və ödənilmiş dövlət rüsumuna görə 38 manat, cəmi 1838 manat pulun məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-354/2025 saylı, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borca görə 1800 manat və dövlət rüsumuna görə 38 manat, cəmi 1838 (min səkkiz yüz otuz səkkiz) manat pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh1 elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək Zərdab Rayon Məhkəməsinin 2(035)-354/2025 saylı, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsini ləğv edilməsinə və işin mahiyyəti baxılaraq qərardad qəbul esdilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-354/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Zərdab Rayon Məhkəməsinin 2(035)-354/2025 saylı, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün təzələnmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 38 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İddiaçının nümayəndəsi ərizənin geri qaytarılmasını xahiş etdiyi, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 38 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regiaonal maliyyə İdarəsinə həvalə edilsin. İddiaçı iddianın qaytarılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar