Məhkəmə qərarları › İş №2(035)-374/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-374/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-374/2024 26.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X2 Baxşəli oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3000 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3050 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 2022-ci ildə 3000 manat qarşılığında Zərdab rayon Suvarma Sistemləri İdarəsində iddiaçını işə düzəldəcəyini söz verdiyi üçün iddiaçı cavabdehə 3000 manat məbləğində pulu vermişdir. Cavabdeh onu işə düzəldəcəyinə dair söz versə də, sözünə əməl etməmiş, nə də ki, aldığı pulu geri qaytarmamışdır. İddiaçı isə Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı cavabdeh Nəsimi RRİ-nin 19-cu PŞ-nə izahat verərək iddiaçıdan 3000 manat pul aldığını etiraf etməklə, aldığı pulu 2023-cü ilin yanvar ayının sonunadək verəcəyinə dair yenidən vədlər versə də, bu günə kimi qaytarmamışlar. Dəfələrlə cavabdehdən ona borclu olduğu 3000 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaya etiraz: Cavabdeh iddianı qəbul etməyərək etirazında bildirmişdir ki, iddiaçıdan 3000 manat borc aldığını, onu işə düzəldilməsi üçün vəd vermədiyini və sonradan iddiaçının narahatçılığını görərək iddiaçıya olan borcunu hissə-hissə ödəmişdir. Belə ki, iddiaçıya məxsus bank hesabına 2.05.2022-si il tarixdə 100 manat əməliyyat nömrəsi **********4, xx.xx.2022-si il tarixdə 400 manat əməliyyat nömrəsi **********, xx.xx.2022-si il tarixdə 62 manat, qəbz nömrəsi 262952, xx.xx.2022-si il tarixdə 100 manat qəbz nömrəsi 266190, xx.xx.2022-si il tarixdə 3 manat qəbz nömrəsi 11163, xx.xx.2022-si il tarixdə 250 manat qəbz nömrəsi 19811, xx.xx.2022-si il tarixdə 350 manat, əməliyyat nömrəsi **********, xx.xx.2023-sü il tarixdə 500 manat, qəbz nömrəsi 25082, xx.xx.2023-sü il tarixdə 200 manat, qəbz nömrəsi 2785, xx.xx.2023-sü il tarixdə 10 manat, qəbz nömrəsi 24603, xx.xx.2023-sü il tarixdə 160 manat, qəbz nömrəsi 21506, xx.xx.2023-sü il tarixdə 5 manat, qəbz nömrəsi 2835, xx.xx.2023-sü il tarixdə 100 manat, qəbz nömrəsi 24979, xx.xx.2023-sü il tarixdə 60 manat, qəbz nömrəsi 21177 olmaqla, cəmi 2300 manat pul ödəmiş və iddiaçı aralarında əlyazma ilə tərtib olunmuş sənədə imza ataraq 424 manat almasını etiraf etmişdir. Nəsimi RPŞ tərəfindən polis bölməsinə dəvət olunan zaman iddiaçı ilə görüşüb nahar edərk ona nəğd şəkildə borcdan 300 manat ödəniş etmişdir. Ümumilikdə cavabdeh tərəfindən iddiaçıya bank hesabı və nəğd şəkildə 3024 manat pul ödənilmişdir. Odur ki, hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonu, Dəliquşçu kəndində yaşayan Cavabdeh 2022-ci ilin ortalarında 3000 manata qarşılığında Zərdab rayon Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyini bildirmişdir. O, "xxxx" KB ASC-dan kredit götürərək, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında 3000 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh işə düzəldəcəyinə dair söz versə də, lakin, cavabdeh sözünə əməl etməmiş, nə də ki, aldığı pulu geri qaytarmamışdır. O, Bakı şəhəri, Nəsimi rayon polis idarəsinə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmış və araşdırama zamanı cavabdeh Nəsimi RRİ-nin 19-cu PŞ-nə izahat verərək ondan 3000 manat pul aldığı etiraf etməklə, aldığı pulu 2023-cü ilin yanvar ayının sonunadək verəcəyinə dair yenidən vədlər versə də, bu günə kimi qaytarmamışlar. Onun tərəfindən cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıdan 2022-ci ildə 3000 manat məbləğində borc pulu almışdır. Bir müddət keçdikdən sonra o, iddiaçı ilə razılaşaraq nəğd pul ödəməklə iddiaçının kreditini ödəmiş, qalan pulları isə iddiaçıya məxsus kart hesabına yükləmişdir. Bundan başqa iddiaçıya borclu olduğu 3000 manat puldan xx.xx.2023-cü il tarixdə 424 manat əlyazmasına imza etməklə vermişdir. Odur ki, onun bu günə iddiaçıya heç bir borcu qalmamışdır. Buna sübut olaraq ödəniş qəbzlərin və əlyazmasının iş matereallatına əlavə olunmasını xahiş edir. İddiaçı borcla bağlı ondan Bakı şəhəri, Nəsimi rayon polis idarəsinə şikayət etmişdir. Lakin, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu RP-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının ona qarşı şikayəti əsasında toplanmış HK-1/4063 saylı matereal üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, hesab edir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu RP-nin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı şikayəti əsasında toplanmış HK-1/4063 saylı matereal üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı kart hesabına ödənişlər etmiş və kredit borclarını ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, Cəlilov X1 Əyyub Təyyub oğluna 3000 manat borc pul vermiş, Cavabdeh isə həmin borcdan İddiaçı 424 manatını ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə m əsasən araqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada əsasən məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdəiştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatından və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, cavabdeh 2022-ci ildə iddiaçını Zərdab rayon Suvarma Sistemləri İdarəsində işə düzəldəcəyini söz verdiyi üçün iddiaçı cavabdehə 3000 manat məbləğində pulu vermişdir. Cavabdeh iddiaçını işə düzəldəcəyinə dair söz versə də, sözünə əməl etməmiş, nə də ki, aldığı pulu geri qaytarmamışdır. Lakin, məhkəmə araşdırması zamanı və cavabdeh tərəfindən iş matereallarına əlavə olmuş qəbzlərdən məlum olmuşdur ki, tərəflər öz aralarında razılaşaraq cavabdeh iddiaçının kart hesabına ödənişlər etmiş və kredit borclarını ödəmişdir. İş matereallarına əlavə olmuş xx.xx.2023-cü il tarixli əlyazmasından görünür ki, Cəlilov X1 Əyyub Təyyub oğluna 3000 manat borc pul vermiş, Cavabdeh isə həmin borcdan İddiaçı 424 manatını ödəmişdir. İddiaçı isə borcla bağlı cavabdehdən Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə şikayət etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təhqiqat müddətində Cavabdeh İddiaçı olan borcunu qaytarmış, təkrar ərizə ilə şikayət verməyəcəyini bildirərək aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Odur ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu RP-nin xx.xx.2023-cü il tarixli, HK-1/4063 saylı qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iddiaçının izahatına, iş materiallarına əlavə olunmuş qəbzlərə, xx.xx.2023-cü il tarixli əlyazmasına, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu RP-nin xx.xx.2023-cü il tarixli, HK- 1/4063 saylı qərarına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, işüçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarına əsaslanaraq, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda adıçəkilən maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı cavabdehə qarşı olan iddiasını məhkəmə iclasında sübüta yetirə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar