Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-375/2023 11.05.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi Zərdab Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə “kart borcunun qaytarılması” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə müraciət edərək CavabdehDAN əsas borca görə 56,64 manat, faiz borcuna görə 0 manat, cərimə borcuna görə 5,1 manat, komisyon haqqı borcuna görə 0 manat, cəmi 61,74 manat, dövlət rüsumuna görə 30 manat, xidmət haqqına görə 0,40 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən işə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Lakin iddia ərizəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyata alınarkan həmin qəbzin artıq istifadə olunduğu məlum olmuşdur. Bu səbəblə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-375/2023
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-375/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver