Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-390/2023 14.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı “pul tələbinə” dair mülki işüzrə (Açar sözlər:Pul tələbi) X6 sədrliyi x katibliyi İddiaçı Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 14 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sərxoş vəziyyətdə 21 aprel 2023-cü il tarixdə 21:20 radələrində idarə etdiyi **-OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini aşıb, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməklə avtomobilini yararsız hala salaraq vurduğu ziyana görə 13385.00 (on üç min üç yüz səksən beş) manat pulun, avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün xidmət haqqı olaraq "xxxx" Avtomotoservisin hesabına ödənilmiş 267,70 (iki yüz altmış yeddi manat yetmiş qəpik) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 131 ( yüz otuz bir ) manat- cəmi 13783 (on üç min yeddi yüz səksən üç) manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı **-PE-*** dövlət qeydiyyat nişanlı, qarayaşıl metallik rəngli “Ford Fusion” minik markalı avtomobil Bakı şəhəri Xətai prospekti, 103 A ünvanında yerləşən “Çinarə Lizinq” Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus olmaqla, həmin avtomobili liziniq müqaviləsi əsasında almış və aylıq, yəni müvəqqəti etibarnamə əsasında idarə etmişdir. İddiaçı avtomobili almaq üçün qabaqcadan 19000 (on doqquz min) manat pul ödəməklə "Çinarə Lizinq" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə 15 ay, yəni hər ay 566 manat kredit ödəyəcəyi ilə bağlı müqavilə bağlamaqla etibarnamə ilə idarə etmişdir. 21 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində iddiaçının idarə etdiyi həmin **- PE-*** dövlət qeydiyyat nişanlı, “Ford Fusion” minik markalı avtomobillə **-OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobilin arxa hissəsinin onun avtomobilinin sol yan hissəsi ilə toqquşduğunu, zərbənin təsirindən sağda dayanmış “Hundai Satafe” markalı avtomobil həmin avtomobil ilə dayanmış digər iki avtomobilə dəydiyini, yəni zəncirvari qəza nəticəsində **-OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobildən əlavə 4 avtomobilin bir-birinə dəyib əzildiyini görmüşdür. Baş vermiş həmin yol nəqliyyat hadisəsinin cavabdeh tərəfindən törədilməsinin səbəbi həmin vaxt avtomobili idarə etmiş cavabdehin həm avtomobili sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etməsi olmuşdur. Nəticədə isə cavabdeh idarə etdiyi **-OJ-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E 280 minik markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə onun təqsiri ucbatından iddiaçıya məxsus olan **-PE-*** dövlət qeydiyyat nişanlı, qara-yaşıl metalik rəngli Ford Fusion minik markalı avtomobili tamamilə istifadəyə və təmirə yararsız vəziyyətə düşmüşdür. Cavabdehin əməli Azərbaycan Respublikası İXM-nin 327,2, 328.1 və 333.3-cü maddələrinin təsiri altına düşdüyündən onun barəsində həmin maddələrə əsasən inzibati tədbir görülməsi üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Zərdab Rayon Məhkəməsinin 3(035)- 306/2023 saylı, 14.06. 2023-cü il tarixli X7 İş üzrə Qərarına əsasən cavabdeh X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan RespublikasıİXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq o, daha ciddi xətaya görə Azərbaycan Respublikası İXM-nin 333.3-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İddiaçının avtomobilinə vurulmuş ziyanla bağlı Beyləqan şəhərində yerləşən "xxxx" Avtomotoservis və Ticarət Firmasına etdiyi müraciətinə əsasən “FORD FUSİON" minik markalı, AZ ** PE *** dövlət qeydiyyat nişanlı, 3FA6POD91ER351365 ban nömrəli ”Qara yaşıl metal” rəngli, 2014-cü buraxlış ili olan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləğini və texniki vəziyyətini müəyyən etmək məqsədilə nəqliyyat vastəsinə firma tərəfindən texniki baxış keçirilmiş və baxış zamanı dəymiş ziyanın məbləği cəmi, 13385.00 (on üç min üç yüz səksən beş) manat təşkil etməsi müəyyən etməklə bu barədə 12.05. 2023-cü il tarixdə Ziyan Aktı tərtib olunmuşdur. İddiaçı cavabdehdən dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara-yaşıl metallik rəngli Ford Fusion minik markalı avtomobil Bakışəhəri Xətai prospekti, 103 A ünvanında yerləşən “Çinarə Lizinq” Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus olmaqla, həmin avtomobili liziniq müqaviləsi əsasında almış və aylıq, yəni müvəqqəti etibarnamə əsasında idarə edir. Həmin avtomobili almaq üçün qabaqcadan 19000 (on doqquz min) manat pul ödəməklə "Çinarə Lizinq" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə 15 ay, yəni hər ay 566 manat kredit ödəyəcəyi ilə bağlı müqavilə bağlamaqla etibarnamə ilə idarə edir. Eyni zamanda sonradan həmin avtomobil üçün kredit yolu ilə əlavə 700 manat dəyərində təkər, 150 manat dəyərində isə akkumulyator almışdır. 21 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi həmin **-PE-*** dövlət qeydiyyat nişanlı, qara-yaşıl metalik rəngli Ford Fusion minik markalı avtomobillə dostları ilə birlikdə Zərdab-Mollakənd yolunun təxminən 2-ci kilometrliyində, yolun sol tərəfində olan “Samovar çay evi nə" çay içmək üçün getmiş və həmin vaxt o, avtomobili çay evinin qarşısındakı avtomobillərin dayanacağında saxlamışdır. Çayxanada təxminən 20 dəqiqə ərzində çay içdikdən sonra, yəni saat təxminən 21:20 radələrində çöldə möhkəm avtoqəza səsi eşidib hamı ilə birlikdə çölə qaçmış və çölə çıxdıqda isə **-OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobilin arxa hissəsinin onun avtomobilinin sol yan hissəsi ilə toqquşduğunu, zərbənin təsirindən sağda dayanmış Hundai Satafe markalı, həmin avtomobil ilə dayanmış digər iki avtomobilə dəydiyini, yəni zəncirvari qəza nəticəsində **- OJ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E 280 minik markalı avtomobildən əlavə 4 avtomobilin bir-birinə dəyib əzildiyini görmüşdür. Həmin vaxt oraya çoxsaylı şəxslər toplaşdığından sürücünü dəqiq görə bilmədiyini, lakin, sonradan qəza etmiş avtomobilin sahibi Zərdab rayon Yuxarı Seyidlər kənd sakini hazırki iş üzrə cavabdeh X2 olduğunu bilmişdir. Lakin, həmin vaxt o və orada olan şəxslər **-OJ-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz E280 minik markalı avtomobilin sahibi və sürücü kimi təqdim edən cavabdehdən spirt iyi gəldiyindən və onun etdiyi hərəkətləri dərk etməməsi səbəbindən istər o, özü, istərsə də digər zərər çəkmiş şəxslər heç bir münaqişə etməmişlər. Baş vermiş həmin yol nəqliyyat hadisəsinin cavabdeh tərəfindən törədilməsinin səbəbi həmin vaxt avtomobili idarə etmiş Cavabdeh həm avtomobili sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etməsi olmuşdur. Nəticədə isə cavabdeh idarə etdiyi **-OJ-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E 280 minik markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə onun təqsiri ucbatından ona məxsus olan və hal-hazırki bazar dəyəri 22000 (iyirmi iki min) manat olan və kreditlə götürdüyündən ona 27200 (iyirmi yeddi min iki yüz) manata başa gələn **-PE-*** dövlət qeydiyyat nişanlı, qara-yaşıl metalik rəngli Ford Fusion minik markalı avtomobili tamamilə istifadəyə və təmirə yararsız vəziyyətə düşmüşdür. Göründüyü kimi cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində ona və həmin vaxt orada olmuş digər avtomobil sahiblərinə külli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh əməli Azərbaycan Respublikası İXM-nin 327,2, 328.1 və 333.3-cü maddələrinin təsiri atlına düşdüyündən onun barəsində həmin maddələrə əsasən inzibati tədbir görülməsi üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Zərdab Rayon Məhkəməsinin 3(035)- 306/2023 saylı, 14.06. 2023-cü il tarixli X7 İş üzrə Qərarına əsasən cavabdeh X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan RespublikasıİXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq o, daha ciddi xətaya görə Azərbaycan Respublikası İXM-nin 333.3-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Avtomobilinə vurulmuş ziyanla bağlı Beyləqan şəhərində yerləşən "xxxx" Avtomotoservis və Ticarət Firmasına etdiyi müraciətinə əsasən “FORD FUSİON" minik markalı, AZ ** PE *** dövlət qeydiyyat nişanlı, 3FA6POD91ER351365 ban nömrəli, ”Qara yaşıl metal” rəngli, 2014-cü buraxlış ili olan nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləğini və texniki vəziyyətini müəyyən etmək məqsədilə nəqliyyat vastəsinə firma tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı yol nəqliyyat hadisəsi nəticəsində avtomaşının qabaq kapotu, kuzovun aşağı hissə spoyleri, qabaq qanadı, qənədaltı örtüyü, qabaq sol qapısı, arxa sol qapısı, kuzov damı, damın havalıq qapısı, salonun cihazlar şiti, sükan idarəetmə bloku, sağ qabaq qapısı və digər hissələri güclü zərbə nəticəsində əzilərək yararsız vəziyyətə düşməsi, habelə texniki baxış zamanı nəqliyyat vasitəsində əzilmiş, qırılmış, deformasiyaya uğrayaraq yararzsız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri 9785.00 (doqquz min yeddi yüz səksən beş) manat təşkil etməsi müəyyən olunmuşdur. Nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə salınması, təmiri, rənglənməsi və hadisə yerindən təmir sexinə daşınması üçün tələb olunan xidmət haqqının məbləği isə 3600 (üç min altı yüz ) manat təşkil etmişdir. Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi, 13385.00 (on üç min üç yüz səksən beş) manat təşkil etməsi müəyyən etməklə bu barədə 12.05. 2023-cü il tarixdə Ziyan Aktı tərtib olunmuşdur. Onun avtomobilinə dəymiş ziyana görə ona sığorta şirkəti tərəfindən 3000 manat pul ödənilmişdir.Hesab edirki, cavabdehin vurduğu ziyanın yalnız məhkəmə qaydasında alınması məqsədə müvafiqdir. Vurulmuş maddi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X4 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, idarə etdiyi Mercedes Benz E280 Minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab-Mollakənd yolunun 3-cü kilometrliyində hərəkətdə olarkən ondan qarşı tərəfdə hərəkətdə olan nömrəsini xatırlamadığı Mercedes markalı avtomobil yolun sağında olan yol ayrıcına sağa dönmə işıq siqnalını yandırıb sağa dönmək istədiyi üçün həmin avtomobili sol tərəfdən ötüb keçmək istəmiş, lakin, həmin vaxt yol yaş olduğundan və asfalt bir qədər palçıqlı olduğundan ötmə əməliyyatı zamanı idarəetməni itirərək yolun kənarında yerləşən Ehtiram adlı şəxsin çayxanasının qarşısında dayanan avtomobillərlə toqquşmuşdur. Hadisə zamanı həm öz avtomobili, həmdə digər avtomobillərə maddi ziyan dəymişdir. Avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən iddaçıya 3000 manat pul ödənilmişdir. Əməlində cinayət tərkibi olmadığı üçün barəsində Zərdab rayon Polis Şöbəsində aparılan araşdırmanın yekunu olaraq cinayət işinin başlanması rədd olunmuş, lakin, hadisəyə görə Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 700 manat cərimə edilmişdir. Hesab edir ki, iddiaçıya ödənilən sığorta ödənişi nəzərə alınmaqla ümumi borcdan çıxarılmalıdır. Hazırda iddiaçıya tələb olunan məbləği ödəmək imkanı yoxdur. Odur ki, iddianı qismən təmin olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Məhkəməsinin 3(035)-306/2023 saylı, 14.06. 2023-cü il tarixli X7 Qərarına əsasən cavabdeh X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq o, daha ciddi xətaya görə Azərbaycan Respublikası İXM-nin 333.3-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5552/2023 saylı rəyindən görünür ki, "Çinarə Lizinq" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı FORD FUSİON" minik markalı, AZ ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10538.00 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 131 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Sığorta haqqında Qanun: 10-cu maddəsinə görə sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. 11-ci maddəsinə görə qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncüşəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 16-cı maddəsinə görə sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncüşəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdəşərait yaratması nəzərə alınmalıdır. 1096.1,1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatı ilə yanaşı, işdə olan X7 qərardan və məhkəmə prosesinin gedişində iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5552/2023 saylı rəyi ilə müəyyən olundu ki, 21 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində iddiaçı Zərdab- Mollakənd yolunun təxminən 2-ci kilometrliyində, yolun sol tərəfində olan “Samovar çay evi nə" çay içmək üçün çay evinin qarşısındakı avtomobil dayanacağında saxladığı zaman cavabdeh X4 idarə etdiyi Mercedes Benz E280 Minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus 2014-cü il buraxılışlı FORD FUSİON" minik markalı, AZ ** PE *** dövlət qeydiyyat nişanlı minik maşınını vurmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobil əzilmiş və iddiaçıya ümumilikdə 10538.00 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında ona 13385.00 manat məbləğində ziyan dəydiyini iddia etsədə, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-9/5552/2023 saylı rəyi ilə iddiaçıya dəyən ziyanın 10538.00 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bundan əlavə məhkəmə iclasında tərəflərin verdiyi ifadələrindən məlum olmuşdur ki, iddiaçıya 3000 manat sığorta haqqı ödənilmişdir. Odur ki, 3000 manat pul iddia tələbindən çıxarılmalı və iddia tələbinin qalan hissəsi isə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iddiaçının izahatına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5552/2023 saylı rəyinə və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və tərəflərin verdiyi ifadələrə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 7538.00 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 131 manat, avtomobilə vurulmuş ziyanın hesablanması üçün mütəxəssisə ödədiyi 267.70 manat pul cavabdehdən tutularaq iddiaçıya, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 dəymiş maddi ziyana görə 7538 manat, avtomobilə vurulmuş ziyanın hesablanması üçün mütəxəssisə ödənilmiş 267.70 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 131 manat, cəmi 7936.7 manat pul cavabdehdən tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-390/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-390/2023
14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver