Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-393/2023 30.08.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) X11 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-96/2022 saylı qətnaməsi ilə Cavabdeh övladları xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay 220 manat alimentin və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onula əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X7 anadan olmuşdur. Cavabdehlə münasibətləri alınmamış, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-97/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, övladları xx.xx.2017-ci il təvəllüdlü X8 özünün himayəsində saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-96/2022 saylı qətnaməsinə əsasən Cavabdeh uşağın saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Aylıq ödənilən alimentin miqdarı övladının minimum ehtiyaclarını ödəmir. Cavabdehin ödədiyi 150 manat aliment nə uşağın minimum ehtiyaclarını, müayinə və müalicəsini, təhsil xərclərini ödəmir. Cavabdehlə mediasiya prosesində razılığa gəlmək istəsə də cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir uşaqlarıxx.xx.2017-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə aralarındakı nikah Zərdab Rayon Məhkəməsinin 2(035)-97/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, oğlu Ramiz özünün himayəsində saxlanılmışdır. Həmin Məhkəmənin 2(035)-96/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən Ramizin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Özü heç bir yerdə işləmir, cavabdehin ödədiyi 150 manat məbləğində aliment pulu uşağın minimum ehtiyaclarını, müayinə, müalicə təhsil xərclərini ödəmir. Məsələ ilə bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təkrar alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X8 doğulmuşdur. İşdə olan mediator X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № MŞC/MT020/2023- 00775 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. 50 (əlli) manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-96/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-97/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın təmin edilməsi, ilkin iddiaçı X5 ilə X6 arasında Zərdab rayon Qeydiyyat Şöbəsində xx.xx.2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 172 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2017-ci il təvəllüdlü X3 ilkin iddiaçı X2 himayəsində saxlanılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddiaçı X6 ilə X5 arasında Zərdab rayon Qeydiyyat Şöbəsində xx.xx.2016cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 172 № ilə qeydə alınmış nikahın pozulması, qarşılıqlı iddianın xx.xx.2017-ci il təvəllüdlü X3 ilkin iddiaçı X1 alınıb qarşılıqlı iddiaçı X4 verməsinə dair hissədə təmin edilməməsi, iddia ərizələrinə məhkəmədə baxılması üçün dövlət nəfinə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul qarşılıqlı iddiaçı Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırıödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu iləödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Malinin Rusiyaya qarşı” iş üzrə 12 dekabr 2017ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valindeyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir uşaqları-xx.xx.2017-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflərin arasındakı nikah Zərdab Rayon Məhkəməsinin 2(035)-97/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, oğlu Ramiz hazırki iddiaçının (ananın) himayəsində saxlanılmışdır. Həmin Məhkəmənin 2(035)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Ramizin yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki cavabdehdən hər ay 150 manat aliment tutulub hazırki iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı heç bir yerdə işləmir, cavabdehin ödədiyi 150 manat məbləğində aliment pulu uşağın minimum ehtiyaclarını, müayinə, müalicə təhsil xərclərini ödəmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı əvvəlki miqdarda alimentin tutulmasının davam etməsinin uşağın saxlanmasında yetərli olmadığını iddia edərək artırılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatına, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən 2(035)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın -xx.xx.2017-ci il təvəllüdlü X3 yüksək maraqları üstün tutulmalı və onun hüquq və mənafeyinin təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman həm də iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini nəzərə alır. Məhkəmə hesab edir ki, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə qeyd etməyi lazım bilir ki, öz növbəsində İddiaçı Cavabdeh uşağa görə hər ay 220 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın normal inkişafının təmin edilməsi üçün iddia qismən təmin edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 200 manat x 12 ay = 2400 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 44.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 44.00 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-393/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-393/2023
30.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver