Məhkəmə qərarları › İş №2(035)-395/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-395/2025

04.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-395/2025 04.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə" dair iddia ərizəsini 04 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, Müəyyən Etdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qapı üçün ödədiyi 400 manat, cavabdehin iş yerinə gedərkən xərclədiyi 50 manat, Polis idarəsinə dəfələrlə gedərkən xərclədiyi 20 manat, sənədlərin hazırlanması üçün xərclədiyi 150 manat və dövlət rüsumuna görə ödədiyi 30 manat olmaqla, cəmi 650 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılnasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsinə dövlət rüsumunu təstiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İş materiallarından görünür ki, İddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun Zərdab Rayon Məhkəməsinə ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. "Dövlət rüsumu haqqında "Azərbaycan Respublikası Qanununun 8.4.9-cu maddəsinin tələbinə görə pul tələbi olunması haqqında iddia ərizələrinə görə 30 manat dövlət rüsumu nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Odur ki, geri qaytarılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152, 263 və 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə" dair iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar