Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-396/2024 11.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(035)-430/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin artırılması, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(035)-430/2019 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat məbləğində aliment tutulması qət edilmişdir. Uşağın tələbatları və xərcəri günü gündən çoxalır. Cavabdehin ödədiyi 130 manat aliment pulu uşağın ehtiyaclarını tam ödəmir. Cavabdehin kifayət qədər yaxşı gəliri var. Cavabdeh uşağın problemləri, digər xərcləri ilə maraqlanmır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat məbləğində aliment tutulması qət edilmişdir. Artıq həmin qətnamənin çıxarılmasından 5 il, 1 ay müddət keçmişdir. Uşaq böyüyür, tələbatları artır, ali məktəbə girmək üçün əlavə olaraq müəllim yanına gedir. Tutulması qət edilən alimentin miqdarı hazırda uşağın artan tələbatını ödəmir. Özü heç bir yerdə işləmir, maddi cəhətdən əziyyət çəkir. Cavabdehin isə kifayət qədər yaxşı gəliri var. Məsələ ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, aralarında razılıq olmadığı üçün mediator prosesi davam etdirməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Cavabdeh Zərdab Rayon Məhkəməsinin 2(035)-430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıya xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat məbləğində aliment ödəyir. Cavabdeh cəmi 350 manat əmək haqqı alır. Cavabdeh gücü çatan qədər uşağına aliment ödəməkdən imtina etmir. İddiaçının tələb etdiyi 235 manat məbləğində aliment ödəməyə cavabdehin imkanı yoxdur. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, tərəflərinxx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-211/2018 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/MT018/2024-00221 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, tərəflər arasında razılıq olmadığı üçün mediator prosesi davam etdirmək qərarına gəlməmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 136 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin İstehsalat şöbəsi, Mexaniki Təmir sahəsində çilingər vəzifəsində işləyir. Aylıq əmək haqqı 345.0 manatdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(035)-430/2019 saylı qətnaməsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-211/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın ehtiyaclarını tam ödəmir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdehlə aralarında razılıq olmadığı üçün mediator prosesi davam etdirmək qərarına gəlməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatına, iddia ərizəsinə, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması barədə Zərdab Rayon Məhkəməsinin 2(035)-430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qəbul edilməsindən 05 il, 01 ay müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın -xx.xx.2013-cü il təvəllüdlü X2 yüksək maraqları üstün tutulmalı və onun hüquq və mənafeyinin təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman həm də iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini nəzərə alır. Məhkəmə hesab edir ki, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə qeyd etməyi lazım bilir ki, öz növbəsində İddiaçı Cavabdeh uşağa görə hər ay 235 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın mənafeyi üstün tutmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını, "xxxx" MMC-də çilingər işləməklə aylıq 345.0 manat əmək haqqı almasını nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın normal inkişafının təmin edilməsi üçün iddia qismən təmin edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 170 manat (hazırda tutulan məbləğ) – 130 manat (əvvəl tutulan məbləğ) = 40 manat; 40 manat x 12 ay = 480 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-430/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh Səyyad oğlundan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh Səyyad oğlundan 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-396/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-396/2024
11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver