Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-40/2024 02.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işüzrə (Açar sözlər:Pul tələbi) X9 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı və nümayəndəsi vəkil Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 02 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 42.653 manat pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdehlə normal münasibətləri olmuş, 2023-cü ilin yanvar ayından şərikli işləməklə rus rublunu Azərbaycan manatının kursu ilə dəyişərək qazanclarını yarı bölmüşlər. Ağcabədi rayon qara bazarında pul dəyişən tanışlarından rus rublu götürərək cavabdehə vermişdir. Cavabdeh isə rus rublunu dəyişib iddiaçının pulunu həmişə vaxtında qaytarmışdır. Beləliklə cavabdeh onun tam etibarını qazanmışdır. Onun 2023-cü ilin mart ayının 10-na kimi olan dövr ərzində cavabdehdə Azərbaycan manatı ilə 20273 manat pulu qaldığı üçün, həmin pulu cavabdehdən istədikdə, cavabdeh həmin pulla çox qazanc əldə etmək üçün Zərdab rayonunda rus rublu aldığını demişdir. Bundan sonra cavabdeh yenidən ondan əlavə qazanc məqsədilə rus rublu istəmiş, cavabdehə əlavə olaraq 1.120.000 rus rubulu (Azərbaycan manatının kursu ilə 22.380 manat) vermiş və cavabdehə sabah 22.380 manatı və əvvəl verdiyi pulluda gətirib hesablaşmalarını və alverlərini davam etmələrini demişdir. Səhəri gün cavabdeh gəlmədiyinə görə, ona zəng etmiş, cavabdeh bildirmişdir ki, guya rus rubulu verdiyi adam Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. Cavabdehlə görüşmək istədikdə cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ondan qaçmışdır. Bir müddət keçdikdən sonra o, məcburiyyət qarşısında qaldığı üçün cavabdehin yaşadığı Zərdab rayonuna gələrək onunla görüşmüşdür. Cavabdeh ona müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, ona olan borcunu hissə-hissə və ya kredit götürüb qaytaracaqdır. Lakin, cavabdeh ona olan borcundan 4950 manatını qaytarmış, həmin pulu qaytaranda özündə olan qeydiyyat dəftərinə imza etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehi tanıyır, aralarında normal münasibətləri olmuşdur. 2023-ci ilin yanvar ayından rus pulu dəyişərək cavabdehlə şərikli işləmişlər. Belə ki, o, həmişə Ağcəbədi rayon qara bazarında pul dəyişən tanışlarından rus pulunu götürüb cavabdehə vermiş, cavabdeh isə rus pulunu aparıb artıq kursa dəyişərək, pulun mayasını özündə saxlamaqla qazancını isə gətirib onunla bölüşmüşdür. Beləliklə cavabdeh onun tam etibarını qazanmışdır. Onun 2023-cü ilin mart ayının 10-na kimi olan dövr ərzində cavabdehdə Azərbaycan manatı ilə 20273 manat pulu qaldığı üçün, həmin pulu cavabdehdən istədikdə, cavabdeh həmin pulla çox qazanc əldə etmək üçün Zərdab rayonunda rus rublu aldığını demiş, yenidən ondan əlavə qazanc məqsədilə rus rublu istəmiş, o, da cavabdehə əlavə olaraq 1.120.000 rus rubulu (Azərbaycan manatının kursu ilə 22.380 manat) vermiş və cavabdehə sabah 22.380 manatı və əvvəl verdiyi 20273 pulluda gətirib hesablaşmalarını və alverlərini davam etmələrini demişdir. Səhəri gün cavabdeh gəlmədiyinə görə, ona zəng etmiş, cavabdeh bildirmişdir ki, guya rus rubulu verdiyi adam Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. Cavabdehlə görüşmək istədikdə cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ondan qaçmışdır. Bir müddət keçdikdən sonra o, məcburiyyət qarşısında qaldığı üçün tanışları X6, X7 və X4 ilə cavabdehin yaşadığı Zərdab rayonuna gələrək cavabdehlə görüşmüşlər. Cavabdeh ona müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, ona olan borcunu hissə-hissə və ya kredit götürüb qaytaracaqdır. Lakin hazırki günədək cavabdeh tərəfindən ona olan 42.653 manat borc qaytarılmamışdır. Ona görə də hazırki iddia ərizəi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddiaçının izahatına uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçını tanımış və normal münasibətləri olmuşdur. İddiaçı ilə 2023-cü ilin yanvar ayından şərikli işləyərək, rus pulunu Azərbaycan manatının kursu ilə dəyişərək, əldə olunan qazancı aralarında yarı bölmüşlər. İddiaçıdan cəmi 22000 manat faizlə pul götürmüş və 29000 manat faizlə ödəmişdir. Taksi sürücüsü olan X2 ilə 8000 manat, X5 ilə 9000 manat iddiaçıya pul göndərmişdir. Sonra iddiaçının oğlu X1 iki dəfə, birinci dəfə 3000 manat, ikinci dəfə 1500 manat pul köçürmüşdür. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişlər ki, iddiaçı ilə tanışdır. Cavabdehi də iddiaçının vasitəsi ilə tanımışdır. İddiaçı və digər tanışları X7 və X4 ilə birlikdə cavabdehin yaşadığı Zərdab rayonuna gedərək, Ağcabədi körpüsündə cavabdehlə görüşmüşlər. Söhbət zamanı cavabdeh 42.653 manat borcu qaytaracağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 və X4 şahid X3 ifadəsini təstiq edərək eyni ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, cavabdeh onun tanışıdır. Özü Zərdab rayonunda taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin təxminən yanvar ayının əvvəllərində Cavabdeh ona konvertdə pul və pulu çatdırmalı olduğu Vüqar adlı şəxsin mobil nömrəsini vermiş, həmin şəxslə Ağcabədi körpüsündə görüşərək Vüsalın verdiyi konverti ona vermişdir. Lakin konvertdə nə qədər pul olduğu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, cavabdeh onun tanışıdır. Özü Zərdab rayonunda taksi fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin təxminən yanvar ayında Cavabdeh ona konvertdə pul və pulu çatdırmalı olduğu Vüqar adlı şəxsin mobil nömrəsini vermiş, həmin şəxslə Ağcabədi körpüsündə görüşərək Vüsalın verdiyi konverti ona vermişdir. Lakin konvertdə nə qədər pul olduğu barədə heç bir məlumatı olmamışdır. İddiaçı məhkəmə iclasında əlavə izahat verərək bildirmişdir ki, cavabdeh ona taksi sürücüləri ilə göndərdiyi pul əvvəlki, yəni yanvar ayında olan borca görə göndərdiyi pul olmuşdur, lakin onun hazırda tələb etdiyi 42653 borc pul 2023-cü ilin mart ayının 10-na kimi olan dövr ərzində yaranmış borcdur. Cavabdeh qeyd edir ki, güya onun oğlu Rauf Ömərovun kartına bir dəfə 3000 manat, bir dəfə də 1500 manat pul köçürmüşdür. Lakin bu da doğru deyil, cavabdeh tərəfindən heç bir pul köçürülməmişdir. Lakin buna baxmayaraq, cavabdehin ona borclu olduğu 42.653 manat borcdan öz təşəbbüsü ilə həmin 4500 manat borcu çıxılmaqla hazırda cavabdehdən 38.153 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan HK-1/1074 saylı material üzrə müstəntiq S.Abbasov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında Ağcəbədi rayon Polis Şöbəsində araşdırma aparılmış və Cavabdeh əməli cinayət tərkibi yaratmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, iddia ərizəsində 42653 manat pul tələb etsə də, hal-hazırda cavabdehdən 38153 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Kapital Banka verilmiş sorğunun cavabına zərurət olmadığını bildirmişdir. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/2039 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 11-ci vərəqinin üzərindəki “13 mart 2023 Vüsal mənə 47..3 manat verməlidi verdi 49..0 manat qaldı 42..3 manat verməlidi” yazıları və həmin qəbzin orta hissəsindəki imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş; ekspertizaya təqdim edilmiş, mülki işin 11-ci vərəqinin üzərindəki “47653” rəqəmlərindəki “65” rəqəmləri, “4950” rəqəmlərindəki “5” rəqəmi, “42703” rəqəmlərindəki “70” rəqəmləri tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən bildiririk ki, həmin rəqəmlərin Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün olmamış; ekspertizaya təqdim edilmiş, mülki işin 11-ci vərəqinin üzərindəki “13 mart 2023 Vüsal mənə 47..3 manat verməlidi verdi 49..0 manat qaldı 42..3 manat verməlidi” yazılarında və həmin qəbzin orta hissəsindəki imzada- Cavabdeh yazı və imzasına oxşadılmaqla icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olunmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş Məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri 125 manat təşkil edir. İş materiallarına əlavə olunmuş DİSK-dəki səs yazısından görünür ki, tərəflər arasında olan səs yazısında cavabdehin iddiaçıya 42.653 manat məbləğində pul borcu olması öz təstiqini tapmışdır. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması iləşifahi və ya yazılı formada bağlanır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, tərəflər 2023-ci ilin yanvar ayından rus pulu dəyişərk şərikli işləmişlər. Belə ki, iddiaçı Ağcəbədi rayon qara bazarında pul dəyişən tanışlarından rus pulunu götürüb cavabdehə vermiş, cavabdeh isə rus pulunu aparıb artıq kursa dəyişərək, pulun mayasını özündə saxlamaqla qazancını isə gətirib iddiaçı ilə bölüşmüşdür. İddiaçının 2023-cü ilin mart ayının 10-na kimi olan dövr ərzində cavabdehdə Azərbaycan manatı ilə 20273 manat pulu qaldığı üçün, həmin pulu cavabdehdən istədikdə, cavabdeh həmin pulla çox qazanc əldə etmək üçün Zərdab rayonunda rus rublu aldığını demiş, yenidən iddiaçıdan əlavə qazanc məqsədilə rus rublu istəmiş, iddiaçı da cavabdehə əlavə olaraq 1.120.000 rus rubulu (Azərbaycan manatının kursu ilə 22.380 manat) vermiş və cavabdehə səhəri gün 22.380 manatı və əvvəl verdiyi 20273 manat puluda gətirib hesablaşmalarını və alverlərini davam etmələrini demişdir. Səhəri gün cavabdeh gəlmədiyinə görə, iddiaçı cavabdehə zəng etmiş, cavabdeh bildirmişdir ki, guya rus rubulu verdiyi adam Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. İddiaçı cavabdehlə görüşmək istədikdə cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bir müddət keçdikdən sonra iddiaçı məcburiyyət qarşısında qaldığı üçün cavabdehin yaşadığı Zərdab rayonuna gələrək, Ağcabədi körpüsündə onunla görüşmüş. Cavabdeh ona müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, iddiaçıya olan borcunu hissə-hissə və ya kredit götürüb qaytaracaqdır. Lakin bugünədək cavabdeh iddiaçıya olan borcu qaytarmamışdır. Cavabdeh iddianı qəbul etmədiyini bildirsə də, öz etirazını məhkəmə iclasında əsaslandıra bilməmiş, iddianın rədd edilməsi üçün məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş diskdə yazılanlar dinlənilmiş, şahidlərin ifadələri alınmış, diskdə yazılanlarla şahid ifadələri uyğun gəldiyi üçün məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş şahidlərin ifadələrini inandırıcı hesab etmişdir. Bundan başqa iddiaçı izahatında borcun bir hissəsini taksi sürücüləri ilə qaytardığını bildirsədə borclu olduğu pulları həqiqətən qaytarmasını sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əlyazmada yazılmış qəbzin yararsız olması səbəbindən sübut kimi qəbul edilməsini yol verilməz hesab edir. Bundan başqa məhkəmə cavabdehin izahatına da tənqidi yanaşır. Belə ki, cavabdeh iddiaçıdan aldığı pulları etiraf etsədə, qaytarmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi üçün məhkəmə onun ifadəsini də inandırıcı hesab etmir. Beləliklə məhkəmə tərəflərin izahatına, şahid ifadələrinə işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 38153 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinəəsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürmüş olduğu dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab -Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh yaranmış borca görə 38.153 manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinəəsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab -Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-40/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-40/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver