Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-41/2025 07.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə. (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə 07 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 2700 manat,maddi zərərə görə 540 manat, mənəvi zərərə görə 3000 manat, ümumilikdə 6240 manat və ödənilmiş dövlət rüsumuna görə 82.4 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, iddiaçılar cavabdehə 7200 manat dəyərində 11 ton 690 kq arpa və 5 ton 50 kq buğda nisiyə satmışdılar. Cavabdeh iddiaçılara olan borcunu 2023-cü ilin payız aylarında ödəyəcəyinə dair söz vermişdir.İddiaçılar cavabdehdən onlara olan borcunu qaytarmasını tələb etsələr də, cavabdeh iddiaçılara borclu olduğu 7200 manat borcdan hissə-hissə olaraq cəmi 4500 manat pul qaytarmışdır. Cavabdeh borclu qaldığı 2700 manat pulu əvvəllər qaytaracağını bildirsədə sonradan müxtəlif bəhanələr gətirərək ümumiyyətlə borcu qaytarmaqdan imtina etmişdir.Ona görə də, hazırkı iddia ilə iddiaçılar məhkəməyə müraciət etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. İddia tələbinin həcminin artırılması İddiaçılar xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq 2700 manat borc məbləğinin cavabdehin iki il ərzində borclu olduğu pulu geri qaytarmamasına görə dəymiş maddi ziyana görə 540 manat və cavabdeh tərəfindən aldadılaraq pul vəsaitlərindən məhrum olmaları,pulu ala bilmədiklərinə görə digər şəxslər qarşısında öhdəliklərini lazımınca icra edə bilməmələrinə, həmçinin bununla bağlı sonsuz məhkəmə çəkişmələrinə sürüklənmələri və insanlara qarşı inamsızlıq hissi yaranmaqla mənəvi sarsıntı və iztirab keçirmələrinə görə 3000 manat mənəvi zərərin ümumilikdə 6240 manat pulun və 82.4 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin onların kəndində balıq gölü olmaqla balıqçılıqla məşğul olur. 2023-cü ilin iyun ayında cavabdeh onlara müraciət edərək, balıq təsərrüfatı ilə məşğul olduğunu və balıqları yemləmək üçün arpa və buğdaya ehtiyacı olduğunu bildirmişdi. Onlar cavabdehə cəmi 7200 manat dəyərində 11 ton 690 kq arpa və 5 ton 50 kq buğda nisiyə satmışlar. Cavabdeh onlara olan borcunu 2023-cü ilin payız aylarında cəm olaraq ödəyəcəyinə söz vermişdi. Lakin, cavabdeh onlara borclu olduğu 7200 manat borcdan, bu günə kimi cəmi 4500 manatını qaytarmışdır. Hazırda cavabdehin onlara 2700 manat borcu qalmışdır. Cavabdeh borclu qaldığı 2700 manat pulu əvvəllər qaytaracağını bildirsədə sonradan müxtəlif bəhanələr gətirərək ümumiyyətlə borcu qaytarmadan imtina etmişdir. Eyni zamanda bildirmişdir ki, cavabdeh onlara olan borcunu vaxtında ödəmədiyinə görə onlara maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında digər İddiaçı2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 2023-cü ilin iyun ayında cavabdeh onlara müraciət edərək, balıq təsərrüfatı ilə məşğul olduğunu və balıqları yemləmək üçün arpa və buğda ehtiyacı olduğunu bildirmişdi. Onlar cavabdehə cəmi 7200 manat dəyərində 11 ton 690 kq arpa və 5 ton 50 kq buğda nisiyə satmışlar. Cavabdeh onlara olan borcunu 2023-cü ilin payız aylarında ödəyəcəyinə söz vermişdi. Lakin, cavabdeh onlara borclu olduğu 7200 manat borcdan, bu günə kimi cəmi 4500 manatını qaytarmışdır.Hazırda cavabdehin onlara 2700 manat qalıq borcu qalmışdır. Eyni zamanda bildirmişdir ki, cavabdeh onlara olan borcunu vaxtında ödəmədiyinə görə onlara maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh onun övladıdır. O, hesab edir ki, iddiaçılar tərəfindən cavabdehə qarşı irəli sürülən iddianın heç-bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçılar arpa və buğdanın bir kiloqramını hansı qiymətə satdıqlarına dair sübut təqdim etməli olduğu halda lakin onlar məhkəməyə heç bir rəsmi sübut təqdim edə bilməmişdir. İddiaçıların bildirməsinə görə, cavabdehə 7200 manat dəyərində11 ton 690 kq arpa və 5 ton 50 kq buğda nisiyə satmışlar. Lakin, iddiaçılar göstərdikləri arpa və buğdanın miqdarını artırmış və qiymətini isə 0.50 manat məbləğində hesablamışlar. 2023-cü ildə arpa və buğdanın bazar satış qiymətləri, topdan satış üçün 0.28 manat və pərakəndə satış üçün 0.30 manat olmuşdur.İddiaçılar cavabdehə cəmi 16 ton 740 kq arpa və buğda satmışlar ki, bir kiloqramı 0.28 manatdan hesabladıqda ümumilikdə 4687 manat etmişdir.Həmin borc məbləği iddiaçılara ödənildiyindən məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş DİSK-dəki səs yazısından görünür ki, tərəflər arasında olan səs yazısında cavabdehin iddiaçıya 2700 manat məbləğində pul borcu olması öz təstiqini tapmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli nömrəli etibarnamədən müəyyən olunur ki,Cavabdeh Nümayəndə onu məhkəmədə təmsil etmək üçün AR-İİİ № 512921 nömrəli etibarnamə vermişdir. İşdə olan Zərdab Rayon Məhkəməsi tərəfindən ünvanlanmış sorğuya "xxxx" MMCnin sədri tərəfindən verilmiş cavabdan müəyyən olunur ki,2023-cü il üçün arpanın 1 kiloqramının satış qiyməti 0.28-0.35 manat,buğdanın 1 kiloqramının satış qiyməti isə 0.28- 0.30 qəpik təşkil edib. İşdə olan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçılar iddia ərizəsinə məhkəmədə baxılmasıüçün dövlət rüsumuna görə cəmi 82.4 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6-cı maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncüşəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdəşərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər öz aralarında şifahi razılaşaraq 11 ton 690 kq arpa və 5 ton 50 kq buğdanı cavabdehə nisiyə satmışdılar. İddiaçılar buğda və arpanın kiloqramını 50 qəpikdən satdıqlarını bildirsələrdə amma bununla bağlı məhkəməyə hər hansısa sübut təqdim edə bilməmişdilər. Əksinə iş materiallarına əlavə olunmuş sənətlərdən müəyyən olunur ki,arpanın 1 kiloqramın qiyməti 2023-cü il üçün 0.28-0.35 manat,buğdanın 1 kiloqramının qiyməti isə 0.28-0.30 manat müəyyən olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş CD diskdə olan səsə münasibətdə isə bildirir ki,səs yazısında konkret olaraq borc məbləği və səsin yazıldığı tarix təsdiqini tapmamışdır. Cavabdehin nümayəndəsi isə məhkəmədə çıxışı zamanı səs yazısında olan borcun tam olaraq ödənildiyini bildirmişdir. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçılar öz iddialarını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməmiş və iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdilər. Buna əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və ona görə də iddia təmin edilməməlidir. İddianın maddi və mənəvi ziyan hissəsinə münasibətdə isə məhkəmə bildirir ki, mübahisənin əsasını 2700 manat borc məbləği təşkil etdiyindən və iddia həmin hissədə təmin edilmədiyindən həmin mübahisədən irəli gələn maddi və mənəvi ziyan tələbidə əsaslı deyil və həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən iddia təmin edildikdə çəkilmiş məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-41/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-41/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver