Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-421/2025 10.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 10 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona borclu olduğu 13607.65 manat, bank çıxarışına görə ödədiyi 30 manat və ödənilmiş dövlət rüsumun görə 131 manat, cəmi 13768.65 manat pul alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Quba rayon filialı ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, ZM-KBMK8723996A123 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, 30000 manat kredit verilmişdir. Həmin kreditin təminatı olaraq 19 dekabr 2022-ci il tarixli, ZM- KBMK8723996A123 nömrəli zaminlik müqaviləsinə əsasən o, cavabdehə zamin durmuşdur. Kredit müqaviləsinə əlavə olunan ödəniş qrafikinə əsasən borcalan tərəfindən 2023-cü ilin may ayınadək ödənişlər həyata keçirilmişdir. Həmin tarixdən sonra kredit ödənilmədiyindən onun əmək haqqı kartından 19 iyun 2023-cü il tarixindən başlayaraq, 27 fevral 2025-ci il tarixinədək ümumilikdə 12921,65 manat məbləğində, bundan əlavə 17 mart 2025-ci il tarixində 686 manat məbləğində pul silinmişdir. Beləliklə, Cavabdeh "xxxx" ASC-nin Quba rayon filialı ilə bağladığı 19 dekabr 2022-ci il tarixli, KBMK8723996A123 saylı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyini yerinə yetirmədiyindən həmin pul onun əmək haqqı kartından tutulmuşdur. İddiaçı cavabdehin əvəzində ümumilikdə 13607,65 manat pul ödəmişdir. İddiaçı cavabdehə müraciət edərək onun tərəfindən ödənilmiş pulu geri qaytarmasını xahiş etsədə, müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddianı qismən müdafiə etdiyini və məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən iddiaçıya olan 13607.65 manat borcundan 700 manatını ödədiyini bildirmişdir. Hazırda cavabdehin iddiaçıya 12907.65 manat və ödənilmiş dövlət rüsumun görə 131 manat, cəmi 13038.65 manat qalıq borcu qalmışdır. Odur ki, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə əvvəllər münasibəti olduğu üçün müraciət edərək "xxxx" ASC-dən götürdüyü kredit borcuna zamin durmasını xahiş etmişdir. Cavabdehdə xx.xx.2022-ci il tarixdə ona "xxxx" ASC arasında bağlanmış ZM-KBMK8723996A123 saylı kredit müqaviləsinə zamin durmuşdur. Kredit ödənişlərini vaxtında edə bilmədiyi üçün iddiaçının əmək haqqı kartından 19 iyun 2023-cü il tarixindən başlayaraq, 27 fevral 2025-ci il tarixinədək ümumilikdə 12921,65 manat məbləğində, bundan əlavə 17 mart 2025-ci il tarixində 686 manat məbləğində pul tutulmuşdur. Lakin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra onun tərəfindən ümumi borcdan 700 manat və 300 manat olmaqla cəmi 1000 manat ödəniş etmişdir. O, iddiaçıya qalıq borcu olaraq 12607.65 manat borcu maddi durumu və ailə vəziyyəti ağır olduğu üçün ödəyə bilməmişdir. Odur ki, iddiaşıya olan borcunu hissə-hissə ödəyəcəyini bildirdi. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2025-ci il tarixli, 778 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx" ASC-nin Quba rayon filialında xx.xx.2022-ci il tarixdə borc alan Cavabdeh ayrılmış ZM- KBMK8723996A123 saylı kredit müqaviləsinə əsasən zamin durduğu üçün onun əmək haqqı kartından həmin kreditin ödənişlərində gecikmələr yarandığına görə aşağıda qeyd olunan cədvələ əsasən silinmələr olduğu bildirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə cıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə kart nömrəsi 510307****4863 "xxxx" ASC-nin hesabına 686.03 manat pul nəqdsiz qaydada mədaxil etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, kredit borcuna görə arayış alınması üçün İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına 30 manat məbləğində rüsumu ödəmişdir. İşdə olan qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə ümumilikdə 131 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə iddianı qismən müdafiə etdiyini və məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən iddiaçıya olan 13607.65 manat borcundan 700 manatını ödədiyini və hazırda cavabdehin iddiaçıya 12907.65 manat və ödənilmiş dövlət rüsumun görə 131 manat, cəmi 13038.65 manat qalıq borcu qaldığını və mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, tərəflər arasında dostluq münasibəti olduğu üçün cavabdeh iddiaçıya müraciət edərək "xxxx" ASC-dən götürdüyü kredit borcuna zamin durmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehlə "xxxx" ASC arasında bağlanmış ZM- KBMK8723996A123 saylı kredit müqaviləsinə əsasən zamin durmuşdur. Cavabdeh bir müddət öhdəliklərini icra etsədə, lakin, sonradan öhdəliklərinin icrasından boyun qaçırmışdır. Həmin tarixdən sonra kredit ödənilmədiyindən iddiaçının əmək haqqı kartından 19 iyun 2023cü il tarixindən başlayaraq, 27 fevral 2025-ci il tarixinədək ümumilikdə 12921,65 manat məbləğində, bundan əlavə iddiaçı 17 mart 2025-ci il tarixində kart vasitəsilə əlavə olaraq 686 manat məbləğində pul ödəmişdir. Beləliklə, cavabdeh "xxxx" ASC-nin Quba rayon filialı ilə bağladığı 19 dekabr 2022-ci il tarixli, KBMK8723996A123 saylı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyini yerinə yetirmədiyindən həmin pul iddiaçının əmək haqqı kartından tutulmuşdur. İddiaçı cavabdehin əvəzində ümumilikdə 13607,65 manat pul ödəmişdir. Lakin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh ümumi borcdan 700 manat ödəniş etmişdir. İddiaçı banka olan borcunu bugünə tam şəkildə ödəmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək onun tərəfindən ödənilmiş pulu geri qaytarmasını xahiş etsədə, müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını və cavabdehin iddianı etiraf etməsinə dair izahatını dinləyib, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 131 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca 12907.65 manat, bankdan aldığı çıxarışa görə ödədiyi 30 manat və ödənilmiş dövlət rüsumun görə 131 manat, cəmi 13068.65 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-421/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-421/2025
10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver