Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-427/2025 03.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi - vəkil Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 03 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona borclu olduğu 2200 manat, ödənilmiş dövlət rüsumuna görə 44 manat və ödənilmiş vəkil haqqına görə 350 manat, cəmi 2594 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud olan şifahi razılaşmaya əsasən, 2024-cü ildə qaytarılmaq şərti ilə, iddiaçı cavabdehə müxtəlif vaxtlarda 800 manat, 500 manat, 200 manat, 150 manat və sair məbləğlər olmaqla, ümumilikdə 2200 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcu qısa müddət ərzində qaytaracağına dair söz versə də, lakin, öz öhdəliyini yerinə yetirməmiş və borcun qaytarılmasından yayınmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya olan pul borcu səs yazılarında da etiraf edilmişdir. Həmin səs yazılarının əks olunduğu disk iddia ərizəsinə əlavə edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi - vəkil Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçının həmkəndlisidir. 2024-cü ildə onlar birlikdə Bakı şəhərinə gedərək müxtəlif işlərdə – əsasən dəmirçilik və örtülü konstruksiya (naves) işlərində əmək fəaliyyəti ilə məşğul olmağa başlamışlar və bu müddətdə aralarında yaxın dostluq münasibətləri formalaşmışdır. Cavabdeh mütəmadi olaraq maddi sıxıntılar olduğunu bildirərək, iddiaçıdan borc şəklində müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsait almışdır. Nəticədə cavabdehin iddiaçıya olan ümumi borc məbləği 2200 manat təşkil etmişdir.Cavabdeh borcu qısa müddətdə qaytaracağına söz versə də, bu öhdəliyini yerinə yetirməmişdir. İddiaçı dəfələrlə borcunu tələb etməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmamışdır. Cavabdeh tərəfindən borcun etiraf edildiyini səs yazıları mövcuddur və həmin səs yazılar diskdə olmaqla iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, cavabdeh onun həmkəndlisidir. 2024-cü ildə onlar birlikdə Bakı şəhərinə gedərək müxtəlif işlərdə əsasən dəmirçilik və örtülü konstruksiya (naves) işlərində əmək fəaliyyəti ilə məşğul olmağa başlamışlar və bu müddətdə aralarında yaxın dostluq münasibətləri formalaşmışdır. İddiaçı ona mütəmadi olaraq borc şəklində müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsait vermişdir. Hazırda onun maddi durumu və ailə vəziyyəti ağır olduğu üçün və iddiaçıya olan borcunu birdəfəyə ödəyə bilmədiyi üçün gələcəkdə hissəhissə ödəyəcəkdir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Polis Şöbəsinin baş müstəntiqi B.Rüstəmli tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki,İddiaçı ərizə əsasında Zərdab rayon Polis Şöbəsində araşdırma aparılmış və Cavabdeh əməli cinayət tərkibi yaratmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş matereallarına əlavə olunmuş Diskdə olan səs yazısından görünür ki, Cavabdeh həqiqətən İddiaçı 2196 manat pul borcunun olduğunu etiraf etmiş, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatından və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı 2024-cü ilin əvvəllərində qaytarılmaq şərti ilə cavabdehə müxtəlif vaxtlarda borc pul verərək, ümumilikdə 2200 manat məbləğində borcu yaranmışdır. Lakin, sonradan cavabdeh aldığı borc məbləğini geri qaytarmamışdır. Cavabdehin keçən müddət ərzində iddiaçıya borclu olduğı 2200 manat məbləğində pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, iddiaçı iddia tələbində 2200 manat tələb irəli sürsə də, iş materiallarına əlavə edilmiş diskdə olan səs yazısından aydın olur ki, cavabdeh iddiaçıya olan borcundan 2196 manatını etiraf etmiş və həmin borcun qaytarılacağına dair vəd vermişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 2196 manat, ödənilmiş dövlət rüsumuna görə 44 manat və ödənilmiş vəkil haqqına görə 350 manat, cəmi 2590 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 44 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 2196 manat, ödənilmiş dövlət rüsumuna görə 44 manat və vəkil haqqına görə ödənilmiş 350 manat olmaqla, cəmi 2590 (iki min beş yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-427/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-427/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver