Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-431/2025 15.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Açar sözlər:(Pul tələbi) Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 15 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həçminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilinə dəymiş ziyana görə 2092.88 manat, əlavə xərc olaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4 ay ərzində taksi fəaliyyətinə görə ödədiyə 1680 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2 ay ərzində taksi fəaliyyətinə görə ödədiyi 840 manat, qiymətləndirmə rəyinin alınması üçün ödədiyi 100 manat və dövlət rüsumu olaraq ödədiyi 58.40 manat olmaqla, cəmi 4771.28 manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə saat 12:20-də etibarnamə ilə idarə etdiyi Mersedes-Benz 240 minik markalı, **-LF-*** nömrəli avtomobil ilə Zərdab dördyol İstiqamətindən rayona giriş hisəsində dayanarkən, cavabdeh idarə etdiyi Mersedes-Benz 220 minik markalı, **-CG-*** nömrəli avtomobil ilə hərəkətdə olarkən hərəkət istiqamətində bir neçə avtomobillə, həmçinin onun avtomobili ilə toquşaraq ona maddi zərər vurmuşdur. Cavabdehin məsuliyyətsizliyi nəticəsində idarə etdiyi avtomobilə xeyli miqdarda maddi zərər vurulmuşdur. Nəticədə İnzibati xəta törətmiş şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. O, avtomobilinə vurulmuş ziyanı müəyyənləşdirmək məqsədi ilə Göyçay rayonunda fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət etmişdir. Avtomobilinə vurulmuş ziyanla bağlı "xxxx" MMC-yə etdiyi müraciətinə əsasən Mersedes-Benz 240 minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləği 5569 manat təşkil etməsi müəyyən olunmuş və bu barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Dəymiş ziyanla bağlı 5569 manat məblğində pulun 3712.52 manatı "xxxx" MMC tərəfindən ödənilmişdir. Lakin, cavabdehdən qalıq borcun ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 12:20-də etibarnamə ilə idarə etdiyi Mersedes-Benz 240 minik markalı, **-LF-*** nömrəli avtomobil ilə Zərdab rayon dördyol İstiqamətindən rayona giriş hisəsində dayanarkən, cavabdeh idarə etdiyi Mersedes-Benz 220 minik markalı, **-CG-*** nömrəli avtomobil ilə hərəkətdə olarkən hərəkət istiqamətində bir neçə avtomobillə, həmçinin onun avtomobili ilə toquşaraq ona maddi zərər vurmuşdur. Cavabdehin məsuliyyətsizliyi nəticəsində idarə etdiyi avtomobilə xeyli miqdarda maddi zərər vurulmuşdur. Nəticədə İnzibati xəta törətmiş şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. O, avtomobilinə vurulmuş ziyanı müəyyənləşdirmək məqsədi ilə Göyçay rayonunda fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət etmişdir. Avtomobilinə vurulmuş ziyanla bağlı "xxxx" MMC-yə etdiyi müraciətinə əsasən Mersedes- Benz 240 minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın məbləği 5569 manat təşkil etməsi müəyyən olunmuş və bu barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Məhkəmə prosesinin gedişində iş üzrə ekspertiza keçirilməsi üçün müstəqil qiymətləndirmə palatası olan “PRİVAT Co” firmasına müraciət edilmiş və müstəqil qiymətləndirmə palatasının “PRİVAT Co” firması tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 08/27-25 saylı məktubundan görünür ki, Mersedes-Benz 240 minik markalı, **-LF-*** nömrəli avtomobilə dəymiş ziyanın məbləği 5805 manat qiymətləndirilmişdir. Hazırda dəymiş ziyanla bağlı 5569 manat pulun 3712.52 manatını "xxxx" MMC tərəfindən ödənilmişdir. Odur ki, cavabdehdən avtomobilinə dəymiş ziyana görə 2092.88 manat, əlavə xərc olaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4 ay ərzində taksi fəaliyyətinə görə ödədiyi 1680 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2 ay ərzində taksi fəaliyyətinə görə ödədiyi 840 manat, X1 MMC-dən qiymətləndirmə rəyinin alınması üçün ödədiyi 100 manat və dövlət rüsumu olaraq ödədiyi 58.40 manat olmaqla, cəmi 4771.28 manat pul alınaraq ona verilməlidir. Lakin, cavabdehdən qalıq borcun ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır.Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Zərdab rayon dördyol İstiqamətindən rayona giriş hisəsində hərəkətdə olarkən, o, idarə etdiyi Mersedes-Benz 220 minik markalı, **-CG-*** nömrəli avtomobil ilə Zərdab rayon dördyol İstiqamətindən rayona giriş hisəsində dayanan iddiaçıya məxsus Mersedes-Benz 240 minik markalı, **-LF-*** nömrəli avtomobil ilə toqquşaraq nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 3712.52 manat pul ödənilmişdir. İddiaçı sığorta şirkəti tərəfindən təyin olunmuş ödənişlə razılaşmış və onu qəbul etmişdir. İddiaçı sığorta şirkəti tərəfindən ona təyin olunmuş sığorta ödənişi ilə razı olmadıqda sığorta ödənişini qəbul etməməli və sığorta şirkətinə qarşı iddia qaldırmalı idi. Hesab edir ki, iddiaçıya heç-bir borcu yoxdur. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, TP 7090691saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Soltanov X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, arayışdan görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən Mersedes-Benz 240 minik markalı, **-LF-*** nömrəli avtomobilə dəyən ziyan Mersedes-Benz satış ehtiyyat hissələrindən və "xxxx" MMC-nin mütəxəssisi tərəfindən 5805 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş müstəqil qiymətləndirmə palatasının “PRİVAT Co” firması tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 08/27-25 saylı rəyindən görünür ki, Mersedes-Benz 240 minik markalı, **-LF-*** nömrəli avtomobilə dəymiş ziyan 5805 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş “Meqa Sığorta" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Meqa Siğorta" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə İddiaçı 3,712.52 (üç min yeddi yüz on iki manat, əlli iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində İddiaçı ona məxsus Mercedes markalı, **- LF-*** nömrə nişanlı avtomobillə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən hesablanmış 3712,52 (üç min yeddi yüz on iki manat 52 qəpik) manat sığorta ödənişi ilə razılaşmış və "xxxx" ASC-nə qarşı heç bir iddiası olmadığını və sığorta ödənişinin qeyd olunan hesaba köçürülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı hesabna 3712.52 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə dövlət rüsumuna görə 58.40 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq vəvəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.4-cü maddəsinə əsasən Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 18.1-ci maddəsinə əsasən Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğində məbləğindən artıq ola bilməz. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və iş materiallarına əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus avtomobilə ziyanlığın dəyməsi işin mübahisəsiz hissəsidir. Bu fakt həm tərəflərin izahatı həmdə iş materiallarına əlavə olunmuş sübutlarla təsdiq olunur. Lakin məhkəmə sorğu əsasında əldə etdiyi “Meqa Sığorta" ASC tərəfindən məhkəməyə təqdim olunmuş iş materiallarına qiymət verərək bildirir ki, işin hallarından müəyyən olunur ki, "xxxx" MMC tərəfindən dəymiş zərərin hesablanmasına dair aktdan müəyyən olunur ki, iddiaçıya dəymiş ümumi maddi ziyan 4135 manat təşkil edir. Eyni zamanda iddiaçı tərəfindən “Meqa Sığorta" ASC-ə ünvanlanmış ərizədən müəyyən olunur ki,iddiaçı 04 mart 2025-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ona məxsus Mercedes-Benz 240 minik markalı, **-LF-*** nömrə nişanlı avtomobilə dəymiş zərələ bağlı hesablanmış 3712,52 manat sığorta ödənişi ilə razılaşmış, sığorta şirkətinə qarşı heç bir iddiasının olmadığını bildirmiş və təyin olunmuş sığorta ödənişinin hesabına köçürülməsini xahiş etmişdir.Məhkəmə buna əsasən belə qənaətə gəlir ki, iddiaçı sığorta ödənişini öz iradəsi əsasında qəbul etmişdir. Məhkəmə iş üzrə digər zərərçəkənlərin olmasına və 5000 manat sığorta ödənişinin zərərçəkənlər arasında bölünməsinə münasibətdə isə bildirir ki, iddiaçı sığorta ödənişini alan zaman mütləq şəkildə buna rəsmi münasibət bildirməli, sığorta ödənişinin tərəflər arasında bölünməsi səbəbi ilə ona təyin olunmuş sığorta ödənişini qəbul etdiyini və eyni zamanda ona dəymiş maddi ziyanın tam ödənilmədiyini bildirməli idi. Lakin hazırkı işdə iddiaçı ərizə yazan zaman məhs 3712,52 manat sığorta ödənişini tələb etmiş və heç bir iddiasının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatını və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-431/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-431/2025
15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver