Məhkəmə qərarları › İş №2(035)-442/2023

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-442/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-442/2023 26.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin geri qaytarılması barədə) Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi x katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə” iddia ərizəsi üzrə mülki işə 26 sentyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 261,28 ABŞ dolları, faiz borcuna görə 0 ABŞ dolları, cərimə borcuna 0 ABŞ dolları, komisyon haqqı borcuna görə 0 ABŞ dolları, cəmi 261,28 ABŞ dolları, dövlət rüsumuna görə 30 manat, xidmət haqqına görə 0,40 manat pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata götürülmüş və cavabdehlərə bildiriş göndərilmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda yaşamadıqları üçün bildirişin onlara çatdırılması mümkün olmamışdır (“Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə əlavə olunmuş F-20 saylı arayışa əsasən). Cavabdehlərə sadələşdirilmiş icraat qaydasında göndərilən məhkəmə bildirişi onların ünvanda yaşamaması səbəbindən çatmadığı üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə Zərdab şəhər Mənzil İstismar Sahəsinə məktub göndərərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zərdab şəhəri, 21 saylı qəsəbə, ev 36, mənzil 6-da qeydiyyatda olub-olmamması, yaşayıb-yaşamaması barədə Zərdab Rayon Məhkəməsinə yazılı məlumat verilməsi xahiş olunmuşdur. Zərdab şəhər Mənzil İstismar Sahəsinin rəisi Əhəd Əhədov tərəfindən Zərdab Rayon məhkəməsinin məktubuna cavab olaraq cavabdehlərin Zərdab şəhəri ərazəsində yaşamadıqları, onların Zərdab şəhəri, 21 saylı qəsəbə, ev 36, mənzil 6-da qeydiyyatda olmadıqları, eyni zamanda onların harada yaşaması barədə məlumatının olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası MPM-nın 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zərdab rayon ərazisində qeydiyyatda olmadıqları üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası MPM-nın 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalı, həmçinin Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tam olaraq iddiaçı "xxxx" KB ASC-yə qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul tam olaraq “X2” Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar