Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-444/2024 14.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 14 avqust 2024cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borca görə 12500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus "ASMA TAVAN" mağazasında laminat satışı ilə məşğul olmuşdur. Cavabdeh mağazada satıçı işləyən zaman iddiaçının xəbəri olmadan 12500 manat dəyərində laminantı satıb pulunu xərcləmişdir. Odur ki, iddiaçı cavabdehdən 12500 manat pulunu geri ala bimədiyi üçün məcbur olaraq onun borcunu qaytarması üçün cavabdeh ilə xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixinədək kredit müqaviləsi bağlamışdır. Lakin, cavabdeh iddiaçıya borclu olduğu 12500 manat pulu bugünədək geri qaytarmamişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək 12500 manat pulu geri qaytarmasını xahiş və tələb etsə də, lakin, o, müsbət nəticə əldə edə bilməmişdir. Həmçinin göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaya etiraz: Cavabdeh iddianı qəbul etməyərək etirazında bildirmişdir ki, iddiaçı iddia edir ki, o, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus "ASMA TAVAN" mağazasında laminat satışı ilə məşğul olmuşdur. Guya o, iddiaçının xəbəri olmadan 12500 manat dəyərində laminantı satıb pulunu xərclədiyini və daha sonra isə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən o, iddiaçıya 12500 manat pulu geri qaytaracağını bildirmişdir. Bu neçə illər ərzində iddiaçıya 3500 manatdan artıq pul vermişdir. O, hesab edir ki, iddiaçı onunla formal xarakterli notariatda müqavilə bağlamış və hissə-hissə ilə pulu alacağını bildirmişdir. Ona görə də, məhkəmədən qətnamə qəbul edərkən yuxarıda göstərilənləri nəzərə alnmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin, cavabdeh iddiaya qarşı öz etirazını məhkəməyə göndərərək iddianı qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən ona məxsus "ASMA TAVAN" mağazasında laminat satışı ilə məşğul olmuşdur. Cavabdeh onun mağazasında satıçı işləyən zaman xəbəri olmadan 12500 manat dəyərində laminantı satıb pulunu xərcləmişdir. O, isə sonradan xəbər tutmuşdur. Cavabdehin ona ödəniləsi nəğd pul olmadığı üçün cavabdeh ilə xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixinədək kredit müqaviləsi bağlamışdır ki, bu müddət ərzində ona olan 12500 manat borcunu qaytarsın. Lakin, cavabdeh bugünə ona olan 12500 manat borcundan məhkəməyə müraciət etdikdən sonra 2000 manat ödəniş etsə də, sonradan ödənişi davam etməmişdir. Nəticədə cavabdehin ona 10500 manat məbləğində qalıq borcu qalmışdır. Dəfələrlə cavabdehdən ona borclu olduğu 10500 manat pulu yazılı və şifai tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12500 manat məbləğində borc pul verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2-ci maddəsinə görə borcalan krediti xx.xx.2023-ci il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan pretenziyanın surətindən görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, məhkəmə gedişində cavabdeh tərəfindən iddiaçıya 2000 manat ödənildiyini və hazırda cavabdehdən 10500 manat pulun tutulmasını xahiş etdiyini bildirmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 26.1-ci maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus "ASMA TAVAN" mağazasında laminat satışı ilə məşğul olmuşdur. Cavabdeh iddiaçıya məxsus mağazada satıçı işləyən zaman iddiaçının xəbəri olmadan 12500 manat dəyərində laminantı satıb pulunu xərcləmişdir. Odur ki, iddiaçı cavabdehdən 12500 manat pulunu geri ala bimədiyi üçün məcbur olaraq onun borcunu qaytarması üçün cavabdeh ilə xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixinədək kredit müqaviləsi bağlamışdır. Lakin, cavabdeh iddiaçıya borclu olduğu 12500 manat pulu geri qaytarmamişdir. Lakin, məhkəmə gedişində məlum olmuşdur ki, cavabdehin iddiaçıya borclu olduğu 12500 manatdan 2000 manatını qaytarmış, qalıq borcu olan 10500 manatını hələ bugünədək qaytarmamışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək pulunu geri qaytarmasını xahiş və tələb etsə də, lakin, iddiaçı müsbət nəticə əldə edə bilməmişdir. Həmçinin göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmiş və iddiaçıya borclu olduğu qalıq borcu olan 10500 manat pulu bugünədək iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyi üçün, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 10500 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-444/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-444/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver