Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-448/2023 18.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə (Açar sözlər:pul tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçının-vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi nə” dair iddia ərizəsi üzrə mülki işə 18 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən borca görə 90500 manat və ödənilmiş dövlət rüsumuna görə 376.50 manat, cəmi 90876.50 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərin surətlərindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh cəmi 90500 manat məbləğində pul vermişdir. Cavabdeh borc aldığı məbləğləri qısa müddət ərzində iddaçıya qaytarmağı öhdəsinə götürərək aldığı borc məbləğlərini qaytara bilməyəcəyi təqdirdə borc məbləğinin ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 196.1kv.m olan 4 (dört) otaqlı mənzilə yönəldilməsinə dair razılığını təsdiq edən xx.xx.2019-cu il tarixli qəbz yazaraq öz imzası ilə həmin qəbzi imzalamışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cvabdeh götürdüyü öhdəliyə əməl etməmiş və aldığı borc məbləğini geri qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehə verdiyi borc məbləğini geri istəsə də, cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya borclu olduğu 90500 manat (doxsan min beş yüz) borcunu ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin ünvanına, eləcə də cavabdehin qeydiyyatda olduğu Zərdab RİHB-nin Zərdab şəhəri inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə məhkəmə bildirişi göndərilərək, məhkəmə bildirişinin cavabdehə çatdırılması və cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmasına kömək göstərilməsi xahiş olunmuş, icra nümayəndəliyi tərəfindən verilən yazılı arayışa əsasən cavabdeh Zərdab şəhəri ünvan 3 ünvanında qeydiyyatda olmağına baxmayaraq, Zərdab şəhəri ərazisində yaşamadığı bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi X3 işə qiyabi icraat qaydasında baxılmasına yazılı razılığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh özü şəxsən xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərə imza atmaqla iddiaçıdan müxtəlif vaxtlarda cəm olaraq 90500 manat məbləğində pul almışdir. Cavabdeh borc aldığı məbləğləri qısa müddət ərzində iddaçıya qaytarmağı öhdəsinə götürərək aldığı borc məbləğlərini qaytara bilməyəcəyi təqdirdə borc məbləğinin ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 196.1kv.m olan 4 (dört) otaqlı mənzilə yönəldilməsinə dair razılığını təsdiq edən xx.xx.2019-cu il tarixli qəbz yazmış və həmin qəbzi imzalamışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh götürdüyü öhdəliyə əməl etməmiş və indiyədək aldığı borc məbləğini geri qaytarmamışdır. İddiaçı tərəfindən dəfələrlə verdiyi borcu geri istəsə də, cavabdeh müxtəlif bəhanələrlə 90500 manat (doxsan min beş yüz) borcunu ödəməkdən yayınmışdır. Onun bu hərəkəti iddiaçıya çox maddi və mənəvi zərər vurmuşdur. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Cavabdeh ilə İddiaçı tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərin surətindən görünür ki, Cavabdeh cəm olaraq İddiaçı 90500 manat məbləğində pul almışdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 376.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.2-ci maddəsinə görə işdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 238.3-ci maddəsinə görə işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4-cü maddəsinə görə işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 239-cu maddəsinə görə məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir. 240.1-ci maddəsinə görə işə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir: 240.1.1-ci maddəsinə görə gəlməmiş tərəf bu məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə 240.1.2-ci maddəsinə görə tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda. 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və işin digər materiallarından müəyyən olundu ki, cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərdən görünür ki, iddiaçı cavabdehə cəmi 90500 manat məbləğində pul vermişdir. Cavabdeh qəbzlərə imza atmaqla borc aldığı məbləğləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüş və aldığı borc məbləğlərini qaytara bilməyəcəyi təqdirdə borcun əvəzi olaraq cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 196.1kv.m olan 4 (dört) otaqlı mənzilə yönəldilməsinə dair razılığını təsdiq edən xx.xx.2019-cu il tarixli qəbz yazmış və həmin qəbzi imzalamışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cvabdeh götürdüyü öhdəliyə əməl etməmiş və bugünədək aldığı borc məbləğini geri qaytarmamışdır. İddiaçı dəfələrlə verdiyi borc məbləğini cavabdehdən geri istəsə də, cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya borclu olduğu 90500 manat (doxsan min beş yüz) borcunu ödəməkdən yayınmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, borcun könüllü şəkildə ödənişi cavabdeh tərəfindən təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia əsaslı və qanunidir. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 376.50 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən borca görə 90500 manat və dövlət rüsumuna görə 376.50 manat pul tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh borca görə 90500 manat və dövlət rüsumuna görə 376.50 manat, cəmi 90876,50 manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Zərdab Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-448/2023
Zərdab Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(035)-448/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver