Məhkəmə qərarları › İş №2(035)-455/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-455/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-455/2023 30.08.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X6 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 30 avqust 2023cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 649 manat, faizə görə 294 manat, cəmi 943 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat və xidmət haqqına görə 0.40 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə, yəni Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən “Aydan” mağazasında mobil telefonların satışı ilə məşğuldur. İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə bərabər hissələrlə hər ayı 108 manat ödəmək şərti ilə 649 manat məbləğində Redmi Note 10S markalı bir ədəd mobil telefon nisyə olaraq satılmışdır. Müqaviləyə əsasən cavabdeh (malalan) müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, aldığı malın dəyərini 06 ay müddətində ödəməyi, vaxtında ödəməzsə hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alqı-satqı müqaviləsinin şərtlərinə lazımınca əməl etməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 649 manat, cəriməyə (gecikmə faizinə) görə 294 manat, cəmi 943 manat məbləğində borcu yaranmışdır. İddiaçı borcun ödənilməsini tələb edsə də, cavabdeh malın qalıq dəyərinin (borcun) ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı mülahizə və ya etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə, yəni Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən “Aydan” mağazasında mobil telefonların satışı ilə məşğuldur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə bərabər hissələrlə hər ayı 108 manat ödəmək şərti ilə 649 manat məbləğində Xiomi Redmi 10S markalı bir ədəd mobil telefon nisyə olaraq satılmışdır. Müqaviləyə əsasən cavabdeh (malalan) müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, aldığı malın dəyərini 06 ay müddətində ödəməyi, vaxtında ödəməzsə hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alqı-satqı müqaviləsinin şərtlərinə lazımınca əməl etməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 649 manat, cəriməyə (gecikmə faizinə) görə 294 manat, cəmi 943 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə borcun ödənilməsi tələb edilsə də, cavabdeh malın qalıq dəyərinin (borcun) ödənilməsini təmin etməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) 06 ay müddətinə, bərabər hissələrlə hər ay 108 manat ödəmək şərti ilə, ümumi dəyəri 649 manat məbləğində Redmi Note 10S markalı bir ədəd mobil telefon nisyə satılmış və alıcı (cavabdeh) müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, borc məbləğini və iddiaçıya (malsatana) dəyən zərəri tam ödəməyi və hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 30 manat və xidmət haqqına görə 0.40 məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilə öhdəliklərinə aid olan nisyə alqı-satqı münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqısatqı ilə bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 567-ci maddəsinə görə alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasıında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı 06 ay müddətinə, hər ay 108 manat ödəmək şərti ilə, ümumi dəyəri 649 manat olan “ Redmi Note 10S” markalı bir ədəd mobil telefonu nisyə almışdır. Müqaviləyə əsasən cavabdeh müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, borc məbləğini və iddiaçıya dəyən zərəri tam ödəməyi və hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alq-satqı müqaviləsinin şərtlərinə lazımınca əməl etməmişdir. nəticədə onun iddiaçıya əsas borca (malın dəyərinə) görə 649 manat, cəriməyə (gecikmə faizinə) görə 294 manat, cəmi 943 manat məbləğində borcu yaranmışdır. Tələb edilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı yazılı mülahizə və ya etirazını məhkəməyə göndərməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və yuxarıda sadalanan qaydada iddianı sübuta yetirə bilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və sadalanan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, cavabdehin əsas kredit borcu 649 manat təşkil etdiyi halda, ondan 294 manat məbləğində tələb olunan gecikmə faizi (dəbbə pulu) tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi gecikmə faizinə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən iddia təmin edildikdə çəkilmiş məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 649 manat, cəriməyə (gecikmə faizinə) görə 44.10 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manatvə xidmət haqqına görə 0.40 manat, cəmi 724 manat məbləğində pul alınaraq iddiaçı X5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlı̇ k edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar