Məhkəmə qərarları › İş №2(035)-460/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-460/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-460/2025 01.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlu sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 01 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 100 manat, cərimə borcuna görə 1689 manat və ödənilmiş dövlət rüsumuna görə 38 manat, cəmi 1827 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 34 saylı kredit (nisyə alqı-satqı) müqaviləsinə əsasən, cavabdehə ilkin ödəniş məbləği 30 manat olmaqla, 6 ay müddətinə hissə-hissə ödənilməsi şərti ilə, ümumi dəyəri 130 manat olan mobil telefon aparatı satılmışdır. Lakin, cavabdeh müqavilə şərtlərinə lazımi qaydada əməl etməmiş, yalnız ilkin olaraq 30 manat ödəniş etmiş və sonrakı dövrlərdə isə ödənişləri davam etdirməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 100 manat, cərimə borcuna görə 1689 manat olmaqla, ümumilikdə 1827 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, 34 saylı kredit (nisyə alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçının mağazasından ümumi dəyəri 130 manat olan mobil telefon aparatı almışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh ilkin ödəniş kimi 30 manat ödəyərək, qalan 100 manat məbləğini 6 ay müddətində hissə-hissə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin, bugünədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı cavabdeh ilə müəyyən danışıqlar aparmışdır ki, iddiaçıya olan borcunu ödəsin. Cavabdeh isə borcun tam şəkildə ödəniləcəyini vəd etmişdir. Buna baxmayaraq, bu günədək cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, xx.xx.2015-ci il tarixli kredit (nisyə alqı-satqı) müqaviləsinə əsasən, ona ilkin ödəniş məbləği 30 manat olmaqla, 6 ay müddətinə hissə-hissə ödənilməsi şərtilə ümumi dəyəri 130 manat olan mobil telefon aparatı satılmışdır. O, ilkin olaraq 30 manat ödəniş etdiyini, lakin, sonradan müəyyən səbəblərdən ödənişləri davam etdirə bilmədiyini bildirmişdir. Nəticədə, onun iddiaçıya əsas borca görə 100 manat məbləğində borcu qalmışdır. O, cərimə borcu olaraq göstərilən 1689 manat məbləğini qəbul etmədiyini, lakin, əsas borca görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 38 manat pulu ödəməyə razı olduğunu bildirmişdir. Mülki işdə olan sənədlər: İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 34 saylı kredit (nisyə alqısatqı) müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş məbləği 30 manat olmaqla, 6 ay müddətinə hissə-hissə ödənilməsi şərti ilə ümumi dəyəri 130 manat olan mobil telefon aparatı satılmışdır. İşdə olan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən mobil telefon aparatı üçün ödənilməmiş hissə üzrə 100 manat, cərimə borcuna görə 1689 manat və ödənilmiş dövlət rüsumuna görə 38 manat olmaqla, cəmi 1827 manat məbləğində borcu yaranmışdır. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun könüllü şəkildə ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə cəmi 38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə görə alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, araşdırılan iddia ərizələrindən və tədqiq edilən işin materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 34 saylı kredit (nisyə alqı-satqı) müqaviləsinə əsasən, cavabdehə ilkin ödəniş məbləği 30 manat olmaqla, 6 ay müddətinə hissə-hissə ödənilməsi şərti ilə ümumi dəyəri 130 manat olan mobil telefon aparatı satılmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə lazımi qaydada əməl etməmiş, yalnız ilkin olaraq 30 manat ödəmiş, sonrakı dövrlərdə isə ödənişləri davam etdirməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 100 manat, cərimə borcuna görə 1689 manat və və ödənilmiş dövlət rüsumuna görə 38 manat olmaqla, ümumilikdə 1827 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq və yuxarıda qeyd olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsas borc və dövlət rüsumu tələbinə dair hissədə tam təmin edilməli, lakin, cərimə borcuna dair hissədə əsaslı deyildir. Ona görə də, cərimə borcuna görə dair hissədə iddia təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 38 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 38 manat, cəmi 138 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar