Məhkəmə qərarları › İş №2(035)-465/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-465/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-465/2025 08.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər:Pul tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 08 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 8290 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış yazılı iltizamlara əsasən, iddiaçı -xx.xx.2023-cü il tarixdə cavabdehə 8390 manat, -xx.xx.2023-cü il tarixdə 7600 manat və -xx.xx.2024-cü il tarixdə isə 2900 manat, ümumilikdə 18890 manat məbləğində borc pul verilmişdir. Cavabdeh isə aldığı borcları qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ona olan borcunu qaytarmasını tələb etsə də, cavabdeh iddiaçıya borclu olduğu 18890 manat borcdan hissə-hissə olmaqla, cəmi 10600 manat pul qaytarmışdir. Hazırda cavabdehin iddiaçıya 8290 manat borcu qalmışdır. İddiaçı dəfələrlə cavabdehə borclu qaldığı pulu tələb etsə də, cavabdeh yalan vədlər verərək, müxtəlif bəhanələr gətirərərk borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. O, gündüz saat 09:00-dan axşamadək Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında yerhaqqının yığılması və ərazinin təmiz saxlanılmasına nəzarət edən şəxs kimi çalışır. Həmin bazardan tanıdığı və hazırda cavabdeh olan Cavabdeh -15 aprel 2023-cü il tarixində ona yaxınlaşaraq banka və digər şəxslərə borcu olduğunu, həmçinin qab-qacaq mağazasında ticarətin zəif getdiyini bildirərək ondan 8390 manat məbləğində borc pul almış və bu barədə könüllü iltizam tərtib etmişdir. Daha sonra cavabdeh -03 avqust 2023-cü il tarixdə əlavə olaraq 7600 manat, -03 iyun 2024-cü il tarixdə isə 2900 manat məbləğində pul almış və hər iki halda da könüllü iltizam sənədi tərtib etmişdir. Beləliklə, cavabdeh ümumilikdə üç könüllü iltizam əsasında ondan 18890 manat məbləğində borc almışdır. Lakin həmin məbləğdən bu günə qədər yalnız 10600 manatını geri qaytarmış, qalan 8290 manat borcu isə ödəməmişdir. Cavabdeh onun yaşlı və sakit xasiyyətli olmasından istifadə edərək öhdəliklərini vaxtında və tam yerinə yetirməmiş, borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh qardaşının adına olan, lakin, özünə məxsus olduğunu bildirdiyi evin sənədlərinidə girov kimi ona təqdim etmişdir. Baxmayaraq ki, cavabdeh borcunu tam qaytarmamışdır, o, qanunlara hörmət edərək və məsuliyyət hiss edərək, girov kimi saxladığı ev sənədlərini cavabdehə geri qaytarmışdır. Cavabdeh ondan əlavə vaxt istəmiş, lakin, sonradan borcun ödənilməsindən imtina etmişdir. Cavabdeh götürdüyü pulu vaxtında qaytarmaq öhdəliyini öz üzərinə götürsə də, lakin, bu günədək öhdəliyi icra etməmişdir. Hazırda cavabdehin ona qalıq borcu 8290 manat məbləğində qalsada, lakin, o, cavabdehin maddi durumunu və ailə vəziyyətini nəzərə alaraq cavabdehdən cəmi 6500 manat tutulmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında işləyir. İddiaçı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında vitrinlərdən yerhaqqının yığılması və ərazinin təmiz saxlanılmasına nəzarət edən şəxs kimi çalışır. İddiaçı bazarda işləməklə faizə pul verməklə məşğul olur. O, iddiaçıdan 5800 manat pul almış və borcunu tam olaraq ödəmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərmişdir ki, tərəflər arasında borc münasibətlərinin olmasından məlumatlı olsada lakin konkret cavabdehin iddiaçıya nə qədər borcu olduğunu bilmir Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş yazılı iltizamlardan görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə 8390 manat, xx.xx.2023-cü il tarixdə 7600 manat və xx.xx.2024-cü il tarixdə isə 2900 manat, ümumilikdə 18890 manat məbləğində borc pul verilmişdir. İş matereallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh maddi vəziyyətini nəzərə alaraq iddia ərizəsində göstərdiyi 8290 manat borcdan yalnız 6500 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 26.1-ci maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, İddiaçı həqiqətən cavabdehə -xx.xx.2023-cü il tarixdə 8390 manat, xx.xx.2023-cü il tarixdə 7600 manat və -xx.xx.2024-cü il tarixdə isə 2900 manat, ümumilikdə 18890 manat məbləğində borc vermişdir. Borcun verilməsi iş matereallarına əlavə edilmiş və cavabdeh tərəfindən imzalanmaqla təstiq olunmuş iltizamlarla da, təstiq olunur. Belə ki, cavabdeh aldığı borcları qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ona olan borcu qaytarmasını tələb etsə də, cavadeh iddiaçıya borclu olduğu 18890 manat borcdan hissə-hissə olmaqla, cəmi 10600 manat pul qaytarmışdir. Hazırda cavabdehin iddiaçıya 8290 manat borcu qalmışdır. İddiaçı dəfələrlə cavabdehə borclu qaldığı pulu tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərərk borcunu ödəməkdən boyun qaçırmışdır. İddiaçı cavabdehdən 8290 manat tələb etsədə, lakin, məhkəmə iclasında ərizə verərək cavabdehin maddi durumunu və ailə vəziyyətini nəzərə alaraq cavabdehdən cəmi 6500 manat tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan iltizamnamələr iddiaçı tərəfindən cavabdehə borc pul verilməsini təsdiq edir. Eyni zamanda məhkəmə hesab edir ki,cavabdehin fikirləri özünü müdafiə xarakterlidir. Belə ki, cavabdeh məhkəmə prosesi zamanı iş materiallarına olan iltizamnamələrin onun tərəfindən yazılaraq imzalanmasını mübahisələndirməmişdir. Eyni zamanda yaranmış borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyi üçün, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 6500 (altı min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar