Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-469/2025 20.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Zərdab Rayon Mərkəzi Xəstəxanası PHŞ və Tibbi Ərazi X1rşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə 20 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Zərdab Rayon Mərkəzi Xəstəxanası PHŞ və Tibbi Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi zərərin əvəzi olaraq 30000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, 29 mart 2019-cu il tarixdə qəbul olunmuş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə aiddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci bəndində qeyd olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Zərdab Rayon Mərkəzi Xəstəxanası PHŞ və (Cavabdeh1) Tibbi Ərazi X1rşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı mediasiya qurumuna müraciət etməli, mediasiya yolu ilə həll edilə bilməməsi ilə bağlı sənədi təqdim etməklə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 260.4, 263, 260.4, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Zərdab Rayon Mərkəzi Xəstəxanası PHŞ və Tibbi Ərazi X1rşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-469/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-469/2025
20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver