Məhkəmə qərarları › İş №2(035)-47/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-47/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-47/2024 26.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X5 Elxan oğlu sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 26 yanvar 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 136 manat, cərimə borcuna görə 2442 manat, cəmi 2578 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 46 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə, yəni Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən “Aydan” mağazasında mobil telefonların satışı ilə məşğuldur. İddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə bərabər hissələrlə hər ayı 66 manat ödəmək şərti ilə 396 manat məbləğində Samsug J3 markalı bir ədəd mobil telefon nisyə olaraq satılmışdır. Müqaviləyə əsasən cavabdeh (malalan) müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, aldığı malın dəyərini 06 ay müddətində ödəməyi, vaxtında ödəməzsə hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alqı-satqı müqaviləsinin şərtlərinə lazımınca əməl etməmişdir. Belə ki, cavabdeh ilkin olaraq 260 manat ödəniş etsə də, sonradan ödənişi davam etməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 136 manat, cəriməyə (gecikmə faizinə) görə 2442 manat, cəmi 2578 manat məbləğində borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi tələb edilsə də, cavabdeh malın qalıq dəyərinin (borcun) ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə, yəni Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən “Aydan” mağazasında mobil telefonların satışı ilə məşğuldur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 06 ay müddətinə bərabər hissələrlə hər ayı 66 manat ödəmək şərti ilə 396 manat məbləğində Samsug J3 markalı bir ədəd mobil telefon nisyə olaraq satılmışdır. Müqaviləyə əsasən cavabdeh (malalan) müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, aldığı malın dəyərini 06 ay müddətində ödəməyi, vaxtında ödəməzsə hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alqı-satqı müqaviləsinin şərtlərinə lazımınca əməl etməmişdir. Belə ki, cavabdeh ilkin olaraq 260 manat ödəniş etsə də, sonradan ödənişi davam etməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 136 manat, cəriməyə (gecikmə faizinə) görə 2442 manat, cəmi 2578 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə borcun ödənilməsi tələb edilsə də, cavabdeh malın qalıq dəyərinin (borcun) ödənilməsini təmin etməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, nisyə alqı-satqı müqaviləsinə əsasən ona 06 ay müddətinə bərabər hissələrlə hər ayı 66 manat ödəmək şərti ilə 396 manat məbləğində Samsug J3 markalı bir ədəd mobil telefon nisyə olaraq satılmışdır. O, ilkin olaraq 260 manat ödəniş etsə də, sonradan müəyyən səbəblərdən ödəniş edə bilməmişdir. Nəticədə onun iddiaçıya əsas borca görə 136 manat, cəriməyə (gecikmə faizinə) görə 2442 manat, cəmi 2578 manat məbləğində borcu yaranmışdır. Cərimə borcunu qəbul etmir, lakin, əsas borca görə 136 manat ödəməyə razıdır, Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) 06 ay müddətinə, bərabər hissələrlə hər ay 66 manat ödəmək şərti ilə, ümumi dəyəri 396 manat məbləğində Samsug J3 markalı bir ədəd mobil telefon nisyə satılmış və alıcı (cavabdeh) müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, borc məbləğini və iddiaçıya (malsatana) dəyən zərəri tam ödəməyi və hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli və xx.xx.20233-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə cəmi 46 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilə öhdəliklərinə aid olan nisyə alqı-satqı münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqısatqı ilə bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə görə alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasıında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan 06 ay müddətinə, hər ay 66 manat ödəmək şərti ilə, ümumi dəyəri 396 manat olan Samsug J3 markalı bir ədəd mobil telefonu nisyə almışdır. Müqaviləyə əsasən cavabdeh müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, borc məbləğini və iddiaçıya dəyən zərəri tam ödəməyi və hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alq-satqı müqaviləsinin şərtlərinə lazımınca əməl etməmişdir. Belə ki, cavabdeh ilkin olaraq 260 manat ödəniş etsə də, sonradan ödənişi davam etməmiş, nəticədə onun iddiaçıya əsas borca (malın dəyərinə) görə 136 manat, cəriməyə (gecikmə faizinə) görə 2442 manat, cəmi 2578 manat məbləğində borcu yaranmışdır. Tələb edilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və sadalanan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia əsas borc tələbinə dair hissəsində tam, cərimə hissəsində isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, cavabdehin əsas kredit borcu 136 manat təşkil etdiyi halda, ondan 2442 manat məbləğində tələb olunan gecikmə faizi (dəbbə pulu) tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi gecikmə faizinə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən iddia təmin edildikdə çəkilmiş məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu vavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 136 manat, cəriməyə (gecikmə faizinə) görə 100 manat, ödənilmiş dövlət rüsumuna görə 46 manat, cəmi 182 manat məbləğində pul alınaraq iddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar