Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-481/2023 03.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə (Açar sözlər:pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə 03 noyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 01 ay müddətinə qaytarmaq şərti ilə borc olaraq almış olduğu 5400 manatın və dövlət rüsumu olaraq ödənilmiş 74 manat, cəmi 5474 manat pulun məcburi qaydada alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin may aylarında cavabdeh ona müraciət edərək 15000 (on beş min) manat pula ehtiyacı olduğunu və bu baxımdan ona köməklik etməyini ondan xahiş etmiş və ondan alacağı borc pulu bir ay müddətinə qaytaracağını bildirmişdir. Cavabdehin əminliklə müqavilənin şərtlərinə əməl edəcəyinə söz verdiyinə inanaraq o, 2020-ci ilin may ayında cavabdehə 15000 manat məbləğində pulu vermişdir. Lakin, cavabdeh isə verdiyi sözünə əməl etməyərək hazırki vaxta kimi verdiyi 15000 manat məbləğində pulun cəmi 9600 manatını qaytarsa da, borclu qaldığı 5400 manatını isə geri qaytarmamışdır.Verilən müddətdən artıq üç il müddətdən çox vaxt keçməsinə baxmayaraq cabvabdeh müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan yayınmışdır. Cavabdeh keçən müddət ərzində borclu qaldığı 5400 manat məbləğdə olan borcunu ödəmədiyindən iddiaçı belə nəticəyə gəlmişdir ki, cavabdeh könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyildir və ona görə də cavabdehdə olan borcunu yalnız məhkəmə qaydasında alınmasını məqsədə müvafiq hesab etmişdir. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına yazılı razılığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh 2020-ci ilin may aylarında ona müraciət edərək 15000 manat pula ehtiyacı olduğunu və bu baxımdan ona köməklik etməyini ondan xahiş etmiş və ondan alacağı borc pulu bir ay müddətinə qaytaracağını söz vermişdir. Cavabdehin əminliklə müqavilənin şərtlərinə əməl edəcəyinə söz verdiyinə inanaraq o, 2020-ci ilin may ayında cavabdehə 15000 manat məbləğində pulu vermişdir. Lakin, cavabdeh isə verdiyi sözünə əməl etməyərək hazırki vaxta kimi verdiyi 15000 manat məbləğində pulun cəmi 9600 manatını qaytarsa da, lakin, borclu qaldığı 5400 manatını isə qaytarmamışdır.Verilən müddətdən artıq üç il müddətdən çox vaxt keçməsinə baxmayaraq cabvabdeh müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan yayınmışdır. Cavabdehin həqiqətəndə ondan borc alması və həmin borcu qaytarmadığını təsdiq edən səs yazıları vardır ki, o, həmin səs yazılarını diskə köçürməklə iddia ərizəsinə əlavə etmişdir. Cavabdehin keçən müddət ərzində borclu qaldığı 5400 manat məbləğdə olan borcu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyildir və ona görə də cavabdehdə olan borcunu yalnız məhkəmə qaydasında alınmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş Diskdə yazılmış səs yazısından görünür ki, Cavabdeh həqiqətən İddiaçı pul borcunun olduğunu ifadələri ilə təstiqləyərək imkanı olan kimi ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 74 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.2-ci maddəsinə görə işdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 238.3-ci maddəsinə görə işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4-cü maddəsinə görə işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 239-cu maddəsinə görə məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir. 240.1-ci maddəsinə görə işə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir: 240.1.1-ci maddəsinə görə gəlməmiş tərəf bu məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə 240.1.2-ci maddəsinə görə tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda. 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında araşdırılan iddia ərizəsindən və işin digər materiallarından müəyyən olundu ki, cavabdeh 2020-ci ilin may aylarında iddiaçıya müraciət edərək 15000 manat pula ehtiyacı olduğunu və bu baxımdan ona köməklik etməyini iddiaçıdan xahiş etmiş və ondan alacağı borc pulu bir ay müddətinə qaytaracağını söz vermişdir. Cavabdehin əminliklə müqavilənin şərtlərinə əməl edəcəyinə söz verdiyinə inanaraq iddiaçı 2020-ci ilin may ayında cavabdehə 15000 manat məbləğində pulu vermişdir. Lakin, cavabdeh isə verdiyi sözünə əməl etməyərək hazırki vaxta kimi verdiyi 15000 manat məbləğində pulun cəmi 9600 manatını qaytarsa da, borclu qaldığı 5400 manatını isə bu günədək iddiaçıya qaytarmamışdır.Verilən müddətdən artıq üç il müddətdən çox vaxt keçməsinə baxmayaraq cabvabdeh müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan yayınmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, borcun könüllü şəkildə ödənişi cavabdeh tərəfindən təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən borca görə 5400 manat və dövlət rüsumuna görə 74 manat, cəmi 5474 pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 74 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh borca görə 5400 manat və dövlət rüsumuna görə 74 manat, cəmi 5474 manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Zərdab Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-481/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-481/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver