Məhkəmə qərarları › İş №2(035)-490/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-490/2025

01.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-490/2025 01.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Maraqlı şəxs2 X2 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2025-ci il tarixli, e56201/2025-67-4-004 saylı qərarın ləğv edilməsi və icra sənədinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 01 may 2025-ci il tarixdə Maraqlı şəxs2 binasında nəzərdən keçrərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixli, e56201/2025-67-4-004 saylı qəraraın ləğv edilməsinə və icra sənədinin geri qaytarılmasını dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, İddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixli qərarından şikayət etməli olduğu halda, Maraqlı şəxs2nə iddia ərizəsi ilə müraciət edərək həmin qərarın ləğvi və icra olunmadan geri qayarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddələrinə əsasən ərizədə iddiaçı və ya ərizəçinin tələbləri və onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixli qərarından şikayət etməli olduğu halda, Maraqlı şəxs2nə həmin qərarın ləğvi və icra olunmadan geri qayarılması ilə bağlı iddia ərizəsi ilə müraciət etdiyindən ərizə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 284-4.1.3, 263 və 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2025-ci il tarixli, e56201/2025-67-4-004 saylı qərarın ləğv edilməsini və icra sənədinin geri qaytarılması tələbinə dair” ərizəsi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Maraqlı şəxs2nə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar