Məhkəmə qərarları › İş №2(035)-493/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-493/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-493/2023 09.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Zərdab Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(035)-324/2022 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 140 manat alimentin miqdarının artırılması, cavabdehdən hər ay 220 manat alimentin alınaraq ona verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2011-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X7 anadan olmuşdur. Cavabdeh içki düşgünü olmuş, onunla kobud rəftar etmiş, səbəbsiz yerə evdə söz-söhbət salmış, onu təhqir etmiş, döymüşdür. xx.xx.2021-ci il tarixdən uşaqla birlikdə ata evində yaşayır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-323/2022 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması, Umudun onun yanında saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(035)-324/2022 saylı qətnaməsi ilə Umudun yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat aliment tutulması qət edilmişdir. Aylıq ona ödənilən alimentin miqdarı uşağın minimum ehtiyaclarını ödəmir, cavabdeh uşağın digər məsələlərinə (müayinə, müalicə, təhsil və s.) heç bir köməklik göstərmir. Cavabdehlə mediasiya prosesində razılığa gəlmək istəsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə 2011-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh içki düşgünü olmuş, onunla kobud rəftar etmiş, səbəbsiz yerə evdə söz-söhbət salmış, onu təhqir etmiş, döymüşdür. xx.xx.2021-ci il tarixdən uşaqla birlikdə ata evində yaşayır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-323/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, Umudun özünün yanında saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(035)- 324/2022 saylı qətnaməsinə əsasən Umudun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat aliment tutulması qət edilmişdir. Aylıq ona ödənilən alimentin miqdarı uşağın minimum ehtiyaclarını ödəmir, cavabdeh uşağın digər məsələlərinə (müayinə, müalicə, təhsil və s.) heç bir köməklik göstərmir. Cavabdehlə mediasiya prosesində razılığa gəlmək istəsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdehlə 2011-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X7 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(035)-324/2022 saylı qətnaməsinə əsasən ondan Umudun saxlanılması üçün 140 manat aliment tutulması qət edilmişdir. Təmin edilmiş alimenti vaxtlı vaxtında ödəyir. Lakin hazırda iddiaçı ondan Umudun saxlanılması üçün 220 manat aliment tutulmasını tələb edir. 220 manat aliment ödəməyə imkanı yoxdur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Mingəçevir Nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016cı il tarixdə 113 № ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-324/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan mediator X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № MŞŞ/2023- MT01399 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər 2011-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(035)-323/2022 saylı qətnaməsinə əsasən tərəflərin arasında olan nikahın pozulması, Umudun iddiaçının (ananın) yanında saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(035)-324/2022 saylı qətnaməsinə əsasən cavabdehdən Umudun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşağın ehtiyaclarını tam ödəmir. İddiaçı X1 nümayəndəsi X2 məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh X5 mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatına, iddia ərizəsinə, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması barədə Zərdab Rayon Məhkəməsinin 2(035)-324/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 01 il, 05 ay müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın -xx.xx.2017-ci il təvəllüdlü X3 yüksək maraqları üstün tutulmalı və onun hüquq və mənafeyinin təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman həm də iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini nəzərə alır. Məhkəmə hesab edir ki, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə qeyd etməyi lazım bilir ki, öz növbəsində İddiaçı Cavabdeh uşağa görə hər ay 220 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın normal inkişafının təmin edilməsi üçün iddia qismən təmin edilərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-324/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 160 manat (hazırda tutulan məbləğ) – 140 manat (əvvəl tutulan məbləğ) = 20 manat; 20 manat x 12 ay = 240 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-324/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar