Məhkəmə qərarları › İş №2(035)-495/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-495/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-495/2024 12.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X1 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 12 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1050 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 31 manat, cəmi 1081 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayının axırlarında cavabdeh iddiaçıdan 1550 manat borc pul istəmiş və bir aya qaytaracağına söz vermişdir. İddiaçı cavabdehi tanıdığından ona 1550 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdeh həmin pulu bir aya qaytarmamış və iddiaçıdan 2023-cü ilin yay ayında əlavə olaraq 150 manat borc pul istəmişdir. Səbəb kimi isə qeyd etmişdilər ki, kredit götürüb iddiaçıdan əldə etdiyi 1700 manat pulu geri qaytaracaqdır. İddiaçı cavabdehin vədlərinə inanaraq yenidən cavabdehə 150 manat pul vermişdir. İddiaçı ona olan borcu qaytarmasını tələb etsə də, cavadeh iddiaçıya borclu olduğu 1700 manat borcdan hissəhissə olaraq cəmi 650 manat pul qaytarmişdir. Hazırda cavabdehin iddiaçıya 1050 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən ona borclu olduğu 1050 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaya etiraz: Cavabdeh iddianı qəbul etməyərək etirazında bildirmişdir ki, iddiaçıdan cəmi olaraq 300 manat borc pul almışdır. Bir müddət keçdikdən sonra iddiaçıya borclu olduğu 300 manatdan 100 manatını qaytarmışdır. O, hesab edir ki, iddiaçıya cəmi 200 manat borcu vardır. İddiaçının hazırda 1050 manat tələb etməsinin heç bir əasası yoxdur və qərəzli xarakter daşıyır. Odur ki, hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehin anası ilə iş yoldaşı olmuş və Aqşini anasının vasidəsi ilə tanımışdır. 2022-ci ilin noyabr ayının axırlarında cavabdeh ondan 1550 manat borc pul istəmiş və bir aya qaytaracağına söz vermişdir. O, cavabdehin anasını tanıdığından ona 1550 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdeh həmin pulu bir aya qaytarmamış və ondan 2023-cü ilin yay ayında əlavə olaraq 150 manat borc pul istəmişdir. Səbəb kimi isə qeyd etmişdir ki, kredit götürüb ondan əldə etdiyi 1700 manat pulu geri qaytaracaqdır. O, cavabdehin vədlərinə inanaraq yenidən cavabdehə 150 manat pul vermişdir. Cavabdehin ona olan borcunu qaytarılmasını tələb etsə də, cavabdeh ona borclu olduğu 1700 manat borcdan hissə-hissə olaraq cəmi 650 manat pul qaytarmişdir. Hazırda cavabdehin ona 1050 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən ona borclu olduğu 1050 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş Diskdə yazılmış səs yazısından görünür ki, Cavabdeh həqiqətən İddiaçı pul borcunun olduğunu təstiqləyərək imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan telefonoqramdan görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh zəng edilərək məlumat verilmiş, cavabdeh isə iddiaçya 1050 manat borclu olduğunu bildirmiş, lakin, həmin borcu hazırda imkanı olmadığını bildirərək imkanı olan kimi iddiaçya borclu olduğu 1050 manat pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə m əsasən araqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada əsasən məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdəiştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən 2022-ci ilin noyabr ayının axırlarında cavabdeh iddiaçıdan 1550 manat borc pul istəmiş və bir aya qaytaracağına söz vermişdir. İddiaçı cavabdehin anasını tanıdığından ona inanıb 1550 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdeh həmin pulu bir aya qaytarmamış və iddiaçıdan 2023-cü ilin yay ayında əlavə olaraq 150 manat borc pul istəmişdir. Səbəb kimi isə qeyd etmişdilər ki, kredit götürüb iddiaçıdan əldə etdiyi 1700 manat pulu geri qaytaracaqdır. İddiaçı cavabdehin vədlərinə inanaraq yenidən cavabdehə 150 manat pul vermişdir. İddiaçı ona olan borcu qaytarmasını tələb etsə də, cavadeh iddiaçıya borclu olduğu 1700 manat borcdan hissə-hissə olaraq cəmi 650 manat pul qaytarmişdir. Hazırda cavabdehin iddiaçıya 1050 manat borcu qalmışdır. İddiaçı borcunun qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh yalan vədlər verərək, müxtəlif bəhanələr gətirərərk borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən borca görə 1050 manat pul və dövlət rüsumuna görə 31 manat pul tutularaq iddiaçıya verilməlidir. Cavabdehə dəfələrlə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına üzürsüz səbəbdən gəlməmişdir. Lakin, cavabdehlə telefon əlaqəsi saxlanılmış borcunun olub-olmaması barədə fikri öyrənilmişdir. Cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş, lakin, maddi imkansızlığı səbəbindən borcunu buğünədək ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 31 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh yaranmış borca görə 1050 manat və ödənilmiş dövlət rüsumuna görə 31 manat, cəmi 1081 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar