Məhkəmə qərarları › İş №2(035)-5/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-5/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-5/2025 19.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 cavabdeh Dəkkəoba X1rşı vurulmuş maddi ziyana görə pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi ziyan tələbi) X10 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı və digər iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı2 nümayəndəsi İddiaçı1 Cavabdeh Dəkkəoba Sudan X5 nümayəndəsi Rasulov İslam Bayram oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 cavabdeh Dəkkəoba X1rşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 19 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarı ilə onlara verilmiş Zərdab rayonu Dəkkəoba kəndi ərazisində yerləşən 3,96 ha pay torpaq sahəsinin 2,15 hektar hissəsində 2022-ci ilin payızında əkdikləri yonca bitkisi sahəsinin 1,00 ha hissəsinə ikinci vegetasiya suyunun verilməməsi səbəbindən yonca bitkisinin susuzluqdan quruyaraq məhv olması və nəticədə ümümilikdə vurulmuş ziyana görə 2719 manat, vurulmuş ziyanla bağlı qiymətləndirmə işlərinin aparlması üçün bağlanmış müqaviləyə əsasən "xxxx"MMC-nin hesabına ödənilmiş 225 manat və dövlət rüsumu olaraq ödənilmiş 50 manat, cəmi 2994 manat pulun cavabdehdən məcburi qaydada alınaraq onlara verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıların xüsusi mülkiyyətinə Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Zərdab rayonu Dəkkəoba kəndi ərazisində 3,96 ha pay torpaq sahəsi ayrılmış və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN -0071, Kod 90506028 olan Dövlət aktı verilmişdir. Keçən müddət ərzində iddiaçılar həmin torpaq sahəsindən daim təyinatı üzrə istifadə etməklə orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərmişlər. Lakin, son bir neçə ildir ki, iş üzrə cavabdeh Dəkkəoba kənd X13 Birliynin icraçı direktoru İslam Rasulova dəfələrlə etdikləri müraciətlərə, hətda suvarma üçün nəzərdə tutulmuş suya dair ödəməni aidiyyəti üzrə bank vasitəsi ilə müvafiq hesaba ödənişlər etmələrinə baxmayaraq cavabdeh onların sahədə əkdikləri məhsulların suvarılması üçün su verməmişdir. Nəticə olaraq isə cavabdehin məsuliyyətsizliyi nəticəsində Zərdab rayonu Dəkkəoba kəndi ərazisində yerləşən pay torpaq sahəsinin 2,15 hektar hissəsində 2022-ci ilin payızında əkdikləri yonca bitkisi sahəsinin 1,0 ha hissəsinə ikinci vegetasiya suyunun verilməməsi səbəbindən susuzluqdan quruyaraq məhv olmuşdur. "xxxx" MMC tərəfindən aparılmış hesabata əsasən yonca bitkisinin məhv olması nəticəsində dəymiş ziyanın yekun məbləği 2719 manat müəyyən edilmişdir. Ziyanlıqla bağlı aidiyyəti orqanlara rəsmi müraciətlər etsələrdə, heç-bir nəticə olmamışdır. Ona görə də iddiaçılar məhkəməyə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ona və onun digər ailə üzvlərinin xüsusi mülkiyyətinə Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Zərdab rayonu Dəkkəoba kəndi ərazisində 3,96 ha pay torpaq sahəsi ayrılmış və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN-0071, Kod 90506028 olan Dövlət aktı verilmişdir. Keçən müddət ərzində o, və onun ailəsi həmin torpaq sahəsindən daim təyinatı üzrə istifadə etməklə orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərmişlər. Lakin son bir neçə ildir ki, iş üzrə cavabdeh Dəkkəoba kənd Sudan X5 icraçı direktoru İslam Rəsulova dəfələrlə etdiyi müraciətlərə, hətda suvarma üçün nəzərdə tutulmuş suya dair ödəməni aidiyyəti üzrə bank vasitəsi ilə müvafiq hesaba ödənişlər etmələrinə baxmayaraq cavabdeh onların sahədə əkdiyi məhsulların suvarılması üçün su verməmişdir. Nəticə olaraq isə cavabdehin məsuliyyətsizliyi nəticəsində Zərdab rayonu Dəkkəoba kəndi ərazisində yerləşən pay torpaq sahəsinin 2,15 hektar hissəsində 2022-ci ilin payızında əkdikləri yonca bitkisi sahəsinin 1,0 ha hissəsinə ikinci vegetasiya suyunun verilməməsi səbəbindən susuzluqdan quruyaraq məhv olmuşdur."xxxx" MMC tərəfindən aparılmış hesabata əsasən yonca bitkisinin məhv olması nəticəsində dəymiş ziyanın yekun məbləği 2719 manat müəyyən edilmişdir.İddia ərizəsində 2994 manat pul tələb etsədə, ekspertizanın rəyi ilə razılaşdığını bildirərək iddia tələbinin yalnız ekspertiza rəyində göstərilən məbləğə və iddianın məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsum hissəsində təmin olunmasına etiraz etmədiyini bildirir. Məhkəmə iclasında Dəkkəoba Sudan X5 nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıların xüsusi mülkiyyətinə Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Zərdab rayonu Dəkkəoba kəndi ərazisində 3,96 ha pay torpaq sahəsi ayrılmış və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN -0071, Kod 90506028 olan Dövlət aktı verilmişdir. Keçən müddət ərzində onlar həmin torpaq sahəsindən daim təyinatı üzrə istifadə etməklə orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərmişlər. Lakin, Dəkkəoba Sudan X5 bank hesabına iddiaçılar tərəfindən suyun istifadəsi üçün ödəniş etmədikləri üçün suyun verilməsi dayandırılmışdır. O, hesab edir ki, iddia əsassızdır və Sudan X5 heç-bir təqsiri yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0071, Kod 90506028 Dövlət Aktının surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarı ilə hazırkı iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, X6 və İddiaçı1 mülkiyyətinə Zərdab rayonu Dəkkəoba kəndində 3.96 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Zərdab X17 Mərkəzi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli № 3-77-3-63/r-M-25-xx-xx/2023 nömrəli məktubdan müəyyən olunur ki,iddiaçılara məxsus pay torpaq sahəsində 2-ci vegetsiya suyunun aparılmaması səbəbindən 1.0 ha yonca bitkisi məhv olmuşdur İşdə olan 31 avqust 2023-cü il tarixli Əldən çıxmış faydanın qiymətləndirilməsinə dair Müqavilədən və həmin tarixli qəbzdən müəyyən olunur ki,qiymətləndirmə xidmətinin dəyəri 225,00 manat müəyyən olunur və həmin pul İddiaçı2 tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 67 saylı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesabata əsasən dəymiş ziyanın yekun məbləği 2719 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının təyin olunması barədə Qərardadına əsasən Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1130 saylı rəyindən görünür ki, tədbiq olunan 3.96 ha torpaq sahəsində əkilmiş yonca bitkisi paxlalılar fəsiləsinə aid olan bitki cinsi olub, heyvandarlıqda geniş istifadə olan bitki növünə aiddir. Bir hektar sahədən birinci biçimdə ortalama 180-190 kip olmaqla (may, iyin biçim), bir ədəd kip ortalama kütləsi 16- 18 kq olmaqla məhsul alınması mümkün olması bildirilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəməbioloji ekspertizasının dəyəri 64 manat təşkil edir. İşdə olan Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5512 saylı rəyindən görünür ki, Respublikada mövcud olan yem satış bazarlarında və yerli internet saytlarında olan məlumatlara əsasən ekspertiza təyini haqqında qərardadda və xx.xx.2024-cü il tarixli, 7/1130 saylı məhkəmə-bioloji ekspertizasının nəticə hissəsində qeyd edilən, kütləsi təxminən 17 (16-18) kq olan 185 (180-190) ədəd yonca bağlamalarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 740 (185x4) manat müəyyən edilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə- əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. işdə olan mədaxil qəbzlərindən müəyyən olunur ki, İddiaçı2 cavabdehin hesabına su pulu məqsədilə ödənişlər etmişdir İşdə olan Dəkkəoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki,Zərdab Rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1999-cu il tarixli 10 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında İddiaçı3 adı texniki səhv olaraq X2 yazılmışdır. İşdə olan 27 mart 2024-cü il tarixli etibarnamədən müəyyən olunur ki,İddiaçı2 İddiaçı1 onu məhkəmədə təmsil etmək üçün AR-İİİ № 320115 nömrəli etibarnamə vermişdir İşdə olan 27 mart 2024-cü il tarixli etibarnamədən müəyyən olunur ki,İddiaçı4 İddiaçı1 onu məhkəmədə təmsil etmək üçün AR-İİİ № 238865 nömrəli etibarnamə vermişdir İşdə olan 18 mart 2024-cü il tarixli etibarnamədən müəyyən olunur ki,İddiaçı3 İddiaçı1 onu məhkəmədə təmsil etmək üçün AR-İİİ № 295621 nömrəli etibarnamə vermişdir Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 26-cı maddəsinin 1-ci hissəsinə görə Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə Zərdab rayonu Dəkkəoba kəndində 3.96 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair (JN-0071 Kod ********) Dövlət Aktı verilmişdir. Keçən müddət ərzində iddiaçılar həmin torpaq sahəsindən daim təyinatı üzrə istifadə etməklə orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərmişlər. Lakin iddiaçıların 2022-ci ilin payızında əkdiyi yonca bitkisinin 1.0 ha hissəsinə ikinci vegetasiya suyunun verilməməsi səbəbindən 1.0 ha torpaq sahəsi üzərində əkilmiş yonca bitkisi məhv olmuşdur. Məhkəmə işin hallarına hissəhissə qiymət verərək bildiririr ki,yonca bitkisinin susuzluqdan yanaraq məhv olması məsələnin mübahisəsiz hissəsidir. Belə ki,X17 Mərkəzi tərəfindən verilmiş 11 avqust 2023cü il tarixli rəydə bu hal öz təsdiqini tapmışdır. Eyni zamanda tərəflərdə məsələnin bu hissəsini mübahisələndirməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki,cavabdehin məhkəmədə verdiyi izahatdan müəyyən olunur ki,iddiaçılar su pulu ödəmədiyi üçün iddiaçılara məxsus torpaq sahəsinə suyun verilməsi dayandırılmışdır. Məhkəmə bildirir ki,iş materiallarına əlavə olunmuş qəbzlərdən iddiaçıların su pulu ilə bağlı cavabdehin hesabına müəyyən ödənişlər həyata keçirilməsi müəyyən olunmuşdur. Bununlada məhkəmə hesab edir ki,cavabdehin məhkəmədə verdiyi izahatından müəyyən olunur ki,cavabdehin hərəkət və ya hərəkətsizliyindən iddiaçılara maddi ziyan dəymişdir. İşin obyektiv araşdırılması üçün məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyindəndə müəyyən olunur ki,bir hektar sahədən birinci biçimdə ortalama 180-190 kip məhsulun alınması mümkündür.Eyni zamanda digər ekspertiza rəyində isə respublikada mövcud olan yem satış bazarlarında və yerli internet saytlarında olan məlumatlara əsasən kütləsi təxminən 17 (16-18) kq olan 185 (180-190) ədəd yonca bağlamalarının orta bazar qiymətinin ümumi dəyəri təxminən 740 (185x4) manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilən iş materiallarına və xüsusilə də məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/1130 rəyinə və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/5512 saylı rəyinə qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin müdəalarına əsasən iddia təmin edildikdə çəkilmiş məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğində pulda cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, dəymiş ziyana görə 740 manat və dövlət rüsumuna görə 30 manat pul cavabdehdən tutularaq iddiaçılara verilməlidir. Məhkəmə hesab edir ki, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat və 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdeh Dəkkəoba Sudan X4 tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Dəkkəoba Sudan X4 maddi ziyana görə 740 manat və dövlət rüsumuna görə 50 manat, cəmi 790 (yeddi yüz doxsan) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat və 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdeh Dəkkəoba Sudan X4 tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab -Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar