Məhkəmə qərarları › İş №2(035)-505/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-505/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-505/2025 14.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsini 14 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən İddiaçı1 xeyrinə əsas borca görə 4000 manat, əldən çıxmış faydaya görə 600 manat və ödənilmiş dövlət rüsumuna görə 66 manat, İddiaçı2 xeyrinə əsas borca görə 1000 manat, əldən çıxmış faydaya görə 250 manat və ödənilmiş dövlət rüsumuna görə 32.50 manat, İddiaçı3 xeyrinə əsas borca görə 4100 manat, əldən çıxmış faydaya görə 615 manat və ödənilmiş dövlət rüsumuna görə 68 manat, İddiaçı4 xeyrinə əsas borca görə 600 manat, əldən çıxmış faydaya görə 90 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı üçün onun məhkəmə icraatı mümkün deyildir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar tərəfindən iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan iddialar üzrə tələb bir iddia ərizəsində birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 66 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı1, xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı4, xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 32.5 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı2 və xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 68 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı3 qaytarılmalıdır. Göründüyü kimi, qanunvericilik cavabdehə qarşı bir-biri ilə əlaqəli olmayan tələblərin irəli sürülməsini iddia ərizəsinin geri qaytarılmasının əsaslarından biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin bir-biri ilə əlaqəlilik meyarını müəyyən edərkən ilk növbədə iddia tələblərinin xarakteri əsas götürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar (hər bir iddiaçı ayrıayrılıqda məhkəməyə müraciət etməli) aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçilərə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.7 və 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi üzrə İddiaçı1 tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 66 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Bakı şəhəri, Sabunçu rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. İddia ərizəsi üzrə İddiaçı4 tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Bakı şəhəri, Nizami rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. İddia ərizəsi üzrə İddiaçı2 tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 32.5 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Bakı şəhəri, 6-cı mkr, Binəqədi rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. İddia ərizəsi üzrə İddiaçı3 tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 68 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Bakı şəhəri, Nizami rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. İddiaçılara göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə ayrı-ayrılıqda müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar