Məhkəmə qərarları › İş №2(035)-507/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-507/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-507/2023 25.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi –Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 25 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona borclu olduğu 150.000 manatın və 50.000 manat əldən çıxmış faydanın, cəmi 200.000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi 23 ünvanda yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində Cavabdeh ilə aralarında borc müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən cavabdeh ondan 2019-cu ilin noyabr ayında borc olaraq götürdüyü 150.000 manat pul vəsaitinin əvəzində ona ünvan 2 ünvanda yerləşən 196.1 kv.metr sahəsi olan 4 otaqlı mənzili təminat olaraq girov qoymuşdur. O, 1 il ərzində pulu qaytarmağı və ya həmin məbləğə görə Əcəmi metrosu ətrafında sahəsi 149,8 kv.metr olan, qiyməti 150.000 manat dəyərində olan mənzili ona verməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilənin xx.xx.2021-ci il tarixdən qüvvəyə minməsinə baxmayaraq cavabdeh bu günə qədər ona olan borcundan heç bir məbləğ ödəməyib. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona olan borcunu vaxtında qaytarmış olsaydı o, həmin pulla müxtəlif kommersiya işləri ilə məşğul olaraq xeyli gəlir əldə edə bilərdi. Cavabdeh ona olan borcunu vaxtında qaytarmamaqda ona xeyli miqdarda ziyan vurmuşdur. Cavabdeh hazırda Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi 23 ünvanda yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün məhkəmə iclasına gəlməmiş, lakin həmin cəzaçəkmə müəssisəsinin müdriyyəti vasitəsi ilə məhkəməyə ərizə göndərərək, ona qarşı “pul tələbi”nə dair keçiriləcək məhkəmə iclaslarını cəza müddəti bitənə qədər rədd etdiyini, barəsində cinayət işi üzrə məhkəmə tərəfindən təyin olunmuş cəza müddəti sona çatdığını, azadlığa buraxılandan sonra məhkəmədə ona qarşı qaldırılacaq iddialara öz münasibətini bildirəcəyini bildirərək, işinə baxılmadan saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi-Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi 23 ünvanda yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində Cavabdeh ilə aralarında borc müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıdan 2019-cu ilin noyabr ayında borc olaraq götürdüyü 150.000 manat pul vəsaitinin əvəzində iddiaçıya ünvan 2 ünvanda yerləşən 196.1 kv.metr sahəsi olan 4 otaqlı mənzili təminat olaraq girov qoymuşdur. Cavabdeh 01 il ərzində pulu qaytarmağı və ya həmin məbləğə görə Əcəmi metrosu ətrafında sahəsi 149,8 kv.metr olan, qiyməti 150.000 manat dəyərində olan mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin imzalandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən qüvvəyə minməsinə baxmayaraq cavabdeh bu günədək iddiaçıya olan borcundan heç bir məbləğ ödəməmişdir. Həmçinin qeyd edir ki, cavabdeh iddiaçıya olan borcunu vaxtında qaytarmış olsaydı iddiaçı həmin pulla müxtəlif kommersiya işləri ilə məşğul olaraq xeyli əlavə gəlir əldə edə bilərdi. Cavabdeh iddiaçıya olan borcunu vaxtında qaytarmamaqda ona xeyli miqdarda ziyan vurmuşdur. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan İddiaçı və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış borc öhdəliyi haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı 2019-cu ilin noyabr ayında 150.000 manat pul vəsaitini borc götürərək, götürülmüş pul vəsaitinin əvəzində ona ünvan 3 ünvanda yerləşən binanın 1-ci giriş 16-cı mərtəbəsində yerləşən 196.1 kv.metr olan 4 otaqlı, hazırki bazar qiyməti 350.000 manat olan mənzili təminat olaraq girov qoymuşdur. O, 1 il ərzində həmin vəsaiti qaytarmağı və ya həmin məbləğə görə Əcəmi metrosu ətrafında sahəsi 149.8 kv.metr olan, qiyməti 150.000 manat dəyərində olan mənzili X1 verməyi öhdəsinə götürmüşür. Müqavilənin imzalandığı tarixdən qüvvəyə minməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Məmməd Mahmudov tərəfindən təsdiq edilmiş, məhkum Cavabdeh tərəfindən şəxsən imza edilmiş etibarnamədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi 23 ünvanda yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1977-ci il təvəllüdlü məhkum Cavabdeh həmin etibarnaməni ondan ötrü verir ki, doqquz mart iki min iyirmi birinci il tarixdə 18 saylı notariat ofisi tərəfindən onun adına verilmiş 7E-4639 reyestr nömrəli etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək həmin etbarnamədə göstərilmiş "xxxx" MTK-ya məxsus ünvan 4 ünvanda yerləşən binanın birinci giriş 15-ci mərtəbəsində yerləşən 196.1 kv.mdən ibarət olan 4 otaqlı mənzili özəlləşdirməyi, Bakı ş.İH-də RİH-də, Vergi orqanlarında və digər aidiyyati orqanlarda onu təmsil etməyi, sənədləri toplamağı, DƏDRXİ-nə təqdim edib Çıxarış almağı, sərəncam verməyi, 1 saylı formada arayış almağı, o cümlədən gələcəkdə əmlakı satmağı, bağışlamağı, ipotekaya qoymağı, dəyişməyi, bu işlə bağlı bank əməliyyatlarını aparmağı, müqavilə bağlamağı, pulunu almağı və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hüquqi hərəkətlərin icrasını 1977-ci il təvəllüdlü İddiaçı etibar etmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə ohdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyə zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, 2019-cu ilin noyabr ayında iddiaçı cavabdehə 01 il ərzində qaytarmaq şərti ilə 150.000 manat borc pul vermişdir. Cavabdeh həmin borcu vəd verdiyi vaxtda ödəmədiyindən, iddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi 23 ünvanda yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində Cavabdeh ilə aralarında borc müqaviləsi bağlamış, müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıdan 2019-cu ilin noyabr ayında borc olaraq götürdüyü 150.000 manat pul vəsaitinin əvəzində iddiaçıya ünvan 2 ünvanda yerləşən 196.1 kv.metr sahəsi olan 4 otaqlı mənzili təminat olaraq girov qoymuş, cavabdeh 01 il ərzində pulu qaytarmağı və ya həmin məbləğə görə Əcəmi metrosu ətrafında sahəsi 149,8 kv.metr olan, qiyməti 150.000 manat dəyərində olan mənzili iddiaçıya verməyi öhdəsinə götürsə də, həmin müqavilə notariat qaydada təsdiq edilməmişdir. Lakin hazırda Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi 23 ünvanda yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 1977-ci il təvəllüdlü məhkum Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Məmməd Mahmudov tərəfindən təsdiq edilmiş, iddiaçı 1977-ci il təvəllüdlü İddiaçı verdiyi xx.xx.2021-ci il tarixli Etibarnamə mövcuddur. Həmin Etibarnaməyə əsasən cavabdeh iddiaçıya Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi 23 ünvanda yerləşən, doqquz mart iki min iyirmi birinci il tarixdə 18 saylı notariat ofisi tərəfindən cavabdehin adına verilmiş 7E-4639 reyestr nömrəli etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək həmin etbarnamədə göstərilmiş "xxxx" MTK-ya məxsus ünvan 4 ünvanda yerləşən binanın birinci giriş 15-ci mərtəbəsində yerləşən 196.1 kv.mdən ibarət olan 4 otaqlı mənzili özəlləşdirməyi, Bakı ş.İH-də RİH-də, Vergi orqanlarında və digər aidiyyati orqanlarda cavabdehi təmsil etməyi, sənədləri toplamağı, DƏDRXİ-nə təqdim edib Çıxarış almağı, sərəncam verməyi, 1 saylı formada arayış almağı, o cümlədən gələcəkdə əmlakı satmağı, bağışlamağı, ipotekaya qoymağı, dəyişməyi, bu işlə bağlı bank əməliyyatlarını aparmağı, müqavilə bağlamağı, pulunu almağı və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hüquqi hərəkətlərin icraasını iddiaçı-1977-ci il təvəllüdlü İddiaçı etibar etmişdir. Cavabdeh hazırki günədək iddiaçıya borclu olduğu 150.000 manat pulu qaytarmamışdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına və tərəflər arasında mövcud olan xx.xx.2021-ci il tarixli etibarnaməyə və xx.xx.2021-ci il tarixli borc öhdəliyi haqqında müqaviləyə əsaslanaraq hesab edir ki, iddia əsas borc olan 150.000 manat pul tələbinə dair hissədə əsaslıdır. Ona görə də həmin hissədə təmin edilməlidir. İddiaçı iddia etdiyi əldən çıxmış fayda ilə bağlı məhkəməyə heç-bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də əldən çıxmış fayda ilə bağlı iddia təmin edilməməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürmüş olduğu dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 150.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi əldən çıxmış faydaya aid hissədə təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar