Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-520/2023 02.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin baxılmamış saxlanması barədə) Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi xxx qızının katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi və pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 02 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış 10 yanvar 2001-ci il tarixli 6 saylı “X4”nə xatam verilməsini və sözü gedən müqaviləyə əsasən ödənilməli olan 1334 manat əsas borc və gecikdirilmiş günlərə görə 266,8 manat pulun cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi haqqında qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nın 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nın 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün iddia ərizəsi Azərbaycan Respublikası MPM-nın 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi və pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV
Məhkəmə qərarları › İş №2(035)-520/2023
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-520/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver