Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-528/2025 30.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı 2 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı 2 saylı X1 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək meşə fondu sahəsində özbaşına mal-qaranın otarılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi olaraq 92.40 manat məbləğində pul tutularaq iddiaçı 2 saylı X1 Mərkəzi, Kod 210005, VÖEN **********, M/HAZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN**********:AZCTRE******************** hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı 2 saylı X1 Mərkəzinin direktoru Tural Qasımov məhkəməyə xx.xx.2025-ci il tarixli məktub göndərərək maddi ziyan cavabdeh tərəfindən tam ödənildiyi üçün 2(035)-528/2025 saylı işin icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinin tələbinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi 2(035)-528/2025 saylı işin icraatına xitam verilməsini xahiş etdiyi üçün hazırki iş üzrə işin icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(035)-528/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-528/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-528/2025
30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver