Məhkəmə qərarları › İş №2(035)-529/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-529/2025

26.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-529/2025 26.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılması tələbi”nə dair mülki iş üzrə Açar sözlər: (Torpaq mübahisəsi) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 26 dekabr 2025ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Məlikmudlu kənd ərazisində yerləşən 4.69 ha torpaq sahəsində Cavabdeh tərəfindən ona törənən maneənin aradan qaldırılmasına, həmin torpaq sahəsindən cavabdehin məcburi olaraq çıxarılmasına, mütəxəssis rəyinin verilməsi üçün ödədiyi 95 manat və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən ona və onun ailə üzvlərinin mülkiyyətinə Məlikumudlu kənd ərazisində 4.69 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-cü il qeydiyyat tarixli çıxarışlar verilmişdir. İddiaçıya məxsus torpaq sahəsinə cavabdeh dəfələrlə heyvanlarını özbaşına buraxaraq ziyanlıq vurmaqla onun istifadəsinə maneələr törədərək torpaq sahəsindən istifadəsinə imkan verməmişdir. Cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmasını tələb etsədə, cavabdeh isə ona bildirmişdir ki, torpaq sahəsi ona məxsus deyildir. Onun tərəfindən cavabdehin bu hərəkətləri ilə bağlı Zərdab Rayon Polis şöbəsinə müraciət olunsada, heç-bir nəticə əldə olunmamışdır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. İş üzrə təqdim olunmuş etiraz: Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması və torpaq sahəsindən məcburi çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, hesab edir ki, iddiaçı torpaq mübahisəsi zəminində maneənin aradan qaldırılması tələbi ilə saxta sənədlər əsasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi torpaq sahəsinin planı və ölçüsünə dair mülkiyyət sənədinə baxış keçirilən zaman həqiqətən həmin torpaq sənədinin saxta olması təstiq olunmuşdur. Torpaq sahəsinin planı və ölçüsünə dair mülkiyyət sənədində məsul şəxsin imzası yoxdur. Lakin, onun müraciətlərinə və şikayətlərə məhkəmə tərfindən heç-bir hüququ qiymət verilmir. Əksinə iddiaçının iddiasının müdafiə olunduğu bildirilmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarında iştirak etməyəcəyi barədə məlumat vermişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun həmkəndlisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona və onun ailə üzvlərinin mülkiyyətinə Məlikumudlu kənd ərazisində kənd təsərrüfatı təyinatlı 4.69 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-cü il qeydiyyat tarixli çıxarışlar verilmişdir. Ona məxsus torpaq sahəsinə cavabdeh dəfələrlə iri-buynuzlu heyvanlarını buraxaraq taxıl və yonca sahəsinə ziyanlıq vuraraq, onun istifadəsinə maneələr törədərək istifadəsinə imkan verməmişdir. Cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmasını tələb etsədə, cavabdeh isə bildirmişdir ki, torpaq sahəsi ona məxsus deyildir. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Zərdab Rayon Polis şöbəsinə müraciət etsədə cavabdeh qanunsuz əməllərindən əl çəkməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi torpaq sahəsinin planı və ölçüsünə dair sənədinin saxta olması təstiq olunmuşdur. Torpaq sahəsinin planı və ölçüsünə dair mülkiyyət sənədində məsul şəxsin imzası yoxdur. O, hesab edir ki, sözü gedən mübahisəli torpaq sahəsi iddiaçıya məxsus deyildir. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X1 izahatında bildirmişdir ki, baxış zamanı TEKUİS-AzCad elektron baza məlumatlarında sənəd üzrə **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla (A864796 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 2.06 ha torpaq sahəsinin, **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (A864794 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 2.63 ha torpaq sahələrinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. Baxış zamanı iddiaçının mülkiyyətinə verilmiş 4.69 ha torpaq sahəsindən əlavə torpaq sahəsi istifadə etmədiyi müəyyən edilmişdir. Yəni mübahisəli torpaq sahəsi həqiqətən iddiaçı və onun ailə üzvlərinə məxsusdur Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-cü il qeydiyyat tarixli çıxarışların surətlərindən görünür ki, hazırkı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Məlikumudlu kəndi ərazisində 4.69 ha kənd təsərrüfatı torpaq sahəsi ayrılmışdır. İşdə olan mütəxəssis rəyindən görünür ki, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla (A864796 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 2.06 ha torpaq sahəsinin, **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (A864794 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 2.63 ha torpaq sahələrinin koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. Baxış zamanı iddiaçının mülkiyyətinə verilmiş 4.69 ha torpaq sahəsindən əlavə torpaq istifadə etmədiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. İşdə olan xx.xx.2025-cil tarixli qəbizdən görünür ki, iddiaçı iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 95 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, torpaq sahəsinin iddiaçının və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olmasını, cavabdehin heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsindən istifadə etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da iddiaçının mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq mütəxəssiz rəyini tərtib edən qrumun nümayəndəsi məhkəmə iclasına dəvət olunmuş və onun izahatı alınmışdır. Məhkəmə iclasında mütəxəssiz tərəfindən verilmiş izahatdan müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmiş və iddiaçının torpaq sahəsindən istifadəsinə maneələr yaratmışdır. Eyni zamanda məhkəmə xüsusi ilə qeyd edir ki, məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirsədə lakin məhkəmədə verdiyi izahatlarında torpaq sahəsindən istifadə etdiyini danmamış və istifadə etməsinin səbəbini iddiaçının sözü gedən torpaq sahəsinə dair heç bir hüquqi əhəmiyyətli sənədinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosessual qanunvericilik normalarının müdəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan sözügedən 4.69 ha torpaq sahəsinin iddiaçının (və onların ailə üzvlərinin) iradəsinə zidd olaraq Cavabdeh tərəfindən istifadə olunmasının heç bir hüquqi əsası yoxdur. Bu iddiaçının mülkiyyət hüququnun pozuntusudur. Məhkəmə hesab edir ki, iddia həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də iddiaçının (və onların ailə üzvlərinin) mülkiyyət hüququnun pozuntusu aradan qaldırılmalı və bu məqsədlə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı və onun ailə üzvlərinə məxsus 4.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə törənən maneə aradan qaldırılsın və cavabdeh torpaq sahəsindən məcburi qaydada çıxarılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar