Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-533/2023 19.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçın Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 19 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 564 ABŞ dolları, cərimə borcuna görə 141 ABŞ dolları, cəmi 705 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 32 ABŞ dollar pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə bərabər hissələrlə hər ayı 47 ABŞ dolları ödəmək şərti ilə 640 ABŞ dolları məbləğində “Xiomi Mi 10T lite 6-128gb” markalı bir ədəd mobil telefon nisyə olaraq satılmışdır. Müqaviləyə əsasən cavabdeh (malalan) müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, aldığı malın dəyərini 12 ay müddətində ödəməyi, vaxtında ödəməzsə hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alqı-satqı müqaviləsinin şərtlərinə lazımınca əməl etməmişdir. Belə ki, cavabdeh ilkin olaraq 76 ABŞ dolları ödəniş etsə də, sonradan ödənişi davam etməmişdir. Nəticədə cavabdehin iddiaçıya əsas borca görə 564 ABŞ dolları, cəriməyə (gecikmə faizinə) görə 141 ABŞ dolları, cəmi 705 ABŞ dolları məbləğində borcu yaranmışdır. Dəfələrlə borcun ödənilməsi tələb edilsə də, cavabdeh malın qalıq dəyərinin (borcun) ödənilməsini təmin etməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasına gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı mülahizə və ya etirazını məhkəməyə göndərməmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və iddianı təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) 12 ay müddətinə, bərabər hissələrlə hər ay 47 ABŞ dolları ödəmək şərti ilə, ümumi dəyəri 640 ABŞ dolları olan “Xiomi Mi 10T lite 6-128gb” markalı bir ədəd mobil telefon nisyə satılmış və alıcı (cavabdeh) müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, borc məbləğini və iddiaçıya (malsatana) dəyən zərəri tam ödəməyi və hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqvailəsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyə zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 12 ay müddətinə, hər ay 47 ABŞ dolları ödəmək şərti ilə, ümumi dəyəri 640 ABŞ dolları olan “Xiomi Mi 10T lite 6-128gb” markalı bir ədəd mobil telefonu nisyə almışdır. Müqaviləyə əsasən cavabdeh müqavilənin şərtlərini vaxtında və lazımı qaydada yerinə yetirməyi, borc məbləğini və iddiaçıya dəyən zərəri tam ödəməyi və hər gecikən gün üçün ümumi məbləğin 1 % məbləğində cərimə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh alq-satqı müqaviləsinin şərtlərinə lazımınca əməl etməmişdir. Belə ki, cavabdeh ilkin olaraq 76 ABŞ dolları ödəniş etsə də, sonradan ödənişi davam etməmiş, nəticədə onun iddiaçıya əsas borca (malın dəyərinə) görə 564 ABŞ dolları, cəriməyə (gecikmə faizinə) görə 141ABŞ dolları, cəmi 705 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin əsas kredit borcu 564 ABŞ dolları təşkil etdiyi halda, ondan 141 ABŞ dolları məbləğində tələb olunan gecikmə faizi (dəbbə pulu) tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi gecikmə faizinə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 32 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh ödəniş gününə Azərbaycan Respublikası manat məzənnəsi ilə əsas borca görə 564 ABŞ dolları, cəriməyə (gecikmə faizinə) görə 41 ABŞ dolları, cəmi 605 ABŞ dolları və məhkəmə xərcinə görə ( ödənilmiş dövlət rüsumuna görə) 32 manat məbləğində pul alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-533/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-533/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver