Məhkəmə qərarları › İş №2(035)-541/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-541/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-541/2025 23.05.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsini 23 may 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun xeyrinə əsas borca görə 291 manat, cərimə borcuna görə 2830 manat, və ödənilmiş dövlət rüsumuna görə 52 manat, cəmi 3173 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə alqı-satqı müqaviləsini əlavə etməmiş, Kredit müqaviləsini iddia ərizəsinə əlavə etsədə, müqavilə iddiaçı tərəfindən imzalanmamış və iddia ərizəsinin məzmunundakı tələb aydın şəkildə göstərilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı üçün onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddələrinə əsasən ərizədə iddiaçı və ya ərizəçinin tələbləri və onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1 və 152.1.2-ci maddələrinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə ərizə geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddiaçının tələbi aydın şəkildə göstərilmədiyi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 52 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi üzrə İddiaçı tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 52 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Zərdab rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. İddiaçı iddianın qaytarılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar