Məhkəmə qərarları › İş №2(035)-565/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-565/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-565/2024 13.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhər Məhkəməsinin 2(051)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları-xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-907/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuş, uşaqları özünün himayəsində saxlanılmışdır. Həmin Məhkəmənin 2(051)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən uşaqları Aysu və Nurlanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 150 manat, cəmi 300 manat alimentin tutulması qət edilmişdir. Cavabdehdən tutulan aliment pulu uşaqların ehtiyaclarını tam ödəmir. Məsələnin həlli ilə əlaqədar olaraq ilkin olaraq mediasiyaya müraciət etsə də, məsələnin həlli mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı X8 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-907/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin arasnda olan nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 hazırki iddiaçının (ananın) himayəsində saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin 2(051)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Aysu və Nurlanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 150 manat, cəmi 300 manat alimentin tutulması qət edilmişdir. Cavabdehdən tutulan aliment pulu uşaqların ehtiyaclarını tam ödəmir. Özü heç bir yerdə işləmir, maddi cəhətdən əziyyət çəkir. Məsələ ilə bağlı mediasiya təşkilatına müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh Asif oğlu iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən uşaqları Aysu və Nurlanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat, cəmi 300 manat aliment pulu ödəyir. Rəsmi olaraq heç bir yerdə işləmir. Fəhlə işləməklə günə 10 manat qazanır, həmin qazancla da aliment pulunu ödəyir. Həmçinin uşaqlara əlavə olaraq müəyyən təlabatlarına məsələn, paltar, velosiped və s.əşyaların alınmasında yardım edir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il və Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 manat, 29 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub X1 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-907/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2013-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində bağlanmış 249 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan mediator X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024- 00952 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 987/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 02 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 manat, 29 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub X1 verilməsi qət edilmişdir. Həmin Məhkəmənin 2(051)-907/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X4 arasında xx.xx.2013-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində bağlanmış 249 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı uşaqların ehtiyaclarını tam ödəmir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatına, iddia ərizəsinə, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən alimentin tutulması barədə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 987/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qəbul edilməsindən 1 il, 4 ay müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşaqların -xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yüksək maraqları üstün tutulmalı və onların hüquq və mənafeyinin təmin olunmasına şərait yaradılmalıdır.Məhkəmə bu zaman həm də iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini nəzərə alır. Məhkəmə hesab edir ki, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə qeyd etməyi lazım bilir ki, öz növbəsində İddiaçı Cavabdeh hər uşağa görə hər ay 235 manat, cəmi 470 manat məbləğində aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşaqların mənafeyi üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşaqların normal inkişafının təmin edilməsi üçün iddia qismən təmin edilərək, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 987/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəlarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 330 manat (hazırda tutulan məbləğ)-300 manat (əvvəl tutulan məbləğ) =30 manat; 30 manat x 12 ay = 360 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-987/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 165 manat, cəmi 330 manat aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar