Məhkəmə qərarları › İş №2(035)-567/2023

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-567/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-567/2023 24.08.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin baxılmamış saxlanması barədə) Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə” iddia ərizəsi üzrə mülki işə 24 avqust 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əsas borca görə 2364 manat, faiz borcuna görə 287,87 manat, cərimə borcuna görə 2,24 manat, komisyon haqqı borcuna görə 0 manat, cəmi 2654,11 manat, dövlət rüsumuna görə 46,55 manat, xidmət haqqına görə 0,40 manat pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC nümayəndəsi Türkan Piriyeva xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək bankla cavabdeh arasında razılıq əldə olunduğunu bu səbəblə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar