Məhkəmə qərarları › İş №2(035)-569/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-569/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-569/2024 15.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) X10 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 15 oktyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 1000 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 1030 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının həmkəndlisidir. İddiaçının arvadı şəkər xəstəsi olduğu üçün Zərdab rayon Mərkəzi xəstəxanasında qeydiyyata düşmüşdür. İddiaçı xəstəxanadan çıxan zaman cavabdeh ondan xəstəxanaya nə üçün gəldiyini soruşmuşdur. O, isə bildirmişdir ki, arvadı şəkər xəstəsidir, lakin, bugünədək pensiya məsələni həll edə bilməmişdir. Cavabdeh ona bildirmişdir ki, əgər pensiya ilə bağlı nəsə köməklik lazım olsa, deyərsən onun orda tanışı var, o, sənin arvadının pensiya məsələni həll edə bilər. O, cavadehlə razılaşaraq həmin adamla görüşməsini xahiş etmişdir. Beləliklə onlar pensiyasının düzəlməsi üçün cavabdehlə birgə X6 ilə tanış olduqdan sonra, o, cavabdehin iştirakı ilə X4 4000 manat pul vermişdir. X1 tanımamış və onunla heç-bir münasibəti olmamışdır. Lakin, 03.012022-ci ildə onun arvadına pensiyası ilə bağlı imtina məktubu gəldikdə, o, X3 verdiyi 4000 manat pulu geri istəmişdir. X6 ondan aldığı 4000 manatdan 3000 manatını qaytarmış və ona bildirmişdir ki, 1000 manatını Cavabdeh ondan almışdır ki, işi o, təşkil etmişdir. Odur ki, 1000 manat pulunu Cavabdeh alarsan. Dəfələrlə cavabdehdən ona borclu olduğu 1000 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun həmkəndlisidir. Onun arvadı şəkər xəstəsi olduğu üçün Zərdab rayon Mərkəzi xəstəxanasında qeydiyyata düşmüşdür. Bir gün xəstəxanadan çıxan zaman cavabdehlə rastlaşmış, cavabdeh ondan nə üçün xəstəxanaya gəldiyini soruşduqda, o, bildirmişdir ki, arvadı şəkər xəstəsidir, lakin, pensiya məsələni həll edə bilmir. Cavabdeh ona bildirmişdir ki, əgər pensiya ilə bağlı nəsə köməklik lazım olsa deyərsən, pensiya düzələn yerdə tanışı var, o, sənin arvadının pensiya məsələni həll edə bilər. O, cavadehlə razılaşaraq həmin adamla görüşməsini xahiş etmişdir. X2 ilə tanış olduqdan sonra, o, cavabdehin iştirakı ilə X4 Zərdab rayon 51 deyilən qəsəbədə 4000 manat pul vermişdir. xx.xx.2022-ci tarixdə onun arvadına pensiyası ilə bağlı imtina məktubu gəldiyi üçün, o, X3 verdiyi 4000 manat pulu geri istəmişdir. Lakin, X6 4000 manatdan 3000 manatını qaytarmış və ona bildirmişdir ki, 1000 manatını Cavabdeh ondan almışdır ki, işi o, təşkil etmişdir. O, dəfələrlə cavabdehdən ona borclu olduğu 1000 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Belə ki, iddiaçı onun həmkəndlisidir. O, xəstəxanadan çıxan zaman iddiaçı ilə raslaşmış və iddiaçıdan nə üçün xəstəxanaya gəldiyini soruşduqda, iddiaçı ona bildirmişdir ki, arvadı şəkər xəstəsidir, lakin, pensiya məsələni həll edə bilmir. O, isə iddiaçıya bildirmişdir ki, onun tanışı vardır, ona müraciət etsən o, sənə köməklik edə bilər. İddiaçı razılaşaraq onunla birgə X6 ilə görüşmüşdür. iddiaçı X4 4000 manat pul vermişdir. X6 yalan danışır. Ona pul verməmişdir. O, hesab edir ki, iddiaçıya heç-bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 30 manat pul ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, X6 məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddiaçı Çallı kənd sakini İddiaçı haqlı olduğunu və ona çatacaq pulun Abiddə olduğunu bildirmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə m əsasən araqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada əsasən məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdəiştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatından və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, iddiaçı xəstəxanadan çıxan zaman cavabdeh ondan xəstəxanaya nə üçün gəldiyini soruşmuş, iddiaçı isə bildirmişdir ki, onun arvadı şəkər xəstəsi olduğu üçün Zərdab rayon Mərkəzi xəstəxanasında qeydiyyata düşmüş, lakin, bugünədək pensiya məsələni həll edə bilməmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, əgər pensiya ilə bağlı nəsə köməklik lazım olsa ona deyərsən, pensiya düzələn yerdə onun tanışı var, o, sənin arvadının pensiya məsələni həll edə bilər. İddiaçı cavadehlə razılaşaraq həmin adamla görüşməsini xahiş etmişdir. Beləlikə iddiaçı pensiyasının düzəlməsi üçün cavabdehlə birgə X6 ilə tanış olduqdan sonra, o, cavabdehin iştirakı ilə X4 4000 manat pul vermişdir. 03.012022-ci il tarixdə iddiaçının arvadına pensiyası ilə bağlı imtina məktubu gəldikdə, iddiaçı X3 verdiyi 4000 manat pulu geri istəmişdir. Lakin, X6 4000 manatdan 3000 manatını qaytarmış və iddiaçıya bildirmişdir ki, 1000 manatını Cavabdeh ondan almışdır ki, işi o, təşkil etmişdir. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, X6 tərəfindən ona hər hansı formada pul verilmədiyini və hazırda iddiaçıya heç-bir borcu olmadığını bildirmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatına və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı öz iddiasını məhkəmə iclasında hüquqi cəhətdən əsaslandıra bilməmiş, nə də ki, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir Həmçinin iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır, ona görə də iddia təmin edilməməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, işüçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıın özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar